• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Zəfər Günü xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir.

Gündəm

Bu gün, 21:42
Zəfər Günü xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir.

Nəcibə Axundova
Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, 34 saylı tam orta məktəbin direktoru, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

8 Noyabr – Zəfər Günü haqqında bir şəhid ailəsi olaraq danışmaq həm böyük qürur, həm də dərin məsuliyyət hissi yaradır. Çünki Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir. Bu gün Azərbaycan xalqının illərlə qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, milli qürurumuzun və tarixi ədalətin bərpa olunduğu gündür.
Bu şanlı Zəfərin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi müstəsna rol oynayıb. Onun hər səhifəsində qəhrəman oğullarımızın qanı, canı, fədakarlığı, anaların duaları, ataların qüruru, ailələrin səbr və dözümü var. Bu gün azad səma altında qalib xalqın nümayəndələri kimi bir araya gəlmişiksə, bunu ilk növbədə Vətən uğrunda həyatını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə və torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan bütün qəhrəmanlarımıza borcluyuq.
Şəhidlərimizin adını çəkərkən insanın qəlbində sözlə ifadə olunması çətin olan hisslər baş qaldırır. Çünki hər bir şəhid adı arxasında bir ömür, bir ailə, yarımçıq qalan arzular və əvəzolunmaz bir itki dayanır. Ancaq onların həyatı və mübarizəsi eyni zamanda böyük bir qəhrəmanlıq tarixidir. Onlar öz ömürləri ilə bizə Vətəni sevməyin, onu qorumağın və lazım gəldikdə onun uğrunda hər şeydən keçməyin nə demək olduğunu göstərdilər.
Mən şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıyam. Bu ad mənim üçün həm böyük bir qürur, həm də ömür boyu daşıdığım müqəddəs bir məsuliyyətdir.
Sənanın xatirəsi mənim üçün yalnız keçmişə aid bir xatirə deyil. O, hər gün yaşadığım, hər gün hiss etdiyim, ailəmizlə, övladlarımızla və Vətənimizlə bağlı düşüncələrimdə yaşatdığım bir dəyərdir. Şəhid ailəsi olmaq, sevdiyin insanın yoxluğunu qəbul etmək çox çətindir. Lakin onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında yaşadığını görmək insana güc verir.
Bu gün minlərlə qəhrəmanımızın bizə əmanət qoyduğu ən böyük dəyər azad, müstəqil və suveren Azərbaycandır. Bizim borcumuz bu əmanəti qorumaq, şəhidlərimizin xatirəsini yaşatmaq və onların uğrunda canlarından keçdikləri Vətəni daha da inkişaf etdirməkdir.
Mən eyni zamanda bir müəlliməm və müəllim kimi hesab edirəm ki, Zəfər Gününün gənc nəslə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki məktəb yalnız bilik verən məkan deyil, həm də şəxsiyyətin, vətəndaşlıq mövqeyinin və Vətən sevgisinin formalaşdığı yerdir.
Biz uşaqlarımıza Zəfər tarixini öyrədərkən onlara yalnız döyüşlərdən, hərbi uğurlardan danışmırıq. Biz onlara birliyin gücünü, milli həmrəyliyin əhəmiyyətini, torpağa bağlılığı və məsuliyyətli vətəndaş olmağın dəyərini aşılayırıq. İstəyirik ki, onlar bayrağımıza baxanda qürur duysunlar, şəhidlərimizin adını eşidəndə ehtiramla baş əysinlər, ölkəmizin gələcəyi üçün öz bilik və bacarıqları ilə çalışsınlar.
Mən həmdə bir anayam. İki övladım var. Oğlum atası Şəhid olandan sonra hərbi həkim olmaq qərarına gəldi. Hədəfinə çataraq Ali Hərbi Tibb Akademiyasını yüksək nəticələrlə bitirdi və hazırda Müdafiə Nazirliyinin Baş Tibb İdarəsində tibb xidmət leytenantı vəzifəsində çalışır. Milli Ordumuza, əsgər və zabit heyətimizə layiqincə xidmət edir. Düşünürəm ki, atası Vətəndən ötrü Şəhid olan bir övladın daha sonra düşünülmüş formada, məqsədli olaraq hərbi sektoru seçməsi, həyatını bu sahə ilə bağlaması və bu sahədə çalışması Vətənə sədaqəti aydın şəkildə göstərir.
Əminəm ki, şəhidlərimizin ən böyük arzularından biri də Vətənimizin güclü, xalqımızın firavan, uşaqlarımızın xoşbəxt gələcəyə sahib olmasıdır. Bu məqsədə çatmaq üçün hər birimiz öz sahəmizdə məsuliyyətlə çalışmalı, gənclərimizə düzgün örnək olmalı, eyni zamanda milli dəyərlərimizi qorumalıyıq.
Bu gün qalib Azərbaycanın vətəndaşları olaraq üzərimizə düşən vəzifə milli birliyi qorumaq, ölkəmizin inkişafına töhfə vermək və Zəfərimizin əbədi olmasına çalışmaqdır.
Zəfər Günü bizə həm qürur yaşadır, həm də müqəddəs bir həqiqəti xatırladır: Vətən sevgisi yalnız sözlə deyil, əməllə, məsuliyyətlə və sədaqətlə sübut olunur.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirəm. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və güc arzulayıram. Arzum budur ki, ölkəmizin səmasında daim sülh olsun, bayrağımız hər zaman yüksəklərdə dalğalansın, övladlarımız Vətənimizin uğurlarını görərək böyüsünlər.
Qoy hər bir Azərbaycan övladı Zəfər tariximizlə fəxr etsin, şəhidlərimizin əmanətinə sahib çıxsın və bu müqəddəs torpağın gələcəyi naminə əlindən gələni etsin.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Zəfər qazanan Azərbaycan xalqı!
Yaşasın Azərbaycan xalqının Qalib lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev!
8 Noyabr – Zəfər Günümüz mübarək olsun!

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm

4-11-2026, 14:02

ZƏFƏR GÜNÜ – QÜRURUMUZ, MİLLİ İRADƏMİZ VƏ ƏBƏDİ TARİXİMİZ

Gündəm

4-11-2026, 13:54

Şanlı Zəfərimizdən 6 il ötür: 8 Noyabr Zəfər Gününə gedən 30 illik və 44 günlük yol…

Siyasət

7-09-2024, 22:08

Deputat seçicilərinə səsləndi: "Bundan qürur duyuram..."

Gündəm

5-11-2026, 15:13

Zəfərin səsi - Qürur günümüz

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

11-06-2026, 12:39

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 21:50
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • Bu gün, 21:45
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • Bu gün, 21:42
    Zəfər Günü xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir.
  • 5-11-2026, 15:55
    “Qarabağda yüksələn Zəfər səsi Azərbaycanın gələcəyə inamıdır!”
  • 5-11-2026, 15:51
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • 5-11-2026, 15:48
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • 5-11-2026, 15:41
    Zəfər qürur mənbəyimiz və nə yeni tariximizdir
  • 5-11-2026, 15:22
    Zəfərə gedən yol Ali baş komandan prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin nəticəsidir.
  • 5-11-2026, 15:13
    Zəfərin səsi - Qürur günümüz
  • 5-11-2026, 14:56
    8 Noyabr – Şuşa Şəhəri Günü
  • 4-11-2026, 14:17
    8 Noyabr – Zəfər Günü: Qürurumuz, fəxrimiz və tariximizin şanlı səhifəsi
  • 4-11-2026, 14:06
    Şuşa Zəfərini doğuran amillər sırasında güclü dövlət quruculuğu xüsusi yer tutur.
  • 4-11-2026, 14:02
    ZƏFƏR GÜNÜ – QÜRURUMUZ, MİLLİ İRADƏMİZ VƏ ƏBƏDİ TARİXİMİZ
  • 4-11-2026, 13:56
    Şuşa milli qürurumuzun və tarixi zəfərimizin rəmzidir
  • 4-11-2026, 13:54
    Şanlı Zəfərimizdən 6 il ötür: 8 Noyabr Zəfər Gününə gedən 30 illik və 44 günlük yol…
  • 3-11-2026, 16:44
    28 illik qaranlıq həsrətin sonu: 8 Noyabr Şuşa şəhəri Günüdür…
  • 3-11-2026, 16:42
    8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
  • 3-11-2026, 16:40
    8 Noyabr – Şuşa şəhəri günü: Tarixi qələbənin, milli qürurun və mədəniyyətimizin təntənəsi
  • 3-11-2026, 14:37
    Şuşa – Azərbaycanın milli qürurunun və tarixi Zəfərinin rəmzi
  • 3-11-2026, 14:35
    8 Noyabr – Azərbaycan xalqının tarixi Zəfərinin və milli qürurunun təntənəsi
  • 3-11-2026, 14:28
    8 Noyabr – Xalqımızın dəmir yumruq kimi birləşərək tarix yazdığı gün
  • 3-11-2026, 14:24
    Şuşa – Azərbaycan mədəniyyətinin beşiyi və gələcəyə açılan inkişaf yolu
  • 3-11-2026, 14:22
    8 Noyabr Zəfər Günü – Azərbaycanın şanlı tarixinin yeni səhifəsi
  • 3-11-2026, 14:17
    8 Noyabr – Zəfər Günü: Bir Millətin Qürur Səhifəsi
  • 3-11-2026, 14:12
    8 Noyabr – Şuşa şəhəri günü: Qürurumuzun, tariximizin və gələcəyimizin ünvanı
  • 3-11-2026, 14:09
    Zəfər Günü – milli birliyimizin, qəhrəmanlığımızın və dövlətçilik iradəmizin rəmzi
  • 3-11-2026, 14:04
    Şuşanın azadlığı – Azərbaycan dövlətinin qətiyyətinin və xalqımızın birliyinin təntənəsi
  • 3-11-2026, 14:01
    Prezidentdən dünyaya qəti və birmənalı mesaj
  • 3-11-2026, 13:56
    Şuşa – milli yaddaşımızın və dövlətçilik tariximizin zirvəsidir
  • 2-11-2026, 15:23
    Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.
  • 2-11-2026, 15:21
    Azərbaycan Sivilizasiyalararası dialoq körpüsü
  • 30-10-2026, 15:33
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:23
    2026-cı il oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 29-10-2026, 14:15
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:13
    Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə