• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Bakı ilə London arasındakı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni Yol Xəritəsidir

Gündəm

Bu gün, 14:48
Bakı ilə London arasındakı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni Yol Xəritəsidir

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri

Birmənalı şəkildə qeyd etməliyik ki, “Avropa Siyasi Birliyi”nin Dublində keçirilən 9-cu Zirvə Toplantısında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın güclü mövqeyinin göstəricisidir. Eyni zamanda, Azərbaycan hazırkı beynəlxalq münasibətlər sisteminin dəyişməsi fonunda özünü etibarlı tərəfdaş kimi göstərməyi bacarıb. Ən əsası, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın əldə etdiyi geosiyasi imkanlar dövlətin strateji çəkisini artırır. Azərbaycanın mövcud enerji və nəqliyyat layihələrinin şaxələndirilməsi planları Orta Dəhlizin strateji vizyonunda ona əlavə dəyər qazandırır.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin inkişaf tarixində mühüm siyasi və diplomatik hadisədir. Bu sənəd, ilk növbədə, uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın, siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yeni keyfiyyət mərhələsinə yüksəldilməsinin ifadəsidir.
Bəyannamənin əhəmiyyəti yalnız Azərbaycan və Böyük Britaniya arasında mövcud əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır. Sənəd, eyni zamanda, Azərbaycanın artan beynəlxalq nüfuzunun, regional və qlobal proseslərdə fəal iştirakının, müstəqil xarici siyasət kursunun və etibarlı tərəfdaş kimi mövqeyinin beynəlxalq səviyyədə qəbulunun mühüm göstəricisidir.
Bəyannamənin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılmasıdır. Bu baxımdan Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasətin daha effektiv nəticələrə gətirib çıxarması üçün Böyük Britaniyanın investisiya imkanlarından istifadə etmək faydalı olar və Birgə Bəyannamə çox güman ki, belə bir fürsət yaradacaq. Bir sözlə sözügedən sənəd çərçivəsində Azərbaycan və Britaniya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, ticarətin maliyyələşdirilməsi və maliyyə bazarları sahəsində təcrübə mübadiləsi üçün imkanlar artır.
Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi təməli mövcuddur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olub. Həmin sənədlərlə müəyyənləşdirilmiş əməkdaşlıq ənənələri sonrakı illərdə siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin genişlənməsinə zəmin yaradıb. Yeni Bəyannamə isə həmin tarixi irsə əsaslanaraq münasibətləri daha geniş strateji çərçivəyə daxil edir.
Azərbaycan artıq Qərbdə sözünə, imzasına hörmət edən aktor kimi göstərilməkdədir. Dublindəki Zirvə Toplantısında ən diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşü oldu.
Görüş zamanı “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə edildi. Bu, hər iki ölkə üçün tarixi hadisədir.
Bu sənəd Azərbaycanla Böyük Britaniya arasında münasibətlər anlayışının inkişafını nümayiş etdirir. Çünki Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinə ənənəvi enerji, diplomatik-siyasi əməkdaşlıq çərçivələrindən də geniş baxır.
İştirakçılar müdafiə, təhlükəsizlik, iqtisadiyyat, təhsil, yaşıl enerji və texnoloji innovasiyanı əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə keçidi rəsmiləşdirirlər. Britaniyanın Qafqaza artan diqqəti onun gələcək iqtisadi inkişafın, texnoloji rəqabətin və beynəlxalq təhlükəsizlik dinamikasına dair strateji qiymətləndirməsindən irəli gəlir.
Sənədin geosiyasi əhəmiyyəti Azərbaycanın Cənubi Qafqazda artan strateji çəkisinin Böyük Britaniyanın regional maraqları ilə uzlaşdırılması, xüsusilə Orta Dəhlizin inkişafı və Avrasiya nəqliyyat-logistika arxitekturasında Bakının rolunun güclənməsi ilə bağlıdır.
Görünən odur ki, Bakı ilə London regional reallıqların beynəlxalq nizamın transformasiya mərhələsinə keçidində əlaqələrinin dinamikasına nəzər yetirməklə aşağıdakı məqamları hədəfləyir. Birincisi, Cənubi Qafqazda təhlükəsizliyi, iqtisadi və ticari əlaqələri, onun genişləndirilməsini ön planda tutmağa çalışır. Hər iki ölkə bu amillərdən irəli gələn məqamları nəzərə alaraq onu dövlətlərin müştərək maraqları kimi formalaşdırmaq niyyətindədir.
Bəyannamənin mühüm siyasi məqamlarından biri tərəflərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına sadiqliyini bir daha təsdiqləməsidir.Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas prinsipləri ilə tam uzlaşır. Azərbaycan hər zaman dövlətlərin ərazi bütövlüyünün və suveren hüquqlarının beynəlxalq münasibətlər sistemində universal və dəyişməz prinsip kimi qorunmasını müdafiə edib. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin, təhlükəsizlik risklərinin və yeni çağırışların artdığı bir dövrdə bu prinsiplərin ikitərəfli strateji sənəddə xüsusi vurğulanması mühüm siyasi mesajdır. Bu, həm də beynəlxalq hüquqa əsaslanan ədalətli dünya nizamının qorunmasının vacibliyini göstərir. Azərbaycanın müstəqil xarici siyasət kursu, milli maraqlarına əsaslanan mövqeyi və beynəlxalq hüquqa sadiqliyi bu sənəddə öz əksini tapır.
Birgə Bəyannamənin diqqətçəkən istiqamətlərindən biri Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması məsələsinə yanaşmadır. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımların alqışlanması Böyük Britaniyanın regionda sülh prosesinə münasibətini aydın şəkildə ortaya qoyur.
Xüsusilə əhəmiyyətlidir ki, Böyük Britaniya davamlı sülhə nail olmaq məqsədilə Azərbaycan və Ermənistanın ikitərəfli dialoq çərçivəsində göstərdiyi səylərə dəstəyini bir daha təsdiqləyir. Bu yanaşma regional məsələlərin həllində birbaşa dialoqun, qarşılıqlı anlaşmanın və tərəflərin siyasi iradəsinin prioritet olmasının vacibliyini ön plana çıxarır.
Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar fonunda Cənubi Qafqazda sülhün bərqərar olması yalnız region ölkələri üçün deyil, daha geniş coğrafiyada təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Uzunmüddətli sülhün təmin olunması regionu qarşıdurma məkanından əməkdaşlıq və iqtisadi tərəqqi məkanına çevirmək potensialına malikdir. Böyük Britaniya kimi nüfuzlu dövlətin bu prosesə dəstək ifadə etməsi isə sülh gündəliyinin beynəlxalq müstəvidə əhəmiyyətini artırır.
Görünən odur ki, Azərbaycanın çoxvektorlu xarici siyasət kursu Bakıya bütün dünya ölkələri ilə qarşılıq faydalı əməkdaşlıq qurmaq imkanı qazandırıb. Müsəlman ölkəsi olaraq Azərbaycan təkcə İslam dünyası, Şərq aləmi ilə deyil, eyni zamanda Avropa, Qərblə də yaxından əməkdaşlıq qurur, bu əməkdaşlığı gün-gündən inkişaf etdirərək yeni bir mərhələyə qaldırır. Bu baxımdan bu günlərdə Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanmasını xüsusi qeyd etmək lazımdır.
Əminliklə demək olar ki, yeni strateji tərəfdaşlıq Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcək inkişafı üçün möhkəm siyasi və institusional zəmin yaradacaq, iqtisadi imkanların genişlənməsinə, texnoloji tərəqqiyə, insan kapitalının inkişafına və regionda davamlı sülhün möhkəmlənməsinə töhfə verəcəkdir. Bu baxımdan Dublin Bəyannaməsi sadəcə iki dövlət arasında münasibətlərin yeni statusunu müəyyən edən sənəd deyil, həm də gələcəyə hesablanmış, geniş əməkdaşlıq perspektivləri açan mühüm siyasi yol xəritəsidir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm

24-07-2026, 15:34

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri

Gündəm

6-08-2026, 03:35

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri

Siyasət

7-07-2026, 01:46

Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsində

Gündəm

20-10-2026, 16:24

prezident ilham əliyevin aqem-in 7-ci zirvə görüşündə çıxışı: azərbaycanın regional və beynəlxalq siyasətinin strateji prioritetləri

Siyasət

7-07-2026, 17:33

Günəşli Azərbaycandan Qərbə uzanan işıqlı əl: Bakı Qərbin enerji təhlükəsizliyinin təminatçısıdır

Siyasət

7-09-2024, 22:08

Deputat seçicilərinə səsləndi: "Bundan qürur duyuram..."

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 15:28
    Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Bəyannaməsi və gələcək əməkdaşlıq perspektivləri
  • Bu gün, 15:24
    Dublin Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini nümayiş etdirir
  • Bu gün, 15:21
    Strateji Tərəfdaşlıq Bəyannaməsi Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında mühüm addımdır
  • Bu gün, 15:17
    Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
  • Bu gün, 15:13
    Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni səhifə
  • Bu gün, 14:53
    Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə
  • Bu gün, 14:48
    Bakı ilə London arasındakı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni Yol Xəritəsidir
  • Bu gün, 14:44
    Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir
  • Bu gün, 12:23
    “AZƏRBAYCAN PEŞƏ TƏHSİLİ: TARİXİ VƏ PERSPEKTİVLƏRİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • Bu gün, 12:21
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 12-11-2026, 15:30
    Konstitusiya dövlətin hüquqi təməlidir
  • 12-11-2026, 15:14
    Konstitusiya – milli inkişafın və dövlətçilik ənənələrinin əsas dayağıdır
  • 12-11-2026, 15:07
    Konstitusiya Azərbaycanın davamlı inkişaf yolunun hüquqi təminatıdır
  • 12-11-2026, 15:01
    Azərbaycan Konstitusiyası – dövlətçiliyimizin təməli, hüquqlarımızın təminatçısı
  • 12-11-2026, 14:57
    Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
  • 12-11-2026, 14:49
    Konstitusiya – hüquqi dövlətin, milli suverenliyin və vətəndaş hüquqlarının təminatçısı
  • 8-11-2026, 22:07
    ÜÇ RƏNGLƏ İFADƏ OLUNAN DÖVLƏTÇİLİK
  • 8-11-2026, 22:05
    DÖVLƏTÇİLİYİN TƏMƏLİ, VƏTƏNDAŞIN ƏSAS HÜQUQİ DAYAĞI- KONSTİTUSİYA
  • 7-11-2026, 23:22
    AZƏRBAYCAN KONSTİTUSİYASI – DÖVLƏTÇİLİYİMİZİN, HÜQUQİ DƏYƏRLƏRİMİZİN VƏ MİLLİ SUVERENLİYİMİZİN TƏMƏLİ
  • 7-11-2026, 23:19
    Dövlət Bayrağımız – müstəqilliyimizin, milli qürurumuzun və dövlətçilik ənənələrimizin rəmzi
  • 7-11-2026, 23:06
    Üçrəngli bayrağımız – xalqımızın milli birliyinin və azadlıq iradəsinin təcəssümü
  • 7-11-2026, 22:56
    12 Noyabr Konstitusiya Günü: Ulu öndərin qəbul etdiyi Ana Yasamız…
  • 7-11-2026, 22:24
    9 Noyabr – Daim yüksəklərdə dalğalanan Bayrağımızın günüdür
  • 7-11-2026, 22:08
    Üçrəngli bayrağımız tariximizin, qürurumuzun və zəfərimizin nişanəsidir
  • 7-11-2026, 21:50
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • 7-11-2026, 21:45
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • 7-11-2026, 21:42
    Zəfər Günü xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir.
  • 5-11-2026, 15:55
    “Qarabağda yüksələn Zəfər səsi Azərbaycanın gələcəyə inamıdır!”
  • 5-11-2026, 15:51
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • 5-11-2026, 15:48
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • 5-11-2026, 15:41
    Zəfər qürur mənbəyimiz və nə yeni tariximizdir
  • 5-11-2026, 15:22
    Zəfərə gedən yol Ali baş komandan prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin nəticəsidir.
  • 5-11-2026, 15:13
    Zəfərin səsi - Qürur günümüz
  • 5-11-2026, 14:56
    8 Noyabr – Şuşa Şəhəri Günü
  • 4-11-2026, 14:17
    8 Noyabr – Zəfər Günü: Qürurumuz, fəxrimiz və tariximizin şanlı səhifəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə