• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Güclü Dövlətin Qalib Ordusu

Siyasət

24-06-2026, 12:20
Güclü Dövlətin Qalib Ordusu

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyətə malik bayramlardan biridir. Bu gün Azərbaycan Ordusunun keçdiyi şərəfli yol və qazandığı tarixi Zəfər bir daha ehtiramla xatırlanır. Silahlı Qüvvələrimiz müstəqilliyimizin və ərazi bütövlüyümüzün təminatçısı olmaqla yanaşı, dövlətimizin gücünün, xalqımızın birliyinin və milli iradəsinin təcəssümüdür.
Azərbaycan Ordusunun tarixi 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə başlamışdır. Bu qərar müstəqil dövlətin müdafiə sisteminin formalaşdırılması istiqamətində atılmış ilk mühüm addımlardan biri olmuşdur.
1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu ilə ordu quruculuğu prosesi dayandırılsa da, milli dövlətçilik ideyası xalqın yaddaşında yaşamış və sonrakı mərhələlərdə yenidən formalaşmışdır. Bu ideyanın real dövlət siyasətinə çevrilməsi isə Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə mümkün olmuşdur.
1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması milli zabit kadrlarının hazırlanmasında mühüm mərhələ olmuş, Azərbaycan Ordusunun peşəkar kadr potensialının formalaşmasına ciddi töhfə vermişdir.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ağır hərbi-siyasi vəziyyətlə üzləşmiş, Ermənistanın təcavüzü və daxili böhranlar ölkənin təhlükəsizliyinə ciddi təhdid yaratmışdır. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetinə çevirmişdir.
1993-cü ildən etibarən nizami ordu formalaşdırılmış, Silahlı Qüvvələr vahid komandanlıq altında dövlətin əsas dayaqlarından birinə çevrilmişdir. Ordu siyasi təsirlərdən uzaqlaşdırılaraq peşəkar hərbi institut kimi inkişaf etdirilmişdir.
Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir.”
1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi təsbit edilmiş və rəsmi dövlət bayramı elan olunmuşdur.
Bu gün Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ən yüksək inkişaf mərhələsini yaşayır. Ordu quruculuğu modernləşmə, peşəkarlığın artırılması və döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində ardıcıl şəkildə davam etdirilir.
Сənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq.”
Azərbaycanın müdafiə siyasətinin əsas istiqamətlərindən biri Silahlı Qüvvələrin maliyyə təminatının gücləndirilməsidir. Son illərdə müdafiə və milli təhlükəsizlik sahələrinə ayrılan vəsait davamlı olaraq artırılaraq rekord həddə çatdırılmışdır. 2026-cı il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8 milyard 714,8 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu göstərici Azərbaycanın müstəqillik dövründə formalaşdırılmış ən böyük müdafiə büdcəsidir. Ayrılan vəsait Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz edilməsinə, hərbi sənaye potensialının gücləndirilməsinə, hərbi infrastrukturun yenilənməsinə və şəxsi heyətin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Son illərdə yerli müdafiə sənayesinin inkişafı nəticəsində müxtəlif təyinatlı silah, sursat və hərbi texnikanın istehsal imkanları genişlənmiş, ordunun təminatında milli istehsalın rolu daha da artmışdır.
Hər il iyunun 26-sı Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımızın öz doğma torpaqlarına qayıdacağına və ölkənin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə etmişdir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, əgər bu məqsədə danışıqlar yolu ilə nail olunmazsa, Azərbaycan məsələnin həlli üçün bütün imkanlardan istifadə edəcəkdir. Uzun illər nəticəsiz qalan danışıqlardan sonra Azərbaycan Ordusu 2020-ci ildə döyüş meydanında tarixi ədaləti, beynəlxalq hüququ və ölkənin ərazi bütövlüyünü təmin etmişdir.
Azərbaycan Ordusunun döyüş qabiliyyəti 2020-ci il 44 günlük Vətən müharibəsində özünün ən yüksək zirvəsinə çatmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etmiş və ölkənin ərazi bütövlüyünü bərpa etmişdir. Bu Qələbə müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qalmışdır.
Azərbaycan Ordusunun gücü 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı da bir daha təsdiqlənmiş, qısa müddətdə ölkənin bütün ərazisində dövlət suverenliyi tam təmin olunmuşdur.
Qələbədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoymuş, Komando Qüvvələrinin yaradılması və xüsusi təyinatlı bölmələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə Hadrutda yeni komando hərbi hissəsinin istifadəyə verilməsi azad edilmiş ərazilərdə təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına və hərbi mövcudluğun gücləndirilməsinə xidmət edir.
2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması Azərbaycanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım olmuşdur. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında hərbi əməkdaşlığın strateji əsaslarını daha da möhkəmləndirmişdir. Bəyannaməyə uyğun olaraq, tərəflər silahlı qüvvələrin müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması, modernləşdirilməsi, döyüş hazırlığının artırılması və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə səylərini davam etdirirlər.
Azərbaycan milli maraqlarının qorunması və müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə bir sıra dövlətlərlə hərbi əməkdaşlığı uğurla inkişaf etdirir. Xüsusilə Türkiyə, Pakistan, İsrail, İtaliya və Gürcüstan ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, birgə hərbi təlimlər və müdafiə sənayesi layihələri Silahlı Qüvvələrin modernləşdirilməsinə mühüm töhfə verir.
Tarixi Zəfərin əbədiləşdirilməsi istiqamətində Bakıda Zəfər Parkı və Zəfər Muzeyi yaradılmışdır. Bu məkanlar Vətən müharibəsinin qəhrəmanlıq tarixini, şəhidlərin xatirəsini və Azərbaycanın Böyük Qələbə yolunu gələcək nəsillərə çatdıran mühüm milli yaddaş mərkəzləridir.
Bir əsrdən artıq inkişaf yolu keçən Azərbaycan Ordusu bu gün dövlətimizin ən etibarlı dayaqlarından biridir. Qazanılmış Zəfər, həyata keçirilmiş islahatlar və güclənən müdafiə potensialı göstərir ki, Azərbaycan Ordusu bundan sonra da ölkəmizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısı olacaqdır.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələri sırasında layiqli yer tutur. Güclü iqtisadiyyat, artan müdafiə büdcəsi, müasir texnologiyalar, yüksək peşəkarlıq və xalq-ordu birliyi bu uğurun əsas dayaqlarını təşkil edir. Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadi potensialın və xalq-ordu birliyinin bariz nəticəsidir.
Сənab Prezident İlham Əliyevin sözləri ilə: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.”
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, müharibə veteranlarını və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ordumuza şərəfli xidmət və uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın müstəqil, qüdrətli və qalib Azərbaycan!

Emil Əfəndiyev – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
Maliyyə şöbəsinin maliyyə sektorunun aparıcı məsləhətçisi,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Siyasət

22-06-2026, 16:57

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü: Güclü Ordudan Böyük Zəfərə

Siyasət

11-06-2026, 12:17

Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi.

Siyasət

11-06-2026, 12:39

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Siyasət

11-06-2026, 12:47

Milli Qurtuluş Günü - Xalqımızın uğur və zəfər tarixi

Siyasət

11-06-2026, 11:55

Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir.

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • 6-08-2026, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 5-08-2026, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
  • 29-07-2026, 16:18
    1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli - Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının
  • 29-07-2026, 15:49
    Azərbaycan dilinin və əlifbasının dünəni, bugünü və gələcəyi.
  • 29-07-2026, 15:30
    Azərbaycan dili milli birliyimizin və mənəvi irsimizin təməlidir
  • 29-07-2026, 15:13
    Ana dilimiz milli varlığımızın ifadəsidir
  • 29-07-2026, 15:08
    Ana dilimizə hörmət - gələcəyimizə qoyulan ən dəyərli töhfə
  • 28-07-2026, 23:22
    Əlifba – Millətin Yaddaşı Dilin Gücü və Müstəqilliyin Rəmzi
  • 28-07-2026, 20:32
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili: Milli kimliyimizin ən dəyərli xəzinəsi
  • 28-07-2026, 14:41
    Görünməz Dünyanın Qəzəbi: Bakteriyalar və İnsan Enerjisi...
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
  • 23-07-2026, 22:45
    Azərbaycan Qərbə işıq saçır: Bakı-Berlin əməkdaşlığı daha da dərinləşir
  • 23-07-2026, 22:44
    Azərbaycan–Almaniya münasibətlərində etibarlı tərəfdaşlığın yeni mərhələsi
  • 23-07-2026, 22:42
    Azərbaycan və Almaniya Münasibətlərində Yeni Səhifə: Strateji Tərəfdaşlıq və Gələcəyə Baxış
  • 22-07-2026, 11:43
    Şəhərin iki üzü: Ziddiyyətlər içində yaşayan tənhalıq
  • 20-07-2026, 17:27
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 20-07-2026, 17:23
    Dövlətçilik və medianın strateji birliyi
  • 20-07-2026, 17:21
    Milli Mətbuat Günü – Həqiqətin işığında keçilən yol
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə