• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Saatım indi Murat Menteşə işləyir…

Art

12-09-2025, 17:55
Saatım indi Murat Menteşə işləyir…

Murat Menteş müasir türk şeirində və romanında orijinal ifadələri, intellektual bədii yumoru gətirən və misra, cümlə daxilində həmin cümlələri bir-birinə çox ustalıqla pərçimləyən, calayan sənətkardır.

Həm şairdir, həm də roman ustasıdır.

O, ilk dəfə 1999-cu ildə İstanbulda gün üzünə çıxardığı "Quzğunun kölgəsi" şeirlər kitabı ilə modern Türkiyə ədəbiyyatına ayaq açıb. İki həftədə ilk şeirlər kitabı satılan Murat Menteş adıçəkilən kitabı altı ay ərzində altı dəfə təkrar nəşrə göndərir.

Elə ilk kitabı ilə Türkiyə ədəbi mühitində ulduzu parıldamağa başlayan Menteş bu uğurunun ardınca esseləri ilə özünə yeni oxucu kütləsi qazandırır. "Xaosa təvazökar bir qatqı" adlanan ikinci kitabının içərisi tamamilə yumorla yoğrulmuş esselərdən ibarətdir.

Ən acı kədəri - qəhrəmanının anasının ölümünü əyləncəli formada oxucuya elə çatdırır ki, cümlələri oxuya-oxuya həm dodağın qaçır, həm də gözündən yaş süzüldüyünü görürsən.

"Güzgülü barrikadalar" adlı ikinci (ümumi sayda üçüncü) esselər kitabı isə orijinal, ədəbiyyatda demək olar ki, qarşılaşmadığımız həyat hekayələri, orijinal qətl motivləri, sevgi etirafları formaları ilə diqqət çəkir. Hətta bəzən esseləri oxuduqda müəllifin təhkiyə tərzi səni elə alıb aparır ki, oxuduğunun esse və ya hekayə olduğunu bir anlıq unudursan.

Murat Menteşi Türkiyədə və ölkəsindən kənarda məşhurlaşdıran ən böyük və ən çoxtirajlı satılan əsəri isə heç şübhəsiz ki, "Dublyorun dilemması" romanıdır. "İletişim" nəşriyyatında çapdan çıxan bu roman faciənin ağır yumorla, yüngül oxunan cümlələrlə ifadəsidir. Roman "adamın alnında "Nike" şirkətinin emblemi formasında bir çapığı vardı" cümləsi ilə başlayır. Elə ilk cümlədə məsum, suçsuz cinayətkarın qorxulu görkəmi haqqında qeyri-adi və müəyyən qədər də modern bir bənzətmə ilə qarşılaşırıq.

"Qorxma, mən varam" romanında isə özünü bu həyatda təsdiq edə bilməyən, beş-günlük dünyada yerlərini tapa bilməyən lirik siyasət adamlarının həyat hekayəsindən danışılır. Deməli, hakimiyyətə gələn bir qrup siyasi gənc Könül İşləri Nazirliyi adlı dövlət qurumu təsis edirlər. Əgər hər hansı bir vətəndaş adıçəkilən nazirlikdə eşqini qeydiyyatdan keçirə bilsə, nazirlik həmin şəxsə "EşqKart" adlı bir kart verir. Bu kartı alanlar isə muzeylərə, teatrlara pulsuz gedə bilərlər. Hətta bu kartı göstərsəniz marşrut avtobusunda belə sizə gedişhaqqı endirimi edirlər.

Nazirliyin başında isə 22 yaşlı qovuşulması müşkül bir eşqə tutulmuş dindar durur. Hadisələr bu nazirlikdəki bütün 22 yaşlı idarə rəislərinin qətli ilə başlayır. Əsəri maraqlı edən cəhətlərdən biri də romanın təhkiyəsini bir yox, dörd nəfərin nəql etməsidir. Qatilin məhkəmədə özünü müdafiə nitqində səsləndirdiyi fikir isə əsərin kulminasiya nöqtəsidir: "Hamımızın içində bir körpə və bir heyvan var, təəssüf ki, içimdəki heyvan körpəni yeyib...".

Bu cür ağır və dolaşıq hadisələr fonunda əsəri sürətlə oxumamaq mümkün deyil. Hər fəsildə şoka düşürsən. Komik təhkiyə tərzi səni gah duruxdurur, gah güldürür, gah da düşündürür, amma yormur. Bax, Murat Menteşin ustalığı da məhz budur.

Murat Menteş 2013-cü ildə oxucularının görüşünə "sadəcə möhtəşəm" - deyə biləcəyimiz "Ruhi Mücərrəd" romanı ilə gəldi. Ruhi Mücərrəd İstiqlal müharibəsinin son yadigarı - sağ qalan axırıncı yadigarıdır. İlin 365 günü tədbirlərə aparılır. Yorulub-yorulmadığı nəzərə alınmır, yüz yaşı var, amma candərdi də olsa 2-3 saatlıq el şənliklərində, dövlət proqramlarında iştirak edir, nitq söyləyir.

Maraşın, İzmirin, İznikin alınması ilə bağlı tədbirlər bir-birini əvəzlədikcə həyatının son illərini yalançı vətənpərvərlər tərəfindən zorlanaraq keçirir. Səksən ildir əsgər formasını əynindən çıxarmağa da vaxtı olmayan bir qazidir Mücərrəd bəy. Əsərin ana qayəsi bu olsa da, bu məqam demək olar ki, roman boyu zorla seçilir və gənc dostu Avni Vavla söhbətləri, atmacaları, bu görüşlər ərəfəsində baş verən hadisələr oxucunu ana qayədən alıb aparır və güldürür.

Murat Menteş müsahibələrinin birində deyir ki, mən şeirdə və romanda oxucularımı fəlsəfi gülüşlə boğuram. Onlar bu kitabı oxuyur, sonra intihar edir, mənsə, əylənirəm.
Murat "daban əllaltı" zarafatları ilə yanaşı, "qurğuşun kəlimlərlə" də oxucularını heyrətləndirməyi bacarır. Özü də bunu çox ustalıqla edir. Məsələn, "Ruhi Mücərrəd"dən bir detalı burada yada salmaq yerinə düşər:

- Dünən haradaydın?
- Əlli il əvvəl mənə üç gün ömrün qaldı deyən adamın dəfninə getmişdim.

Vəssalam. Məncə, hər şey - ağırlıq və yüngüllüyün vəhdəti ortadadır. Hər şey aydındır.
Murat Menteş şeirlərində də orijinallığı qoruyur. Dadaizmlə postmodernizm, modernizm bir-birinə qarışır, ayrılır, qopur, misralar daxilində xaos başlayır, anarxiya düşür. Bir də baxırsan ki, dörd misra oxuduqdan sonra tərləmisən. Məsələn, cənnətlə bağlı teakrotik bir şeiri onun üslubunda qələmə alan ikinci bir adam görməmişəm:

Kim deyər ki, əbədiyyət istifadəyə yararsızdır?
Üçüncü günündə ikən üçgünlük dünya
Bəlkə də mənə savab qazandıracaq
Nəfəsimə və uşaqlarımın varlığına çəkdiyim növbə.

İfadələr, onların deyim tərzi, dünya və axirətə bu qədər orijinal və yüngül yanaşma diqqəti cəlb etməyə bilmir. Çünki yenidir. Eyni zamanda, qalıcıdır. Ona görə ki, ilkdir. İlklər isə hər zaman yadda qalır. Başqa bir şeirində "Açılmaz, aça bilməzsən şeyxim, sıfrın ortasından bir deşik daha"- deyir Murat bəy. Oxuduqca gülməmək, güldükcə düşünməmək, təəccüblənməmək mümkün deyil onun şeirlərinə. Mən hər şeiri uşaqlar yatandan, arvadım oyanandan sonra yazıram - deyən adamın misralarıdır bunlar.

Bu günlərdə "Antika Titanik" adlı yeni kitabı çıxıb. Mütləq alıb oxuyun. Çox maraqlıdır. Təfsilatlı danışmaq istəmirəm bu haqda, sadəcə, onu deyə bilərəm ki, indiyə qədər almadığınız həzzi alacaqsınız. Sadəcə, bir tövsiyə verə bilərəm, Murat Menteşi acqarına oxumayın, ya acdığınızı unudacaqsınız, ya da iştahınız küsəcək. Qəlyanaltı olaraq Emrah Serbesi oxumaq kifayətlidir ki, gözünüzün toqqası bərk olsun.

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Köşə

9-01-2025, 16:00

Həmin göy dəftərin içində nələr var idi?

Köşə

11-01-2025, 18:13

Manaf Ağayevdən məhərrəmlik açıqlaması - KÖŞƏ

Siyasət

8-01-2025, 13:55

Gürcüstanda siyasi liderlərin səs yazısı yayıldı

Art

7-01-2025, 10:42

Xalça oğrusu - Tural Turanın HEKAYƏSİ

Art

5-01-2025, 11:23

10 noyabr: Son güllənin rekviyemi

Siyasət

13-01-2025, 00:17

38 terrorçu zərərsizləşdirildi

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • 7-07-2026, 23:17
    Cənubi Qafqazın yeni geosiyasi reallığı: Bakı-Brüssel tərəfdaşlığında strateji dönüş nöqtəsi
  • 7-07-2026, 21:45
    Bakı-Brüssel tərəfdaşlığında yeni mərhələ: Bərpaolunan enerji potensialı və qlobal yaşıl keçid strategiyası
  • 7-07-2026, 17:59
    Sülh Artıq Reallıqdır
  • 7-07-2026, 17:43
    Enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır
  • 7-07-2026, 17:38
    Azərbaycan və Avropa İttifaqı: Strateji Tərəfdaşlıqdan İnnovativ Gələcəyə Doğru
  • 7-07-2026, 17:36
    Azərbaycan–Aİ tərəfdaşlığı yeni mərhələdə: enerji, nəqliyyat və regional sülh gündəmdə
  • 7-07-2026, 17:33
    Günəşli Azərbaycandan Qərbə uzanan işıqlı əl: Bakı Qərbin enerji təhlükəsizliyinin təminatçısıdır
  • 7-07-2026, 17:31
    Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik.
  • 7-07-2026, 01:46
    Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsində
  • 7-07-2026, 01:44
    Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi: Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakı səfərinin əhəmiyyəti
  • 7-07-2026, 01:39
    Azərbaycan–Avropa İttifaqı əməkdaşlığında yeni mərhələ: Strateji tərəfdaşlığın güclənən üfüqləri
  • 7-07-2026, 01:39
    Qələbəyə Aparan Güc: Azərbaycan Ordusunun Şanlı Yolunun Tarixi və Qarabağ Zəfəri
  • 29-06-2026, 12:12
    Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələ
  • 29-06-2026, 11:14
    Bakı ilə Aşqabad arasında yeni səhifə: Keçmişdən gələcəyə uzanan uğurlu yol
  • 27-06-2026, 14:01
    Qələbəyə Aparan Güc: Azərbaycan Ordusunun Şanlı Yolunun Tarixi və Qarabağ Zəfəri
  • 27-06-2026, 13:59
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətimizin gücünün və qüdrətinin təcəssümüdür.
  • 25-06-2026, 16:48
    26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü
  • 25-06-2026, 15:48
    Bakı–Aşqabad: Strateji Tərəfdaşlığın Yeni Səhifəsi
  • 25-06-2026, 14:36
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə
  • 24-06-2026, 16:17
    Qardaşlıqdan strateji tərəfdaşlığa: Azərbaycan və Türkmənistan
  • 24-06-2026, 14:49
    Müzəffər Azərbaycan Ordusunun Şanlı Tarixi və Qüdrətinin Təcəssümü
  • 24-06-2026, 14:40
    Azərbaycan əsgərinin vətənpərvərlik ruhu: torpağa yazılan sədaqət andı
  • 24-06-2026, 12:38
    Azərbaycan Respublikası və Türkmənistan arasında münasibətlər barədə.
  • 24-06-2026, 12:34
    Türk dünyasının birliyini gücləndirən strateji tərəfdaşlıq
  • 24-06-2026, 12:29
    26 İyun – Silahlı Qüvvələr Günü
  • 24-06-2026, 12:25
    Azərbaycan-Türkmənistan Münasibətləri Yeni Mərhələdə
  • 24-06-2026, 12:20
    Güclü Dövlətin Qalib Ordusu
  • 24-06-2026, 12:17
    Yeni Dövrün Çağırışları: Strateji Tərəfdaşlıq və Azərbaycanın İqtisadi Potensialı
  • 24-06-2026, 12:04
    Azərbaycan Respublikası və Türkmənistan arasında ikitərəfli münasibətlər barədə
  • 24-06-2026, 12:01
    YAP Nərimanov Rayon Təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib
  • 24-06-2026, 11:38
    Azərbaycan və Türkmənistan: Qardaşlıqdan Strateji Tərəfdaşlığa Doğru Yüksələn Yol
  • 23-06-2026, 15:54
    Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik
  • 23-06-2026, 15:40
    “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq.
  • 22-06-2026, 16:57
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü: Güclü Ordudan Böyük Zəfərə
  • 22-06-2026, 14:48
    Azərbaycan Ordusu – Gücümüzün, Qürurumuzun və Zəfərimizin Rəmzi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə