Səudiyyə Ərəbistanının Kralı, 88 yaşlı Salman bin Əbdüləziz Əl Səudə pnevmoniya diaqnozu qoyulub.
Onews.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Kral ofisinin bəyanatında deyilir.
Bildirilir ki, monarx Ciddədəki Əl-Salam sarayındakı ixtisaslaşmış klinikada antibiotik terapiyası kursu keçəcək.