• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Təxminən 70 illik tarixə malik olan Azərbaycan-Vyetnam münasibətləri

Gündəm

Bu gün, 14:21
Təxminən 70 illik tarixə malik olan Azərbaycan-Vyetnam münasibətləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında münasibətlərin mövcud vəziyyətinin, əməkdaşlığın əsas istiqamətlərinin və gələcək inkişaf perspektivlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Müsahibə iki ölkə arasında formalaşmış çoxillik dostluq münasibətlərinin yeni geosiyasi və iqtisadi reallıqlar fonunda daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanın strateji baxışını əks etdirir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin təxminən 70 illik tarixə malik olduğunu vurğulayaraq, bu əlaqələrin əsasının qoyulmasında tarixi şəxsiyyətlərin roluna xüsusi diqqət çəkib. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq münasibətlərinin başlanğıc nöqtəsi kimi qeyd olunub. 1983-cü ildə isə həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əməkdaşlığın inkişafında mühüm mərhələ təşkil edib. Həmin səfər çərçivəsində əldə edilmiş razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, gələcək əməkdaşlığın istiqamətlərini də müəyyənləşdirib.
Münasibətlərin müasir mərhələsində 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri, eləcə də 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Sonuncu səfər zamanı qəbul edilmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Dövlət başçısı iki ölkə arasında siyasi dialoqun yalnız ali səviyyəli görüşlərlə məhdudlaşmadığını, hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları, parlamentlərarası dostluq qrupları və siyasi partiyalar arasında da səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Müsahibədə iqtisadi-ticari əməkdaşlıq münasibətlərin inkişafında əsas prioritetlərdən biri kimi təqdim olunub. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi müsbət dinamikanın göstəricisidir. Bununla belə, Prezident İlham Əliyev mövcud göstəricilərin tərəflərin real iqtisadi potensialını tam əks etdirmədiyini və qarşılıqlı ticarətin artırılması üçün geniş imkanların olduğunu vurğulayıb.
Dövlət başçısı energetika sahəsinin Azərbaycan-Vyetnam əməkdaşlığının ənənəvi və perspektivli istiqamətlərindən biri olduğunu, bu baxımdan SOCAR və Vyetnamın Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, Vyetnam şirkətlərinin Azərbaycanın iqtisadiyyatına investisiya marağı, xüsusilə tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradır. Bu kontekstdə 2026-cı ilin sentyabrında Bakıda keçirilmiş İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ROX Group ilə müvafiq sənədlərin imzalanması diqqətəlayiq hadisədir.
İqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu da mühüm üstünlükdür. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla bağlı tranzit yükdaşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsi bu istiqamətdə əməkdaşlığın real nəticələrini göstərir.
Müsahibənin mühüm istiqamətlərindən birini humanitar, elmi, təhsil və mədəni əməkdaşlıq təşkil edir. Prezident İlham Əliyev bu sahələri xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin möhkəmləndirilməsinin əsas vasitələrindən biri kimi səciyyələndirib. Bu kontekstdə Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil təşəbbüsləri xüsusi qeyd olunub. Fondun Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərməsi, müxtəlif təhsil proqramlarının dəstəklənməsi və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı iki ölkə arasında humanitar əlaqələrin praktiki məzmununu nümayiş etdirir.
Elm və təhsil sahəsində əməkdaşlıq da tarixi ənənələr üzərində inkişaf edir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkənin təhsil əlaqələrinin möhkəm təməlinə çevrilib. Bu gün həmin ənənələr ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri və anlaşma memorandumları, eləcə də təhsil qrantı proqramları vasitəsilə davam etdirilir. Vyetnam vətəndaşlarının ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq yaradılmış təhsil qrantı proqramlarında iştirak imkanları Azərbaycanla Vyetnam arasında akademik əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması da iki xalq arasında tarixi dostluğun və təhsil sahəsində əməkdaşlığın rəmzi kimi qiymətləndirilə bilər. Eyni zamanda, mədəni əlaqələrin inkişafı çərçivəsində Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın ilk dəfə Bakı ilə yanaşı Qəbələni də əhatə etməsi, məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycan dilində nəşri qarşılıqlı mədəni mübadilənin genişləndiyini göstərir.
Azərbaycan-Vyetnam mədəni əlaqələri musiqi və kino sahəsində də öz əksini tapıb. Görkəmli bəstəkar Qara Qarayevin 1955-ci ildə “Vyetnam süitası” əsərini yaratması, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyət göstərərək milli kino məktəbinin formalaşmasına töhfə verməsi bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu təsdiqləyir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin yalnız tarixi dostluq ənənələrinə deyil, həm də qarşılıqlı maraqlara və konkret əməkdaşlıq imkanlarına əsaslandığını bir daha nümayiş etdirir. Siyasi dialoqun yüksək səviyyəsi, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarından birgə istifadə, elm, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafı ikitərəfli münasibətlərin gələcək gündəliyini formalaşdıran əsas istiqamətlərdir. Bütün bunlar Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi və iki xalqın rifahına xidmət edən yeni birgə təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.

Fəridə Hüseynova-Novruzlu - Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin
beynəlxalq müqavilələr sektorunun müdiri,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm

Bu gün, 14:10

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Gündəm

19-10-2026, 15:28

Azərbaycan–Laos münasibətlərində yeni mərhələ: Əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar

Gündəm

25-08-2026, 12:34

Azərbaycan–Özbəkistan qardaşlığı: strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru

Gündəm

20-10-2026, 16:24

prezident ilham əliyevin aqem-in 7-ci zirvə görüşündə çıxışı: azərbaycanın regional və beynəlxalq siyasətinin strateji prioritetləri

Gündəm

20-11-2026, 13:54

1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasınin təsis konfransının keçirilməsinə siyasi baxış

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 14:24
    25 Noyabr – Kəlbəcər şəhəri günü: Tarixi yaddaşdan Böyük Qayıdışa doğru
  • Bu gün, 14:21
    Təxminən 70 illik tarixə malik olan Azərbaycan-Vyetnam münasibətləri
  • Bu gün, 14:17
    Azərbaycan-Vyetnam Dostluğun 43-illik Ömrü.
  • Bu gün, 14:14
    Kəlbəcər şəhəri günü: xarabalıqdan cənnətə çevrilən əzəli yurd yerimiz
  • Bu gün, 14:14
    Kəlbəcər şəhəri günü: xarabalıqdan cənnətə çevrilən əzəli yurd yerimiz
  • Bu gün, 14:10
    Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur
  • Bu gün, 14:05
    25 Noyabr – Kəlbəcər Şəhəri Günü: Tarixi Zəfərin və milli qürurun təcəssümü
  • Bu gün, 14:02
    Azərbaycan Vyetnam münasibətləri tarixi dostluq və qarşılıqlı etimad əsasında yeni inkişaf mərhələsinə qədəm qoyur
  • 20-11-2026, 13:54
    1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasınin təsis konfransının keçirilməsinə siyasi baxış
  • 20-11-2026, 13:50
    Ulu Öndərin müdrik siyasəti YAP-ın güclü siyasi qüvvəyə çevrilməsini təmin etdi
  • 20-11-2026, 13:38
    21 Noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis edilməsi: milli dövlətçilik tariximizdə mühüm mərhələ
  • 20-11-2026, 13:33
    YAP-ın yaranması Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu
  • 20-11-2026, 13:29
    AĞDAM – YENİDƏN DOĞULAN ŞƏHƏRİN ZƏFƏR SALNAMƏSİ 20 Noyabr – Ağdam Şəhəri Günü
  • 20-11-2026, 13:24
    MİLLİ İRADƏNİN, SİYASİ UZAQGÖRƏNLİYİN TƏZAHÜR TARİXİ
  • 20-11-2026, 13:18
    YAP – dünənin, bu günün, və sabahın partiyası…
  • 20-11-2026, 13:12
    20 Noyabr Ağdam Şəhəri Günü xalqımızın qələbə əzmini, vətən sevgisini və tarixi torpaqlarına bağlılığını nümayiş etdirən mühüm tarixdir.
  • 20-11-2026, 13:06
    20 Noyabr -Ağdam şəhəri günü ilə əlaqədar
  • 19-11-2026, 17:00
    34 il: Zamanın sınağından keçən siyasi iradə və dövlətçilik məsuliyyəti
  • 18-11-2026, 15:33
    Ağdam Şəhəri günü: “Qafqazın Xirosiması”ndan Qafqazın cənnətinə doğru iri addımlarla...
  • 18-11-2026, 15:30
    20 Noyabr – Ağdam Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • 18-11-2026, 15:15
    21 Noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı milli siyasi tariximizin mühüm hadisəsidir
  • 17-11-2026, 15:28
    Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Bəyannaməsi və gələcək əməkdaşlıq perspektivləri
  • 17-11-2026, 15:24
    Dublin Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini nümayiş etdirir
  • 17-11-2026, 15:21
    Strateji Tərəfdaşlıq Bəyannaməsi Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında mühüm addımdır
  • 17-11-2026, 15:17
    Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
  • 17-11-2026, 15:13
    Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni səhifə
  • 17-11-2026, 14:53
    Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə
  • 17-11-2026, 14:48
    Bakı ilə London arasındakı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni Yol Xəritəsidir
  • 17-11-2026, 14:44
    Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir
  • 17-11-2026, 12:23
    “AZƏRBAYCAN PEŞƏ TƏHSİLİ: TARİXİ VƏ PERSPEKTİVLƏRİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • 17-11-2026, 12:21
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 12-11-2026, 15:30
    Konstitusiya dövlətin hüquqi təməlidir
  • 12-11-2026, 15:14
    Konstitusiya – milli inkişafın və dövlətçilik ənənələrinin əsas dayağıdır
  • 12-11-2026, 15:07
    Konstitusiya Azərbaycanın davamlı inkişaf yolunun hüquqi təminatıdır
  • 12-11-2026, 15:01
    Azərbaycan Konstitusiyası – dövlətçiliyimizin təməli, hüquqlarımızın təminatçısı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə