Güclü külək Şəmkir rayonunda bir sıra fəsadlar törədib.Bu barədə
Onews.az-a rayon sakinləri məlumat veriblər.
Məlumata görə, ötən axşamdan etibarən rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb.
16-17 saatdır ki, Şəmkirin Ağlavaşlı, Qaralar, Qılıncbəyli və başqa kəndləri işıqsız qalıb.
Sakinlər bildirirlər ki, yağış və külək kənd təsərrüfatına da ciddi ziyan vurub.
Yonca biçini ilə məşğul olan şəxslər yağışdan sonra ciddi ziyan çəkdiklərini bildiriblər.
Turan