Türkiyənin savaş gəmiləri Simali Kipr Türk Cümhuriyyətinin limanlarını ziyarət edəcək.
Onews.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin savaş gəmiləri 23 aprel Milli Əgəmənlik və Uşaq Bayramı münasibətilə Şimali Kiprin Qazimağusa və Girnə limanlarına baş çəkəcək.
Bu səfərin sülh və istiqrar ziyarəti olduğu bildirilib.
Rauf