Polşada Rusiya və Belarusun ölkənin daxili işlərinə müdaxiləsi və təhlükəsizliyinə yaratdığı təhdidlərin müəyyən edilməsi üçün dövlət komissiyası yaradılıb.
Onews.az xəbərinə görə, bunu ölkənin Baş naziri Donald Tusk mətbuat konfransında bildirib.
O deyib ki, 2004-2024-cü illəri əhatə edən dövrü araşdıracaq işçi qrupuna, həmçinin rəsmi Moskvanın və Minskin Polşada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin fəaliyyətinə təsirlərini də tədqiq etmək tapşırılıb.
Rauf