• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Stalinin Bakıda boğulmaqdan xilas etdiyi, 14 il sonra evləndiyi qadın kim idi?

Araşdırma

26-01-2026, 15:06
Stalinin Bakıda boğulmaqdan xilas etdiyi, 14 il sonra evləndiyi qadın

İosif Stalinin şəxsiyyəti barədə saysız-hesabsız miflər və əfsanələr yayılıb. O, hakimiyyəti qəsb etmiş totalitar lider, adı sürgünlər və repressiyalarla bağlı qanlı diktator və İkinci Dünya müharibəsinin triumfatoru kimi məşhurdur. İllər keçəndən sonra da bu odioz və koloritli personajın şəxsiyyətinə maraq azalmır. Onun qədər məşhur siyasi lider tapmaq çətindir. Onun adı çəkiləndə bəzilər qıcıqlanır, kimdəsə bu ad qəzəb, kimdəsə hörmət, kimdəsə qorxu hissləri oyadır. Amma bu xarizmatik və hərtərəfli siyasətçinin müasirlərindən heç kəs ona laqeyd qalmayıb.

Onews.az
xəbər verir ki, Stalinin tərcümeyi-halında Bakı taleyüklü rolu oynayıb. Stalin təxəllüsü ilə daha çox məşhur olan İosif Cuqaşvilinin inqilabi fəaliyyəti buradan başlanır. Stalinin gələcək xanımı Nadejda Alliluyeva ilə tanışlığı da Bakı ilə bağlıdır. Stalinin ailəsində yayılmış əfsanəyə görə, İosifin təxminən 20 yaşı olanda, daha dəqiq desək 1903-cü ildə ikiyaşlı Nadejda Alliluyeva Bakıda sahildən dənizə yıxılır və İosif qızcığazı xilas edir. Bundan sonra İosif və Nadejda yalnız 1917-ci ilin mart ayında yenidən görüşəcək və daha sonra evlənəcəklər.

“Ellər atası”nın həyatından Bakı ilə bağlı daha bir maraqlı epizod var. Bu epizod 1943-cü ildə Stalinin İkinci Dünya müharibəsinin nəticəsini faktiki olaraq qabaqcadan həll etməsi məşhur Tehran konfransına səfəri ilə bağlıdır. Serqey Brilyovun “Vesti v subbotu” verilişinin növbəti efiri həmin səfərin marşrutuna həsr edilmişdi.

1943-cü il noyabrın 25-nə keçən gecə Kuntsevo dəmiryolu platformasından bir qatar yola düşdü. Bu qatarın marşrutu haqqında bir qrup şəxsdən başqa heç kəs heç nə bilmirdi. Qatar Stalinqrada çatandan sonra Kotelnikovo tərəfə dönür, Qızlar və Mahaçqaladan keçərək Bakıya gedirdi. Liter qatarının hərəkətinin maksimal təhlükəsizliyini təmin etmək üçün mazutla dolu parovozdan istifadə etmək qərara alınmışdı. Buna görə qatarı Bakıya qədər aparan parovozun briqadası cəmi iki nəfərdən ibarət idi — maşinist və onun köməkçisi.

Sergey Brilyov deyib: “Biz Stalinin marşrutu haqqında bütün xatirələri, bütün versiyaları araşdırdıq. Bir versiyaya görə, Stalin Moskvadan uçub, təyyarə Krasnovodskda yerə enib, sonra İranın Ənzəli limanına qədər katerdə üzüb keçib və oradan Tehrana gedib, yəni ümumiyyətlə Bakıda olmayıb”.

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman isə bu barədə başqa fikirdədir: “Bu versiyaların müəlliflərini incitmək istəmirəm, amma bunlar hamısı miflər və əfsanələrdir”.

Mixail Qusman Stalinin tərcümeyi-halında bu mübahisəli epizod haqqında öz atası Solomon Qusmandan eşidib. İxtisasca həkim olan Solomon Qusman 1941-ci il iyun ayında cəbhəyə göndərilmiş, amma 1943-cü ildə gözlənilmədən, içərisində xüsusi əhəmiyyətli sərnişinləri olan liter qatarının Bakıya gəlməsi haqqında depeşa alındıqdan sonra geriyə, Bakıya çağırılmışdı. Qatar Stalini aparırdı…

Mixail Qusman deyib: “Atam danışırdı ki, kortej şəhərə tərəf hərəkət etdi, dağüstü parka qalxdı (həmin park indi də mövcuddur), amma heç kim maşınlardan çıxmırdı. Stalin yalnız pəncərəni saldı. Şəhərdə işıqlar yanırdı. Onlar bir neçə dəqiqə orada dayandılar və Teymur Quliyevin bağına getdilər, Stalin gecəni orada keçirdi. Və səhər tezdən, saat altıda onlar bağdan çıxdılar və artıq səhər saat yeddidə təyyarə Tehrana yola düşdü”.

Tehran konfransında Çörçill Stalinə bir qılınc təqdim etdi. Həmin qılıncın tiyəsində bu sözlər yazılmışdı: “Stalinqradın polad kimi möhkəm vətəndaşlarına, Britaniya xalqının heyranlıq əlaməti olaraq Kral VI Georqdan”.

Bu sirli marşrutla bağlı daha bir əlamətdar hədiyyə var. Stalinqrad dəmir yolunun Kotelnikovo stansiyasında Stalin dəmiryolçularla və stansiyanın depo işçiləri ilə görüşüb. Həmin görüşün iştirakçıları 1949-cu ildə Stalinin 70-illiyi şərəfinə bu əlamətdar hadisə haqqında xatirə kimi, sovet hökumət nümayəndə heyətinin Tehran konfransına getdiyi qatarın maketi şəklində stolüstü mürəkkəbqabı dəsti hazırlayıb onu generalissimusa hədiyyə edəcəklər. Hazırda bu hədiyyə “Stalinqrad vuruşması” muzey-qoruğun fondlarında saxlanılır.

Banu

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

5-01-2026, 21:44

Stalinin sirli “qara dəftəri”: Orada kimlərin adları vardı?

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

14-01-2025, 13:00

200 nəfər öldürüldü: Etirazçılar Bağırovu tələb etdilər...

Siyasət

17-01-2025, 11:20

Amansız cəlladın kitab sevgisi: gündə 300 səhifə...

Siyasət

11-10-2024, 11:05

Şərabı şərab edən 4 əsas amil - FAKTLAR

Təhsil

23-10-2024, 10:08

“Huawei” bu tarixdə yeni inqilab edəcək

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 16:17
    Qardaşlıqdan strateji tərəfdaşlığa: Azərbaycan və Türkmənistan
  • Dünən, 14:49
    Müzəffər Azərbaycan Ordusunun Şanlı Tarixi və Qüdrətinin Təcəssümü
  • Dünən, 14:40
    Azərbaycan əsgərinin vətənpərvərlik ruhu: torpağa yazılan sədaqət andı
  • Dünən, 12:38
    Azərbaycan Respublikası və Türkmənistan arasında münasibətlər barədə.
  • Dünən, 12:34
    Türk dünyasının birliyini gücləndirən strateji tərəfdaşlıq
  • Dünən, 12:29
    26 İyun – Silahlı Qüvvələr Günü
  • Dünən, 12:25
    Azərbaycan-Türkmənistan Münasibətləri Yeni Mərhələdə
  • Dünən, 12:20
    Güclü Dövlətin Qalib Ordusu
  • Dünən, 12:17
    Yeni Dövrün Çağırışları: Strateji Tərəfdaşlıq və Azərbaycanın İqtisadi Potensialı
  • Dünən, 12:04
    Azərbaycan Respublikası və Türkmənistan arasında ikitərəfli münasibətlər barədə
  • Dünən, 12:01
    YAP Nərimanov Rayon Təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib
  • Dünən, 11:38
    Azərbaycan və Türkmənistan: Qardaşlıqdan Strateji Tərəfdaşlığa Doğru Yüksələn Yol
  • 23-06-2026, 15:54
    Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik
  • 23-06-2026, 15:40
    “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq.
  • 22-06-2026, 16:57
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü: Güclü Ordudan Böyük Zəfərə
  • 22-06-2026, 14:48
    Azərbaycan Ordusu – Gücümüzün, Qürurumuzun və Zəfərimizin Rəmzi
  • 22-06-2026, 14:43
    26 İyun: Azərbaycan Ordusunun Gücü – Bizim Mənəvi Zirehimiz
  • 22-06-2026, 14:43
    Güclü Ordumuz – Müstəqilliyimizin Etibarlı Qarantı
  • 22-06-2026, 11:45
    Güclü Ordumuz – Müstəqilliyimizin Etibarlı Qarantı
  • 22-06-2026, 11:03
    26 iyun: Müzəfər Ali Baş Komandanın, Müzəffər Ordunun və Müzəffər Xalqın Günüdür
  • 22-06-2026, 11:00
    Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
  • 22-06-2026, 10:57
    Güclü Ordu Güclü Dövlət Deməkdir
  • 22-06-2026, 10:54
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
  • 20-06-2026, 14:04
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətimizin gücünün və qüdrətinin təcəssümüdür.
  • 20-06-2026, 13:53
    Müzəffər Ordumuz: Keçdiyimiz Qürurlu Yol
  • 19-06-2026, 14:29
    Ordumuz müstəqilliyimizin təminatçısıdır
  • 19-06-2026, 13:51
    Səngərdə Keçən Gecələrin Arxasındakı Güvən
  • 19-06-2026, 11:37
    Effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsi
  • 17-06-2026, 13:56
    Gəl, bu gecə taleyin inadını sındıraq - Günay Miri Günay Miri
  • 16-06-2026, 11:34
    Tarixi bağları daha da möhkəmləndirən sənəd: Şuşa bəyannaməsi Türk Birliyinə nə verdi?
  • 16-06-2026, 11:32
    Yeni Geosiyasi Reallığın Siyasi İfadəsi – Şuşa Bəyannaməsi
  • 15-06-2026, 19:44
    15 İyun – Milli Qurtuluş Günü
  • 15-06-2026, 19:41
    Milli Qurtuluşdan Zəfərə Aparan Yol
  • 15-06-2026, 19:39
    Bakı Enerji Həftəsi 2026: Azərbaycanın qlobal enerji dialoqunda artan rolu
  • 12-06-2026, 16:04
    5 İYUN – QURTULUŞDAN ZƏFƏRƏ UZANAN TARİXİ YOL: DÖVLƏTÇİLİYİMİZİN MÖHKƏMLƏNMƏSİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə