O, dünyanın ən çoxuşaqlı atasıdır. Sənədli-sübutlu 88 uşağa sahibdir. Birləşmiş Ərəb Əmirliklərində 88 övladı ilə birgə xoşbəxt ömür sürür. Söhbət BƏƏ vətəndaşı, 64 yaşlı Daad Murad Əbdül Rəhmandan gedir.Onews.az xəbər verir ki, hazırda Daad Əbdül Rəhmanın 50 oğlu və 38 qızı var. Uşaqlarının çox olmasına baxmayaraq, bu kişi əldə olunanla kifayətlənmək fikrində deyil.
O deyir ki, hər bir kişi özündən sonra xatirə qoyub getməlidir.
SİTAT: “Mənim xatirəm isə əbədi olacaq...”.
Daadın böyük oğlu Taridin 54 yaşı var. Onun ən kiçik qızı isə bir neçə aydır ki, dünyaya göz açıb. Daad rəsmi və qeyri-rəsmi olaraq 15 dəfə evləndiyini etiraf edib.
Onun həyat yoldaşları deyirlər ki, bütün birgə həyatları boyu yalnız ərləri üçün uşaq doğublar. Nəticədə qadınların 12-si daimi hamiləlikdən bezərək ondan boşanıblar.Ən dəyanətli 3 qadın isə hələ də sevimli ərləri ilə birgə yaşayır. Kainatın ən çoxuşaqlı atası özü üçün rekord həddi də müəyyənləşdirib. Rekordçu kişi bütün həyatı boyu 100 uşağa atalıq etmək istəyir.
Məqsədinə çatmaq üçün o 18 yaşlı gənc hindli qızla ailə qurmaq istəyir. Daad qızın atası ilə danışıqlar aparır və hətta ona müəyyən miqdarda vəsait də ödədiyini söyləyib. Daad qızın vətəni Caypurda toy etmək niyyətindədir.
Dəvət olunanlarla yanaşı, toyda onun həyat yoldaşları da iştirak edəcəklər. Əbdül Rəhmanın yeni adaxlısı gələcək əri ilə yalnız nigah zamanı tanış olacaq.
Elgiz