• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Ağdam Şəhəri günü: “Qafqazın Xirosiması”ndan Qafqazın cənnətinə doğru iri addımlarla...

Gündəm

Bu gün, 15:33
Ağdam Şəhəri günü: “Qafqazın Xirosiması”ndan Qafqazın cənnətinə doğru iri addımlarla...

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri

Artıq altı ildir ki, Ağdam azaddır. Artıq üç ildir ki, 20 Noyabr tarixi Ağdam üçün xüsusi əhəmiyyət daşıyır. Bəli, 20 Noyabr – Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Altı il öncə altı həftəlik müharibə Ağdamın 27 illik tarixini aydınlığa çıxardı. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi.
2020-ci ilin 20 noyabrına qədər Ağdamın 27 illik işğal tarixindən qalın xətli bir qara zolaq keçirdi. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdı.
2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına salıb. Otuz ilə yaxın müddətdə rayonun bütün sərvətləri talan edilib. İşğaldan əvvəl rayon ərazisində 3006 hektar meşə sahəsi var idi. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, 44,708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları quldurların əsarəti altına düşmüşdü. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib.
Altı il əvvəlin payızı rayona sanki bir bahar havası gətirdi. Ağdama yeni can, yeni nəfəs gəldi. Həmin il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlət başçısının Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırması haqq işinin zəfər çalması kimi milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur və sevinc hissi oyatdı. Prezidentin həmin səfəri zamanı Ağdamda dediyi sözlər hər kəsdə böyük ümidlər yaratdı: “... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.
Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanıldı. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub.
Bununla yanaşı, ötən beş il ərzində “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Ardınca Ağdam Mərkəzi Xəstəxanasının təməli qoyulub. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi bərpa olunub. Həmçinin Ağdamda tamaşaçı tutumu 15 min nəfər olan və şəhərin geniş infrastruktura malik guşəsində yeni stadion inşa edilir.
2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndindəki Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Ağdam mehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Həmçinin Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar.Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa işləri aparılıb.
Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda 2022-ci ilin oktyabrında Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Ölkəmizdə ilk dəfə məhz Ağdamda keçirilən həmin Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsi baxımından nadir və uğurlu platforma olub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il mayın 2-də Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2 ikinci və üçüncü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.
Prezident İlham Əliyev Ağdam rayonuna növbəti səfəri zamanı isə Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub. O, “Aghdam City Hotel”in, Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında, Ağdam Sənaye Parkında yeni zavodların açılışında, Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində Xıdırlı kəndində aparılan bərpa işləri, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub.
Bu gün Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onun üçün qəribsəyən və geri dönmək üçün darıxan doğma sakinlərinin yolunu gözləyir. Tikinti-quruculuq işləri isə bir an da ara vermir, yeni sosial obyektlər, yeni abad küçə və prospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər tikilir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərini qoynuna alacağı və çal-çağırlı günləri uzaqda deyil. Növbəti altı ildə Ağdamın Qafqazın cənnətinə dönəcəyinə indi heç kəsin zərrə qədər də şübhəsi yoxdur.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm

20-10-2026, 14:29

Zəngilan şəhəri günü: Altı il sonra 20 oktyabr tarixinə fərqli baxış

Gündəm

4-11-2026, 14:02

ZƏFƏR GÜNÜ – QÜRURUMUZ, MİLLİ İRADƏMİZ VƏ ƏBƏDİ TARİXİMİZ

Gündəm

4-11-2026, 13:54

Şanlı Zəfərimizdən 6 il ötür: 8 Noyabr Zəfər Gününə gedən 30 illik və 44 günlük yol…

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Gündəm

5-11-2026, 15:13

Zəfərin səsi - Qürur günümüz

Gündəm

30-09-2026, 15:52

3 Oktyabr: Milli Dövlətçiliyinin yeni mərhələsinin başlandığı gün...

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 15:33
    Ağdam Şəhəri günü: “Qafqazın Xirosiması”ndan Qafqazın cənnətinə doğru iri addımlarla...
  • Bu gün, 15:30
    20 Noyabr – Ağdam Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • Bu gün, 15:15
    21 Noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı milli siyasi tariximizin mühüm hadisəsidir
  • Dünən, 15:28
    Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Bəyannaməsi və gələcək əməkdaşlıq perspektivləri
  • Dünən, 15:24
    Dublin Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini nümayiş etdirir
  • Dünən, 15:21
    Strateji Tərəfdaşlıq Bəyannaməsi Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında mühüm addımdır
  • Dünən, 15:17
    Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
  • Dünən, 15:13
    Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni səhifə
  • Dünən, 14:53
    Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə
  • Dünən, 14:48
    Bakı ilə London arasındakı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni Yol Xəritəsidir
  • Dünən, 14:44
    Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir
  • Dünən, 12:23
    “AZƏRBAYCAN PEŞƏ TƏHSİLİ: TARİXİ VƏ PERSPEKTİVLƏRİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • Dünən, 12:21
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 12-11-2026, 15:30
    Konstitusiya dövlətin hüquqi təməlidir
  • 12-11-2026, 15:14
    Konstitusiya – milli inkişafın və dövlətçilik ənənələrinin əsas dayağıdır
  • 12-11-2026, 15:07
    Konstitusiya Azərbaycanın davamlı inkişaf yolunun hüquqi təminatıdır
  • 12-11-2026, 15:01
    Azərbaycan Konstitusiyası – dövlətçiliyimizin təməli, hüquqlarımızın təminatçısı
  • 12-11-2026, 14:57
    Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
  • 12-11-2026, 14:49
    Konstitusiya – hüquqi dövlətin, milli suverenliyin və vətəndaş hüquqlarının təminatçısı
  • 8-11-2026, 22:07
    ÜÇ RƏNGLƏ İFADƏ OLUNAN DÖVLƏTÇİLİK
  • 8-11-2026, 22:05
    DÖVLƏTÇİLİYİN TƏMƏLİ, VƏTƏNDAŞIN ƏSAS HÜQUQİ DAYAĞI- KONSTİTUSİYA
  • 7-11-2026, 23:22
    AZƏRBAYCAN KONSTİTUSİYASI – DÖVLƏTÇİLİYİMİZİN, HÜQUQİ DƏYƏRLƏRİMİZİN VƏ MİLLİ SUVERENLİYİMİZİN TƏMƏLİ
  • 7-11-2026, 23:19
    Dövlət Bayrağımız – müstəqilliyimizin, milli qürurumuzun və dövlətçilik ənənələrimizin rəmzi
  • 7-11-2026, 23:06
    Üçrəngli bayrağımız – xalqımızın milli birliyinin və azadlıq iradəsinin təcəssümü
  • 7-11-2026, 22:56
    12 Noyabr Konstitusiya Günü: Ulu öndərin qəbul etdiyi Ana Yasamız…
  • 7-11-2026, 22:24
    9 Noyabr – Daim yüksəklərdə dalğalanan Bayrağımızın günüdür
  • 7-11-2026, 22:08
    Üçrəngli bayrağımız tariximizin, qürurumuzun və zəfərimizin nişanəsidir
  • 7-11-2026, 21:50
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • 7-11-2026, 21:45
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • 7-11-2026, 21:42
    Zəfər Günü xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir.
  • 5-11-2026, 15:55
    “Qarabağda yüksələn Zəfər səsi Azərbaycanın gələcəyə inamıdır!”
  • 5-11-2026, 15:51
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • 5-11-2026, 15:48
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • 5-11-2026, 15:41
    Zəfər qürur mənbəyimiz və nə yeni tariximizdir
  • 5-11-2026, 15:22
    Zəfərə gedən yol Ali baş komandan prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin nəticəsidir.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə