Türkiyənin üç elçə (rayon) və dörd bəldəsində (qəsəbə) təkrar bələdiyyə seçkiləri keçiriləcək, 212 məhəllədə isə seçicilər muxtarı (kətxuda) müəyyənləşdirməlidirlər.
Onews.az xəbər verir ki, ölkənin Ali Seçki Komissiyası martın 31-də keçirilmiş yerli seçkilərdən sonra edilən etirazları araşdıraraq sözügedən elçə, bəldə və məhəllələrdə seçkilərin yenilənməsinə qərar verib.
Buna uyğun olaraq ölkənin müxtəlif bölgələrində keçiriləcək muxtar seçkiləri ilə yanaşı Kayserinin Pınarbaşı, Şanlıurfanın Hilvan və Aksarayın Güzelyurt elçələri ilə Sivasın Yıldızeli elçəsinə bağlı Güneykaya, Kırklarelinin Lüleburqaz elçəsinə bağlı Büyükkarıştıran, Tuncelinin Mazgirt elçəsinə bağlı Akpazar və Aksaraya bağlı Sağlık bəldələrində seçicilər bələdiyyə başqanlarını seçmək üçün məntəqələrə üz tutacaqlar.
Fuad