• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Azərbaycan–Aİ tərəfdaşlığı yeni mərhələdə: enerji, nəqliyyat və regional sülh gündəmdə

Siyasət

7-07-2026, 17:36
Azərbaycan–Aİ tərəfdaşlığı yeni mərhələdə: enerji, nəqliyyat və regional sülh gündəmdə

1 iyul 2026-cı il tarixində Azərbaycana səfər edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşündən sonra çıxış edən cənab Prezident İlham Əliyev iki tərəf arasındakı münasibətlərin "çox mühüm mərhələyə" qədəm qoyduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, cari ilin martında Avropa İttifaqı Şurasının sədri, may ayında isə Aİ-nin xarici siyasət rəhbəri Azərbaycanda qəbul edilib və bu gün həmin siyasi dialoqun davamı olaraq Komissiya sədri ilə görüş keçirilib.
​Cənab Prezident İlham Əliyev tərəfdaşlığın dinamikasını yüksək qiymətləndirərək bildirib ki, hər iki tərəfin qarşılıqlı iradəsi əməkdaşlığın genişlənməsinə şərait yaradıb. Gündəliyin ətraflı müzakirəsi qarşılıqlı etimadın yüksəldiyinə dəlalət edən amil kimi dəyərləndirilib.
​Ticarət-iqtisadi əlaqələrə toxunan dövlət başçısı diqqətə çatdırıb ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır — ölkənin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu məhz Aİ üzv dövlətləri ilə həyata keçirilir. Eyni zamanda, Cənubi Qafqaz regionunda Aİ-nin ticarətinin təxminən 70 faizinin Azərbaycanın payına düşdüyü qeyd olunub, bu da ölkəni regionda Brüsselin ən mühüm tərəfdaşına çevirir.
​Enerji sahəsi görüşün mərkəzi mövzularından biri olub. Cənab Prezident xatırladıb ki, dörd il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumundan sonra Azərbaycanın Aİ ölkələrinə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ölkənin qaz ixracının yarısı Avropa İttifaqı bazarına yönəlir və 10 üzv dövlət Azərbaycan qazının alıcısıdır. Dövlət başçısı bu coğrafiyanın gələcəkdə daha da genişlənə biləcəyini vurğulayıb.
​Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin əsas ünsürlərindən biri olduğunu qeyd edən cənab Prezident, Cənub Qaz Dəhlizini iki tərəfin birgə səylərinin bariz nümunəsi adlandırıb. Onun sözlərinə görə, 3.500 kilometrlik boru kəməri sistemi bu gün Azərbaycan qazının Avropaya ötürülməsində əsas infrastruktur həlqəsi rolunu oynayır.
​Nəqliyyat-bağlantı məsələləri də danışıqların vacib hissəsini təşkil edib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçdiyini xatırladan dövlət başçısı bildirib ki, qonşu ölkələrlə yaxşı münasibətlər bütün iştirakçılar üçün faydalı geniş əməkdaşlıq formatının yaranmasına imkan verib. O əlavə edib ki, ölkə dəniz limanları və dəmir yolu infrastrukturunun tutumunun artırılması istiqamətində sərmayələrini davam etdirir.
​Bərpaolunan enerji mövzusunda cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın günəş, külək və su elektrik enerjisi potensialı, habelə mövcud və planlaşdırılan ötürücü xətlər geniş müzakirə olunub. Onun sözlərinə görə, xarici və yerli şirkətlərlə artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində səkkiz gigavat həcmində günəş və külək enerjisi əldə etməyə imkan verəcək, bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir.
​Görüşdə regional təhlükəsizlik və Ermənistanla normallaşma prosesi də əsas müzakirə mövzuları sırasında olub. Dövlət başçısı 2025-ci ilin avqustunda Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə imzalanmış Birgə Bəyannaməni xatırladaraq, bunun nəticəsində sülh müqaviləsinin mətninin paraflandığını və de-fakto sülhün artıq bərqərar olduğunu bildirib.
​Dövlət başçısı sülhün sadəcə kağız üzərində deyil, gündəlik həyatda hiss edildiyini göstərmək məqsədilə Azərbaycanın bir sıra birtərəfli addımlar atdığını vurğulayıb: ölkə ərazisindən Ermənistana gedən yüklərin tranzitinə tətbiq olunan məhdudiyyətlər ləğv edilib və Ermənistana benzin, dizel kimi yanacaq təchizatına başlanılıb. O, bu addımların indiki geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
​Otuz il işğal altında qalmış torpaqların suverenlik və ərazi bütövlüyünün bərpasından sonra sülh şəraitində yaşamağı öyrəndiklərini deyən dövlət başçısı, Ermənistana sülh təklif etdiklərini yenidən vurğulayıb və bildirib ki, sülhün möhkəmləndirilməsi, uzunmüddətli və dönməz xarakter alması üçün səylər davam etdiriləcək. Bu prosesdə Avropa Komissiyasının dəstəyinin yüksək qiymətləndirildiyini bildirən cənab Prezident, Ursula fon der Lyayenin Komissiyanın bu istiqamətdə əlavə yardım göstərməyə hazır olduğunu da diqqətə çatdırıb.
​Yekunda dövlət başçısı bildirib ki, bu istiqamətdə atılan addımlar regiondakı müsbət dinamikanı daha da gücləndirərək, Cənubi Qafqazın ərazi iddialarından və münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh məkanına çevrilməsinə xidmət edəcək.

Kənan Əkbərli – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
Maliyyə şöbəsinin maliyyə hesabatlarının
icmallaşdırılması sektorunun məsləhətçisi,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

7-07-2026, 17:33

Günəşli Azərbaycandan Qərbə uzanan işıqlı əl: Bakı Qərbin enerji təhlükəsizliyinin təminatçısıdır

Gündəm

24-07-2026, 15:34

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri

Siyasət

7-07-2026, 01:39

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığında yeni mərhələ: Strateji tərəfdaşlığın güclənən üfüqləri

Siyasət

7-07-2026, 01:46

Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsində

Siyasət

7-07-2026, 01:44

Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi: Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakı səfərinin əhəmiyyəti

Gündəm

17-07-2026, 20:45

Azərbaycan–Slovakiya münasibətləri: etibarlı tərəfdaşlıq iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 16-10-2026, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • 16-10-2026, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • 15-10-2026, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • 15-10-2026, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • 15-10-2026, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
  • 13-10-2026, 15:39
    İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır
  • 13-10-2026, 15:36
    Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindəndir
  • 13-10-2026, 15:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı
  • 13-10-2026, 15:14
    Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
  • 13-10-2026, 15:07
    Məktəb mühitində vahid geyim mədəniyyəti və məsuliyyət prinsipləri
  • 13-10-2026, 14:54
    Strateji prioritetlər Azərbaycanın qarşısındakı hədəfləri daha aydın göstərir
  • 13-10-2026, 14:44
    Vahid məktəbli formasının üstünlükləri nələrdir?
  • 13-10-2026, 14:40
    Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?
  • 13-10-2026, 14:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Yeni dövrün çağırışları və tarixi missiyası.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə