"Çin Azərbaycanın xarici ticarət partnyorları arasında ilk yerlərdən birini tutur. İllik ticarət dpvriyyəsi 3,1 milyard dollara bərabərdir və getdikcə artmaqda davam edir. Təkcə ötən il 3 milyard ABŞ dollarl həcmində Çin məhsulları idxal edilmişdir. Azərbaycan mallarının ixracı isə, təxminən 80 milyon civarındadır. Çində Azərbaycan ticarət evləri fəaliyyət göstərir və yaxın zamanlarda onların sayının artırılması planlaşdırılır".
Bunu
Onews.az-a açıqlamasında Milli Məclisin deputatı
Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, bu da təbii olaraq, Azərbaycan mallarının tanıdılması və Çin kimi böyük bazara çıxışı deməkdir:
"Azərbaycanda, Çin mənşəli malların müştərək istehsalını nəzərdə tutan müəssisələr fəaliyyət göstərir və yeniləri planlaşdırılır. Çin, beynəlxalq münasibətlər sistemində son dərəcə əhəmiyyətli, iqtisadi və hərbi gücə malik ölkədir. Şübhəsiz bu da, dünyanın tək qütblü idarə olunmasının, siyasi proteksianizmin qarşısını alır və üçüncü ölkələrin xarici siyasət imkanlarını artırır".
Deputat yanaşmasına görə, Azərbaycan və Çin prezidentlərinin, Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində məhsuldar görüşü baş tutub və Çin liderinin ölkəmiz haqqında səsləndirdiyi fikirlər, verdiyi dəstək müsbət perspektivlər vəd edir:
"Çini Avropa ilə birləşdirən ən qısa yolun Azərbaycandan keçməsi, nəqliyyat infrastrukturumuz, ölkəmizi bir-birinə yaxınlaşdırır və müsbət perspektivlər vəd edir. Azərbaycan həm siyasətdə, həm də iqtisadiyyatda çoxvektorlu, şaxələndirilimiş siyasətə üstünlük verir. Bu baxımdan, düşünürəm ki, BRİKS təşkilatının üzvü olmaq, ölkəmizin maraqlarına cavab verir. Niyə də olmasın?!".
Turan