Bura Avropanın ən zərif ölkələrindəndir. Hətta qoca qitənin ən gözəl qızlarının da bu məmləkətdə olduğu bildirilir. Bu ölkənin xanımları çox gözəldirlər və baxımlı olmağı çox sevirlər.
“Avropanın sonuncu diktatoru” da hazırda bura hökm sürməkdədir. Rusiya ilə Avropa arasında sıxışıb qalan dövlətlərdəndir.Onews.az-ın haqqında bəhs etdiyi ölkənin dənizə çıxışı da yoxdur. Bu dövlətin sərhədləri çərçivəsində 80 mindən çox azərbaycanlının yaşadığı vurğulanır.
Söhbət bataqlıqlar və göllər ölkəsi Belarusdan gedir.
Belarus ərazisinin 40 faizini meşə örtüyü, bataqlıq və göllər əhatələməkdədir. Ölkə Polşa, Avstriya-Macarıstan və Rusiyanın vassalığını qəbul etmiş dövlətlərdəndir. Hətta birinci və ikinci dünya savaşında almanlar da bu ölkəni işğal etmişdilər.
Azərbaycan vətəndaşları üçün Belarus dövləti viza istəmir. Amma ölkədə 5 gündən çox qalacaqsanızsa, mütləq hansısa ünvanda qeydiyyata düşməlisiniz. Belarusa birillik gedirsinizsə, 170 dollarınızdan keçib səhiyyə sığortasından da keçməlisiniz.
Əgər belaruslu bir qadınla evlənsəniz, ev almaq və işləmək üçün bütün qapılar sizin üçün açılacaq. Ölkənin gecə həyatı olduqca rəngarəngdir. Barlar və gecə klubları səhərə qədər işləyir. Belarusda gecə həyatı olduqca şən keçir.
Ölkədə cinayət və oğurluq demək olar ki, yox səviyyəsindədir. Çünki yerli qanunlara görə, onları çox ağır cəza gözləyir. Bu baxımdan, insanlar gecənin gec saatlarında küçələrdə çox rahat dolaşa bilirlər. Xanımlar səhər meynusunda alkoqollu içki qəbul etməyi sevirlər.
Soyuq iqlimli Belarusda alkoqol qəbulu gündəlik həyatın bir parçasına çevrilib. Belaruslu qadınlar olduqca istiqanlıdırlar. Xanımların sizdən xoşları gələcəksə, özləri yaxınlaşacaq və sizinlə tanış olmaq istəyəcəklər.
Fuad