• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

ABŞ-ın SSRİ-dən qaçırdığı 1 milyon dollarlıq casusun TAM MƏXFİ DOSYESİ

Araşdırma

26-01-2026, 11:00
ABŞ-ın SSRİ-dən qaçırdığı 1 milyon dollarlıq casusun

1979-cu ilin dekabr ayının sonunda ABŞ-nin xüsusi xidmət orqanlarının üç əməkdaşı “qırmızı düymə”yə basır.

Onews.az-ın araşdırmasına görə, onların SSRİ DTK-sının mayoru Viktor Şeymovun Varşavada görüşü baş tutur.

İki saatdan artıq davam edən görüşdə tərəflər şərtlərini açıqlayırlar.
DTK mayoruna əməkdaşlığa görə 1 milyon dollar təklif olunur.
Şeymov məbləğlə razılaşır.

Amma daha bir şərtinin olduğunu da bildirir.
Onunla birgə həyat yoldaşı və 5 yaşlı qızının SSRİ-dən təhlükəsiz çıxarılması təmin edilməli idi.
Bununla da 1 milyonluq sövdələşmədə razılıq əldə olunur...

Viktor Şeymov 1946-cı ildə Moskvada anadan olmuşdu.
Atası sovet ordusunda xidmət etmişdi.
Polkovnik rütbəsi daşımışdı.

Anası isə həkim-stomatoloq işləmişdi.
Viktor orta təhsilini Moskvanın tanınmış məktəblərinin birində, 45 nömrəli orta məktəbdə almışdı.
Gələcəyin casusu texniki fənnlərə böyük maraq göstərir.
Bu sahədə həmyaşıdlarından fərqlənir və təhsilini əla qiymətlərlə başa vurur.
Viktor Şeymov ali təhsilini Bauman adına Moskva Ali Texniki məktəbində alır.

Bu təhsil ocağını da fərqlənmə diplomu ilə bitirir.
Kosmos texnikası konstruktoru ixtisasına yiyələnən Viktor Şeymov ilk əmək fəaliyyətinə Moskvadakı qapalı elmi-tədqiqat institutunda başlayır.
O, burada işə başlayarkən DTK tərəfindən nəzarətə götürülür.
Ümumiyyətlə, bu müəssisədə çalışan əməkdaşların hamısı DTK nəzarətində olurlar.
Bir müddət bu qurumda işlədikdən sonra ictimai fəallığı, bilik və bacarığı nəzərə alınır.

Dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul olunması üçün Şeymovun şəxsi işi DTK-nın kadrlar idarəsinə göndərilir.
Xüsusi yoxlamanın müsbət nəticələrindən sonra Viktor Şeymov 1971-ci ildə DTK orqanlarına xidmətə götürülür.
DTK kurslarını bitirdikdən sonra Viktor Şeymov rabitə, kriptoqrafiya və məxfi şifrələnmə xidmətini kurasiya edən 8-ci baş idarənin əməkdaşı kimi xidmətə başlayır.

O, mütəxəssis kimi SSRİ-nin xarici ölkələrdəki səfirliklərinin və DTK rezidentlərinin “qara qutu”suna çevrilir.
Şeymov diplomatların Moskva ilə informasiya mübadiləsində məxfiliyinə və texniki təhlükəsizliyinə cavabdehlik daşıyır.
Xidməti işi ilə əlaqədar tez-tez xarici ölkələrdə ezamiyyətlərdə göndərilir.

Şeymov həmin ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında da kifayət qədər məlumatlı olur.
Ən mürəkkəb şifrələrin açılmasının mahir ustası olan Viktor Şeymov dövlətlərarası “gizli oyunlar”ın haradan qaynaqlandığını da yaxşı bilir.
Ümumiyyətlə, o, məxfi rabitə sahəsi üzrə ən güclü mütəxəssislərdən biri sayılır.
Elə onun ABŞ kəşfiyyatınının diqqətini cəlb etməsi də məhz güclü mütəxəssis olmasından irəli gəlir.
Şeymov Amerika kəşfiyyatı üçün vacib və lazımlı bir fuqur sayılır.

ABŞ xüsusi xidmət orqanları 1979-cu ilin ortalarında Varşavada Şeymovla danışıqlara girirlər.
Razılaşma ilə nəticələnən danışıqlardan sonra Viktor Şeymov şərti olaraq “Sapfir” adını alır.
Danışıqların şərtlərinə uyğun olaraq 1980-ci ilin may ayının 15-də Viktor Şeymov həyat yoldaşı və qızı ilə SSRİ-dən qaçırılır.
Onların sərhəddən necə keçirilməsi dəqiq məlum olmasa da, bu haqda iki versiya irəli sürülür...

Birinci versiyaya görə, ailə Leninqraddan Finlandiyaya ABŞ kəşfiyyatına işləyən digər bir DTK zabitinin vasitəsi ilə keçirilir.
İkinci versiyaya görə isə, Şeymova ABŞ-ın SSRİ-dəki səfirliyində qərb ölkələrinə reysləri icra edən təyyarələrin birinin pilotunun sənədləri düzəldilir.
Həyat yoldaşı və qızı isə məxfi möhürlü yük konteyneri ilə təyyaryə keçirilir.
Maraqlı məqamlardan biri odur ki, Şeymovlar ailəsi “yoxa çıxdıqdan” sonra onların öldürülməsi versiyası səslənir.
Hər halda DTK zabitinin yoxa çıxması adi bir hadisə sayılmır.

Ölüm faktını təsdiqləyən dəlillərin ortaya çıxmaması DTK rəhbərliyini ciddi narahat edir.
Amma baş verən digər bir hadisə Şeymovun həqiqətən də öldürülməsini qismən də olsa təsdiqləyir.
Belə ki, DTK zabitinin ailəsi ilə birlikdə öldürülməsi hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.
Bu araşdırmalar altı ay nəticəsiz qalır.

1980-ci ilin dekabr ayında DTK katibliyinin rəis müavini Vyaçeslav Afanasyevin ölümü Şeymovun da “qaranlıq taleyi”nə işıq salır.
Afanseyevin Moskvanın “Jdanov” metrostansiyasında xətt milis bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilməsi Şeymov məsələsinə aydınlıq gətirir.

Metroda DTK zabitinin milislər tərəfindən öldürülməsi heç bir siyasi motiv daşımayıb.
Hadisə sırf tamah məqsədi daşıyıb.

Amma buna baxmayaraq, bu hadisədən sonra DTK sədri Yuri Andropovla daxili işlər naziri Nikolay Şelekovun böyük müharibəsi başlanır.
Bu müharibənin sonu nazirin və həyat yoldaşının intiharı ilə nəticələnir.
Metrodakı qətl hadisəsi ilə bağlı 4 milis əməkdaşı həbs edilir və istintaq başlanır.
Eyni zamanda, Şeymovlar ailəsinin istintaqı da davam edir.

1981-ci ildə milis əməkdaşlarına ölüm hökmü cəzası verilir.
Onlar vaxt qazanmaq üçün məhkəmədə daha bir cinayət törətdiklərini, daha bir DTK zabitini qətlə yetirdiklərini “etiraf” edirlər.
Məqsəd ölüm cəzasının icrasının vaxtının uzadılması, yaxınlarının hökmün dəyişdirilməsinin mümkünlüyü söyləmələri olur.
Bununla da, Şeymovun SSRİ-dən qaçması ehtimalını heç kim ağlına gətirmir.
1985-ci ilə qədər Şeymovun yoxa çıxması müəmma olaraq qalır.

Uğurlu qaçışından iki həftə sonra, 1980-ci ilin iyun ayında sabiq DTK mayoru Viktor Şeymov ABŞ-da öz işinə başlayır.
Məhz onun informasiyalarına əsasən, Moskva ətrafında məxfi rabitə qurğularına Amerika kəşfiyyatçıları müdaxilə edə bilirlər.
Moskva ilə SSRİ-nin xarici ölkələrdəki səfirliklərinin və DTK rezidentlərinin informasiya mübadilələri çözülür.

Onlar ABŞ xüsusi xidmət orqanları tərəfindən quraşdırılmış xüsusi qurğulara yazılaraq Vaşinqtona göndərilir.
Şeymov sosialist düşərgəsində olan ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir.
O, bu məsələdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində əsas fiqurlardan biri olur.

Bir sözlə, ABŞ-da Viktor Şeymovun bildiklərindən və imkanlarından maksimum istifadə edilir.
Amma bunların müqabilində Şeymova Varşava sövdələşməsində ona təklif olunan 1 milyon dollar ödənilmir.
Viktor Şeymova mənzil və avtomobil hədiyyə olunur.
Qızının və həyat yoldaşının təhsil haqqı ödənilir.

1 nilyon yox, cəmi 200 min dollar pul verilir.
Bundan razı qalmayan Şeymov məhkəməyə müraciət edir.
Onun iddiası qismən təmin olunur.

Amma sonralar özü dediyi kimi, o, amerikalılardan pulunu son sentə qədər ala bilmir.
Şeymovun ABŞ-da olması haqqında təxmini məlumat isə SSRİ-yə ilk dəfə 1985-ci ildə daxil olur.
Həmin vaxt Viktor Şeymov ABŞ vətəndaşı idi.

1988-ci ildə isə sabiq DTK zabitinin Amerika kəşfiyyatında xidmət etməsi tam təsdiqini tapır.
Viktor Şeymov 2019-cu ildə, 73 yaşında Virciniya ştatında ağciyər xəstələyindən vəfat edir.

Rauf

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Gündəm

9-11-2024, 12:47

COP29-la əlaqədar 57 avtobusun hərəkət sxemi dəyişdirilir

Siyasət

12-09-2025, 09:51

20 Yanvarında Kremlin “tam məxfi” planı: DTK əməkdaşlarını kim öldürüləcəkmiş?

Siyasət

12-09-2025, 10:22

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı kimdir?

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 13:56
    Gəl, bu gecə taleyin inadını sındıraq - Günay Miri Günay Miri
  • 16-06-2026, 11:34
    Tarixi bağları daha da möhkəmləndirən sənəd: Şuşa bəyannaməsi Türk Birliyinə nə verdi?
  • 16-06-2026, 11:32
    Yeni Geosiyasi Reallığın Siyasi İfadəsi – Şuşa Bəyannaməsi
  • 15-06-2026, 19:44
    15 İyun – Milli Qurtuluş Günü
  • 15-06-2026, 19:41
    Milli Qurtuluşdan Zəfərə Aparan Yol
  • 15-06-2026, 19:39
    Bakı Enerji Həftəsi 2026: Azərbaycanın qlobal enerji dialoqunda artan rolu
  • 12-06-2026, 16:04
    5 İYUN – QURTULUŞDAN ZƏFƏRƏ UZANAN TARİXİ YOL: DÖVLƏTÇİLİYİMİZİN MÖHKƏMLƏNMƏSİ
  • 12-06-2026, 14:13
    15 iyun Milli Qurtuluş Günü: Uçurumun astanasından uğurlu zirvələrə uzanan yol
  • 12-06-2026, 13:54
    Nərimanov rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində "15 iyun Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilib.
  • 12-06-2026, 13:40
    15 İyun: Azərbaycanın "Qayıdış" və İnkişaf Tarixi – Dövlətçilik Salnaməmizin Zirvəsi
  • 12-06-2026, 13:30
    Şuşa Bəyannaməsi: İki Dövlətin Bir Ürəkdə Döyünən Tarixi və Gələcəyi
  • 11-06-2026, 13:15
    Azərbaycanın Dövlətçilik Tarixinin Dönüş Nöqtəsi – Milli Qurtuluş Günü
  • 11-06-2026, 12:56
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.
  • 11-06-2026, 12:52
    15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ
  • 11-06-2026, 12:51
    Müttəfiqliyin Əbədi Fəlsəfəsi:Tarixi Kəlamlardan Şuşa Bəyannaməsinə Uzanan Yol
  • 11-06-2026, 12:47
    Milli Qurtuluş Günü - Xalqımızın uğur və zəfər tarixi
  • 11-06-2026, 12:39
    Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar
  • 11-06-2026, 12:17
    Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi.
  • 11-06-2026, 12:11
    Qurtuluşla başlanan dövlətçilik yolu Azərbaycanı Zəfərə və tam suverenliyə qovuşdurdu
  • 11-06-2026, 12:03
    Milli Qurtuluş Günü: Azərbaycanın Müstəqillik və İnkişaf Traektoriyası
  • 11-06-2026, 12:00
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
  • 11-06-2026, 11:58
    İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri
  • 11-06-2026, 11:55
    Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir.
  • 11-06-2026, 11:50
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
  • 11-06-2026, 11:45
    Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti
  • 11-06-2026, 11:43
    15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələdir
  • 11-06-2026, 11:39
    Nüfuzlu siyasi liderə ehtiyac duyulurdu.
  • 11-06-2026, 11:35
    Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır
  • 10-06-2026, 14:30
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
  • 10-06-2026, 11:39
    Qurtuluşun işığında formalaşan güclü dövlət modeli
  • 10-06-2026, 11:35
    15 İyun: Azərbaycan Tarixinin Dönüş Nöqtəsi
  • 10-06-2026, 11:33
    Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır
  • 10-06-2026, 11:28
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
  • 10-06-2026, 11:12
    15 İyun Milli Qurtuluş Günü: Azərbaycanın xilası və dövlətçiliyin dirçəlişi
  • 10-06-2026, 11:09
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında üzvlərlə görüş keçirilib.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə