• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Konstitusiya Azərbaycanın davamlı inkişaf yolunun hüquqi təminatıdır

Gündəm

Bu gün, 15:07
Konstitusiya Azərbaycanın davamlı inkişaf yolunun hüquqi təminatıdır

Hər bir suveren dövlətin siyasi inkişaf səviyyəsi, idarəçilik ənənələri və
gələcək hədəfləri, hər şeydən əvvəl, onun konstitusion prinsiplərində
ifadə olunur. Konstitusiya təkcə dövlətin idarəetmə sistemini və
quruluşunu müəyyən edən hüquqi sənəd deyil, eyni zamanda cəmiyyətin
hansı milli və ümumbəşəri dəyərlərə əsaslandığını, vətəndaşın dövlət
həyatındakı mövqeyini və ölkənin inkişaf prioritetlərini müəyyənləşdirən
fundamental qanundur. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul
edilmiş Konstitusiyası da milli dövlətçiliyimizin möhkəm təməllər
üzərində qurulmasında, dövlət müstəqilliyimizin hüquqi əsaslarının
formalaşdırılmasında və demokratik inkişaf istiqamətinin müəyyən
edilməsində mühüm əhəmiyyət kəsb edib. Hər il noyabrın 12-də qeyd
edilən Konstitusiya Günü bu baxımdan müstəqil dövlətimizin tarixində
baş vermiş mühüm hadisənin mahiyyətini və əhəmiyyətini bir daha
dəyərləndirmək üçün xüsusi fürsətdir.
Azərbaycanın müstəqilliyini möhkəmləndirən Əsas Qanunun qəbul
edilməsi uzunmüddətli və mürəkkəb tarixi prosesin məntiqi nəticəsi idi.
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli
dövlətçilik ənənələrini yenidən canlandırsa da, cəmi 23 ay fəaliyyət
göstərdiyi müddətdə Konstitusiya hazırlayıb qəbul edə bilmədi. Daha
sonrakı sovet hakimiyyəti illərində qəbul olunan konstitusiyalar isə
müstəqil dövlətin suveren qərarlarına əsaslanan milli hüquq sisteminin
yaradılması məqsədinə xidmət etmirdi. Buna baxmayaraq, həmin tarixi
mərhələdə milli kimliyin, dilin və dövlətçilik düşüncəsinin qorunması
istiqamətində görülən işlər gələcək müstəqilliyin mənəvi və ideoloji
əsaslarının saxlanılmasında mühüm rol oynadı.
Bu tarixi prosesdə 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan
SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunun təsbit
edilməsi xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyevin qətiyyətli
mövqeyi və prinsipial yanaşması nəticəsində Əsas Qanuna daxil edilən bu
müddəa ana dilimizin qorunmasına, milli-mənəvi irsimizə və xalqımızın
özünəməxsusluğuna göstərilən diqqətin bariz nümunəsi idi. Bu hadisə bir
daha sübut edirdi ki, ən çətin siyasi şəraitdə belə milli maraqların
müdafiəsi üçün güclü siyasi iradə, prinsipiallıq və uzaqgörən yanaşma
vacibdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik
modelinin formalaşdırılması istiqamətində atılan addımlar da məhz bu
tarixi təcrübənin yaratdığı məsuliyyətin davamı kimi meydana çıxdı.
Bununla belə, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası yeni
Konstitusiyanın qəbul edilməsi üçün yalnız ilkin şərt idi. Belə bir mühüm
sənədin hazırlanması üçün ölkədə siyasi sabitliyin təmin olunması, dövlət
institutlarının normal fəaliyyətinin qurulması və səmərəli idarəçilik
mexanizmlərinin yaradılması zəruri idi. Müstəqilliyin ilk illərində
Azərbaycanda hökm sürən siyasi böhran, hakimiyyətin idarəçilikdə yol
verdiyi ciddi nöqsanlar və dövlət strukturlarında yaranmış xaos
Konstitusiya quruculuğu prosesinin həyata keçirilməsinə mane olurdu.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən
siyasi hakimiyyətə qayıtması ölkənin gələcək inkişafında yeni mərhələnin
başlanğıcını qoydu. Dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi
sabitliyin təmin edilməsi və idarəetmə sisteminin yenidən qurulması
istiqamətində həyata keçirilən tədbirlər yeni Konstitusiyanın hazırlanması
üçün zəruri şəraiti formalaşdırdı.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Əsas Qanununun yalnız
mövcud dövrün ehtiyaclarını deyil, həm də dövlətin uzunmüddətli inkişaf
məqsədlərini təmin etməsini əsas vəzifələrdən biri kimi qarşıya
qoymuşdu. Onun rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyasının
gördüyü işlər nəticəsində milli dövlətçilik ənənələrini müasir hüquqi
yanaşmalarla birləşdirən yeni Konstitusiya layihəsi hazırlandı. 1995-ci il
noyabrın 12-də keçirilən ümumxalq referendumunda seçicilərin 91,9
faizinin sənədin lehinə səs verməsi Konstitusiyanın xalqın iradəsi
əsasında qəbul olunduğunu təsdiqlədi. Noyabrın 27-də qüvvəyə minən
Əsas Qanun müstəqil Azərbaycanın dövlət quruculuğunun hüquqi
prinsiplərini müəyyənləşdirdi, idarəetmə sisteminin əsaslarını
formalaşdırdı və ölkənin gələcək inkişafı üçün etibarlı hüquqi baza
yaratdı.
Konstitusiyanın aliliyinin təmin olunması və konstitusion quruluşun
möhkəmləndirilməsi baxımından konstitusiya nəzarəti institutunun
yaradılması da mühüm əhəmiyyət daşıyırdı. 1998-ci ildə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ölkəmizdə
hüquqi dövlət quruculuğunun institusional əsaslarının daha da inkişafına
şərait yaratdı. Bu qurumun yaradılması Əsas Qanunun üstünlüyünün
qorunması, qanunvericilik aktlarının konstitusion normalara
uyğunluğunun yoxlanılması və dövlət idarəçiliyində hüquqi prinsiplərin
tətbiqinin genişləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addım idi.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası isə
Konstitusiyanın tarixi vəzifələrinin həyata keçirilməsi baxımından
tamamilə yeni mərhələnin başlanğıcını təşkil etdi. 2020-ci ildə Vətən
müharibəsində əldə edilən tarixi Qələbə və 2023-cü ilin sentyabrında
keçirilən antiterror tədbirləri ölkəmizin bütün ərazilərində vahid
konstitusion hüquqi məkanın təmin olunması üçün yeni imkanlar yaratdı.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi həm
dövlət suverenliyinin tam bərpası ilə əldə olunan tarixi nəticələrin, həm
də müstəqil Azərbaycanın Əsas Qanununun qəbul edilməsinin 30 illiyinin
əhəmiyyətini ön plana çıxardı. Eyni zamanda, həmin ildə Konstitusiyanın
hazırlanması və təkmilləşdirilməsi, onun aliliyinin qorunması və milli
hüquq sisteminin inkişaf etdirilməsi sahəsində xidmətləri olan şəxslərin
əməyinin qiymətləndirilməsi məqsədilə yubiley medalının təsis olunması
da mühüm hadisələrdən biri kimi diqqət çəkdi.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm

7-11-2026, 22:56

12 Noyabr Konstitusiya Günü: Ulu öndərin qəbul etdiyi Ana Yasamız…

Gündəm

7-11-2026, 23:22

AZƏRBAYCAN KONSTİTUSİYASI – DÖVLƏTÇİLİYİMİZİN, HÜQUQİ DƏYƏRLƏRİMİZİN VƏ MİLLİ SUVERENLİYİMİZİN TƏMƏLİ

Gündəm

5-11-2026, 15:51

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü

Gündəm

7-11-2026, 21:50

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü

Gündəm

Bu gün, 14:57

Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli

Gündəm

8-11-2026, 22:05

DÖVLƏTÇİLİYİN TƏMƏLİ, VƏTƏNDAŞIN ƏSAS HÜQUQİ DAYAĞI- KONSTİTUSİYA

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 15:14
    Konstitusiya – milli inkişafın və dövlətçilik ənənələrinin əsas dayağıdır
  • Bu gün, 15:07
    Konstitusiya Azərbaycanın davamlı inkişaf yolunun hüquqi təminatıdır
  • Bu gün, 15:01
    Azərbaycan Konstitusiyası – dövlətçiliyimizin təməli, hüquqlarımızın təminatçısı
  • Bu gün, 14:57
    Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
  • Bu gün, 14:49
    Konstitusiya – hüquqi dövlətin, milli suverenliyin və vətəndaş hüquqlarının təminatçısı
  • 8-11-2026, 22:07
    ÜÇ RƏNGLƏ İFADƏ OLUNAN DÖVLƏTÇİLİK
  • 8-11-2026, 22:05
    DÖVLƏTÇİLİYİN TƏMƏLİ, VƏTƏNDAŞIN ƏSAS HÜQUQİ DAYAĞI- KONSTİTUSİYA
  • 7-11-2026, 23:22
    AZƏRBAYCAN KONSTİTUSİYASI – DÖVLƏTÇİLİYİMİZİN, HÜQUQİ DƏYƏRLƏRİMİZİN VƏ MİLLİ SUVERENLİYİMİZİN TƏMƏLİ
  • 7-11-2026, 23:19
    Dövlət Bayrağımız – müstəqilliyimizin, milli qürurumuzun və dövlətçilik ənənələrimizin rəmzi
  • 7-11-2026, 23:06
    Üçrəngli bayrağımız – xalqımızın milli birliyinin və azadlıq iradəsinin təcəssümü
  • 7-11-2026, 22:56
    12 Noyabr Konstitusiya Günü: Ulu öndərin qəbul etdiyi Ana Yasamız…
  • 7-11-2026, 22:24
    9 Noyabr – Daim yüksəklərdə dalğalanan Bayrağımızın günüdür
  • 7-11-2026, 22:08
    Üçrəngli bayrağımız tariximizin, qürurumuzun və zəfərimizin nişanəsidir
  • 7-11-2026, 21:50
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • 7-11-2026, 21:45
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • 7-11-2026, 21:42
    Zəfər Günü xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir.
  • 5-11-2026, 15:55
    “Qarabağda yüksələn Zəfər səsi Azərbaycanın gələcəyə inamıdır!”
  • 5-11-2026, 15:51
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • 5-11-2026, 15:48
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • 5-11-2026, 15:41
    Zəfər qürur mənbəyimiz və nə yeni tariximizdir
  • 5-11-2026, 15:22
    Zəfərə gedən yol Ali baş komandan prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin nəticəsidir.
  • 5-11-2026, 15:13
    Zəfərin səsi - Qürur günümüz
  • 5-11-2026, 14:56
    8 Noyabr – Şuşa Şəhəri Günü
  • 4-11-2026, 14:17
    8 Noyabr – Zəfər Günü: Qürurumuz, fəxrimiz və tariximizin şanlı səhifəsi
  • 4-11-2026, 14:06
    Şuşa Zəfərini doğuran amillər sırasında güclü dövlət quruculuğu xüsusi yer tutur.
  • 4-11-2026, 14:02
    ZƏFƏR GÜNÜ – QÜRURUMUZ, MİLLİ İRADƏMİZ VƏ ƏBƏDİ TARİXİMİZ
  • 4-11-2026, 13:56
    Şuşa milli qürurumuzun və tarixi zəfərimizin rəmzidir
  • 4-11-2026, 13:54
    Şanlı Zəfərimizdən 6 il ötür: 8 Noyabr Zəfər Gününə gedən 30 illik və 44 günlük yol…
  • 3-11-2026, 16:44
    28 illik qaranlıq həsrətin sonu: 8 Noyabr Şuşa şəhəri Günüdür…
  • 3-11-2026, 16:42
    8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
  • 3-11-2026, 16:40
    8 Noyabr – Şuşa şəhəri günü: Tarixi qələbənin, milli qürurun və mədəniyyətimizin təntənəsi
  • 3-11-2026, 14:37
    Şuşa – Azərbaycanın milli qürurunun və tarixi Zəfərinin rəmzi
  • 3-11-2026, 14:35
    8 Noyabr – Azərbaycan xalqının tarixi Zəfərinin və milli qürurunun təntənəsi
  • 3-11-2026, 14:28
    8 Noyabr – Xalqımızın dəmir yumruq kimi birləşərək tarix yazdığı gün
  • 3-11-2026, 14:24
    Şuşa – Azərbaycan mədəniyyətinin beşiyi və gələcəyə açılan inkişaf yolu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə