• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Siyasət

28-05-2024, 11:04


1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Bununla Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı.
Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfə oldu. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görüldü. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verirdi və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edildi. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olundu. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildi.

Lakin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” O zaman mövcud tarixi şəraitə görə müstəqilliyimizi qoruyub saxlamaq mümkün olmasa da, 1991-ci ildə ölkəmiz yenidən müstəqilliyinə qovuşdu.
1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Əsrin əvvəlindən fərqli olaraq XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

2007-ci il mayın 25-də Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsi dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olundu.

2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu və həmin Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Bu gün bu hədəfə tam nail olunub. Prezident İlham Əliyevin dediyi kimi, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.

Jalə Əhmədova
Milli Məclisin deputatı
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

7-09-2024, 22:08

Deputat seçicilərinə səsləndi: "Bundan qürur duyuram..."

Gündəm

27-05-2024, 11:27

Parisdə Azərbaycanın Müstəqillik Günü qeyd olundu

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Təhsil

23-10-2024, 10:08

“Huawei” bu tarixdə yeni inqilab edəcək

Siyasət

12-09-2024, 10:39

Şimali Kipr Türkiyənin tərkibinə keçir? - DETALLAR

Siyasət

27-05-2024, 11:51

Rəsulzadə Gürcüstanda anıldı

Araşdırma
Üzüm şirəsi deyib keçməyin: Faydalarına baxın...
Üzüm şirəsi deyib keçməyin: Faydalarına baxın...
Üç ölkənin generalı olmuş azərbaycanlı:
Üç ölkənin generalı olmuş azərbaycanlı: O kimdir?
Dünyanın ən bahalı gəmisində birgünlük səyahətin
Dünyanın ən bahalı gəmisində birgünlük səyahətin qiyməti neçəyədir?
Bu "ölü"lərə ikinci həyat verəkmi, əfəndilər? -
Bu "ölü"lərə ikinci həyat verəkmi, əfəndilər? - Tural Turan YAZIR
Biznes
Tarixi nəticə: Qaz hasilatı 50 milyard kub metri keçdi
3-04-2025, 15:30
Tarixi nəticə: Qaz hasilatı 50 milyard kub metri keçdi
Dollar bu gün neçəyə satılır?
3-04-2025, 10:00
Dollar bu gün neçəyə satılır?
Gələn neft və qaza təlabat nə qədər olacaq?
21-02-2025, 17:14
Gələn neft və qaza təlabat nə qədər olacaq?
Bakı nefti ucuzlaşdı
20-02-2025, 09:49
Bakı nefti ucuzlaşdı
Qeyri-neft gəlirləri bu qədər artdı
18-02-2025, 11:40
Qeyri-neft gəlirləri bu qədər artdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-02-2025, 10:31
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Son xəbərlər
  • 6-05-2025, 10:00
    İrəvan niyə tələm-tələsik sülh istəyir? - DETALLAR
  • 6-05-2025, 09:59
    Rusiyanın məxfi bazası vuruldu:
  • 6-05-2025, 09:58
    İran prezidentinin ölümü yenidən gündəmə gəldi
  • 6-05-2025, 09:57
    Tərtərdə ev yandı
  • 6-05-2025, 09:56
    Bakı Kremldən uzaqlaşacaq? - DETALLAR
  • 6-05-2025, 09:55
    Ermənistan Rusiyaya nota verdi
  • 6-05-2025, 09:54
    O müəllifi aldatmamağa xidmət edən sərtlikdi - KÖŞƏ
  • 6-05-2025, 09:48
    Rəfiqə Əliyevanın Xatirəsinə – Unudulmayan bir qadının işıqlı HEKAYƏSİ
  • 6-05-2025, 09:45
    Bayramov Nəhyanla Yaxın Şərqi müzakirə etdi
  • 6-05-2025, 09:37
    Bakıda 40 yaşlı kişi itkin düşdü
  • 29-04-2025, 13:39
    İcra başçısının müavini işdən çıxarıldı
  • 29-04-2025, 13:25
    Bu iki klub Mahir Emreli ilə maraqlanır
  • 29-04-2025, 11:11
    Xarkovda daha bir kənd işğal edildi
  • 29-04-2025, 10:10
    Lukaşenko Rusiyaya getdi
  • 28-04-2025, 09:50
    "Sonsuz sevgimiz..." - Leyla Banu YAZIR
  • 23-04-2025, 22:21
    Bakıda ağır qəza: Xeyli sayda yaralı var...
  • 22-04-2025, 11:29
    Paşa Talıblı: “Ömür səhra kimi bomboş...”
  • 19-04-2025, 07:30
    Fransada xüsusi təyinatlılar tətilə başladılar
  • 3-04-2025, 16:34
    Xalq artisti əməliyyat olundu - ÖZƏL
  • 3-04-2025, 15:47
    Seyran İsmayıl: “İnsanlar gözlərindən acıyarmış...”
  • 3-04-2025, 15:30
    Tarixi nəticə: Qaz hasilatı 50 milyard kub metri keçdi
  • 3-04-2025, 14:05
    Maskdan kritik Avropa AÇIQLAMASI
  • 3-04-2025, 12:00
    Təhlükəsizliyin qırmızı səviyyəsi ləğv edildi: Sarı səviyyə elan olundu
  • 3-04-2025, 10:00
    Dollar bu gün neçəyə satılır?
  • 2-04-2025, 23:59
    Koreyalı əsirlər Ukrayna savaşının yönünü dəyişəcək? - RAKURS
  • 17-03-2025, 09:15
    İrəvan niyə tələm-tələsik sülh istəyir? - DETALLAR
  • 16-03-2025, 13:58
    Ədəbiyyatımızın "boz kardinalı" kimdir? - Tural Turan YAZIR
  • 7-03-2025, 09:00
    Azərbaycanda avtomobillər BAHALAŞACAQ
  • 7-03-2025, 08:49
    Zelenskinin azərbaycanlı dizayneri DANIŞDI
  • 5-03-2025, 10:10
    Neft Emalı Zavodunun ərazisində yanğın başladı
  • 3-03-2025, 12:43
    Qorbaçova görə Nobel Komitəsinə məktub yazdılar
  • 3-03-2025, 12:00
    Türkiyə "PKK kartı"nı tarixə qovuşduracaqmı? - DETALLAR
  • 28-02-2025, 14:04
    Martın ilk günü Bakıya qar yağacaq
  • 28-02-2025, 13:00
    İrəvandan Kreml və Tehrana növbəti badalaq: Ermənistana bədəli kim ödətdirəcək?
  • 28-02-2025, 11:30
    İrəvan Vaşinqtonla yaxınlaşır: Tərəfdaşlıq sənədindən sonra nə baş verəcək?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə