Keniya yaxın günlərdə Haitiyə sülhməramlı qüvvələr göndərmək niyyətindədir.
Onews.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Korir Sinqoi məlumat verib.
Bu əməliyyat yaxın bir neçə gün və ya həftə ərzində baş verəcək.
Bu açıqlama Keniya prezidenti Uilyam Rutonun mayın 23-də ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona səfərindən əvvəl verilib.
ABŞ sülhməramlı missiyanın əsas maliyyə dəstəkçisidir.
Fuad