1999-cu ildə Gəncə şəhərində özəl universitet olan(sonradan müəllimlər institutuna köçürüldük) Aqrar Ekologiya Universitetinə qəbul oldum. Sentyabr ayı yenicə başlamışdı.Dərsə gedəndə tanıdığım bir neçə yaxın qohumlarımla təsadüfən eyni qrupda oxuduğumuzu öyrəndim. Qohumlarımla söhbət əsasında anladım ki, bu dostlarım şəhər mühitindən, insanlarından bir az çəkinirlər.
Uzun sözün qısası, bu qohumlarımla birgə tədricən şəhər həyatına adaptasiya olmağa çalışırdıq. Bu yolda təbii maneələrlə qarşılaşmaq məcburiyyətində qalırdıq.
Təvəzökarlıqdan uzaq da olsa demək məcburiyyətindəyəm; Həmin qohumlarımın üstündə dəfələrlə küçə davalarına qoşulmalı olur, onların şəhər uşaqlarının ciddi, psixoloji basqılarına tab gətirmədiklərini gördükdə məcburən mən problemi öz üzərimə götürürdüm.
Əksər hallarda "üstün tərəf" biz olurduq. Uşaq yaşlarımdan həmişə zəif tərəfin yanında yer tutmuşam. Bəzilərindən fərqli olaraq daima döyüb-döyülməyimdən asılı olmadan valideynlərim və yaxınlarımdan heç kimi öz dava-dalaşlarıma qarışmağını istəməmişəm. Nə isə…
... Uzun illər keçdi... 2003 cü ilin yay ayları idi. 4 illik institut həyatını başa vurub hərbi xidmətə yollanmalı olduq. Xidmətə yollanmağımıza az müddət qaldığından boş zamanları öz yaxınlarımla və həyatda əvəzolunmaz məhəbbətim olan
"3652" kod adlı sevgilimlə keçirirdim.
Nəhayət, vaxt yetişdi. Mən və yaxın dostum Şını, sonralar hərbçi olan dostum Hümbətoviç və daha sonralar
üzlükləri düşən 2 nəfər tələbə yoldaşımız - yəni, 5 nəfər birlikdə Gəncə şəhərindən taksi tutaraq Bakı şəhərinə yollandıq.
"Mercedes" taksi ilan kimi uzanan yollarla şütüyür, Namiq Qaraçuxurlu və Könül Kərimovanın yaxın vaxtlarda populyarlaşan "Cavanlıq səhvi" adlı musiqili meyxana olan duetləri maqnitafonda oxuyur, mən isə 4 illik institut müddətində etdiyim cavanlıq səhvlərimi pəncərədən baxaraq hər yerdə görür və təəssüf hissi ilə izləyirəm.
Sanki yolun kənarları böyük bir monitordur. Mənim bütün yanlışlarım proyektor vasitəsilə bu monitorda nümayiş etdirilir.
Beləcə yola davam edirik. Nə qədər də kişilik məktəbinə qədəm qoyduğumuz üçün qürur duysaq da belə, narahatlığımızın olduğunu da dana bilməzdik.
Bu halı büruzə verməməyə çalışsaq da hər kəsin üzündə hərb həyatının nə olduğu, necə bir dünya olduğunu bilmədiyimiz və təbii ki doğmalarımızdan, illərlə sevdiyimiz qızdan uzaq düşməyimizin acı kədəri aydın sezilirdi.
...Və nəhayət, Bakıya çatdıq. Bu gecəni burada qohumlarımızın evində gecələyib, səhərdən hərb həyatına qədəm qoyacağıq. Bakının gəzməli, görməli yerlərini gəzdik,dolaşdıq. Hərə öz yaxın qohumları ilə görüşdü, sağollaşdı.
Günün əyilən vaxtları idi. Bu 2 yaramaz qohumumdan biri öz yaxını Ceyhun adlı şəxsə zəng edərək görüşmək istəyini bildirdi.
Ceyhun gəldi və bu Ceyhun adlı yoldaş hərbi xidmətdən yeni təxris olunduğu üçün bizə hərbidə necə davranmalı olduğumuzu danışır, biz biçarələr də ağzımızı ayırıb bunu dinləyirik. Qəflətən Ceyhun dedi ki, üstünüzdə nə qədər pulunuz varsa, hamısını bu gecə barlarda filan xərcləyib bitirin. Onsuz da gedən kimi əlinizdən alacaqlar.
Bu söz mənə çox təsir etdi. Soruşdum ki,mənim pulumu kim və nə üçün ala bilər?
Dedi:
- Orda qayda belədir ki, gənc əsgər gələn kimi pulları əllərindən alınır.
Qayıtdım ki, mənim pulumu heç kim ala bilməz. Bu qonaq mənim sözümə qəhqəhə ilə güldü və dedi ki, baxarıq.
Mənimsə cibimdə xeyli pul var idi. Milli pulla yanaşı yaxın dostum imkanlı bir xanımla vidalaşmaq üçün görüşəndən sonra zəng edib bildirdi ki, cinsinin arxa cibinə 100 dollar qoymuşam. Ceyhun hər vəchlə çalışır ki, mənə pulu xərclədə. Pulu kimlərinsə əlimdən almasına heyfi gəlirdi. Söylədi ki, o pulları ya səndən alacaqlar, ya da oğurladacaqsan. Heç olmazsa o 100 dolları gəl xərcləyək.
Dedim, Ceyhun, İnşallah maraqlanarsan, o puldan nə 1 qəpik kiməsə verəcəyəm, nə də ki kimsə onu məndən oğurlaya biləcək! Beləcə gecəni yatdım desəm, yalan olar.
Gələcək hərb həyatında nələrin məni gözlədiyini düşünərək səhəri açdım.
Gecə saatları idi. Təyyarə Naxçıvan aeroportuna eniş etdi. Bizimlə birlikdə olan 5 nəfərdən biri Bakıda qaldı, dördümüz isə Naxçıvan Sərhəd Dvizyasına göndərildik.
Gecə Hərbi Hissənin Qərərgah Rəisi Palkovnik Leytenant Əbülfəz Kərim oğlu Hümbətov bizi qarşıladı.
İlahi! Yəni, bizim də belə əzəmətli, natiq, cüssəli,şəxsiyyətli zabitimiz var?!
Qərərgah rəisinin davranışlarına nitqinə valeh oldum. Qürur duydum!
Nəhayət, bizi bölüklərə ayırıb kazarmalara yerləşdirdilər. Sıra düzülüş komandası verildi və mağar toylarında olduğu kimi 1 dəst stol-stul, 1 dəst dəftər-qələm, bir nəfər də mirzə əyləşdi:
-"Davay", kimin cibində nə qədər pul var, versin bura, adın qeyd edək. Sonra kimə lazım olsa, bizə müraciət edib pulunu geri ala bilər.
Mən tələbə yoldaşlarımı sırada özümdən sonraya düzdüm və özüm qabağa keçdim. Sıra ilə hamı pulun aparıb adını, soyadını qeyd etdirir, yenidən sıraya qayıdır. Sıra mənə çatanda dedim ki, yoldaş komandir, məndən sağda olan 3 nəfərin və mənim pullarımın hamısı məndədir və mən sizə 1 qəpik də pul verməyəcəyəm. Kapitan üzümə diqqətlə baxdı və bölüyə yat komandası əmr etdi. Yatdıq…
Səhər duranda çəkmələrin dəhşətli qoxusundan beynimin daxilində olmazın səsləri peyda olmuşdu. Xülasə, komandir məni çağırdı otağa və dedi:
-Mamedov, burada oğurluq halları olur. Sən nə üçün pulları verməkdən imtina edirsən?
Dedim:
- Yoldaş kapitan, mən əsgərəm. O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam?
Kapitan mənə baxdı və "azadsan!" əmrini verdi.
Beləcə 2 ay karantin müddətində o pullar məndə qaldı və bütün zəruri ehtiyaclarımızı o pulla qarşıladıq.
Şını istisna olmaqla, digər Maqitni və Rəza adlı qorxaqlar üçün bunları etməyimə sonralar çox peşman oldum.
Bir starşınamız var idi, Əlqoçov. Çox əla insan idi. Rəza adlı tələbə yoldaşımı həmişə göstərib onun yaxşı adam olmadığını, daxilində zərərli qurdların olduğunu deyirdi.
Mən isə onunla razılaşmır, Rəzanın əla oğlan olduğunu bildirirdim.
Əlqoçov dedi:
-Mamedov,zaman gələcək görəcəksən, o necə dəyyus adamdır.
Bir çavuş var idi, Şükürsüz Şakur. Zabitlərin münasib yerinə özünü möhkəmcə sivişdirmişdi...
Zabitlər də ona heç nə demirdilər. Əsgərlərə qəsdən zülm edirdi. Birinin (Şını ilə məndən başqa - müəllif) ƏTRİ çatmırdı ki, desin ay Şakur, niyə bizə əzab verirsən?
Bir gün gecənin bir aləmi idi. Şakur yenə əsgərləri incitməyə başlamışdı. Dedim ki, Şakur Allaha bax, belə etmə. Şakur üstümə hücum çəkəndə ilahi bir nərə çəkib Şakuru qaldırıb başımın üstündən döşəməyə buraxdım. Şakur durub formasını düzəltdi və dərhal kazarmanı tərk etdi.
Şını canlara dəyən oğlan idi. O digər iki nəfər Maqitni və Rəza isə bir dəfə olsun qorxularından Şakura demədilər ki, niyə bizə "itin zülmünü" verirsən?!
Bir dəfə gəldim ki, iki Çavuş Maqitnini kazarmada siqaret çəkdiyi üçün divara dirəyiblər. Yenə də ilahi bir qüvvə ilə bu yaramazları boyunlarından tutaraq baş-başa çırpıb buraxdım və arxaya baxmadan qaçdılar. Di gəl ki, o yaramazlar Maqitni və Rəza adlı tələbə və əsgər yoldaşlarım paxıllıqlarından mənim o jestlərimi bircə dəfə də olsun vurğuladılarmı?!
Nə üçün vurğulamadılar? Çünki ikisi də svilizasiyadan uzaq, bayquş yuvası adlanan bir yerə təyinat aldılar, uzun müddət bir yerdə işlədilər. İndi hər ikisi əleyhimə danışırlar.
Maqitni fırıldaqçılıqla məşğuldur. Bir gün zəng etdi ki, adına kredit götürüm. Telefonda utandığımdan dedim ki, yaxşı baxarıq. Sonra isə bunun "moşennik" olduğunu bildiyim üçün rədd etdim. Rəza isə qarnındakı parazitlər səbəbindən sanki bu dünyanın insanı deyil.
Bir gün dostlarla yeyib içdikdən sonra, mən içki içmədiyim üçün dostumun maşınını sürməli oldum. Öz maşınımı həmin yerdə qoymaq qərarına gəldim.
Rəza dedi ki, açarı ver,mən də sənin maşınınla gəlim. Mən də maşının açarını verdim Rəzaya. Mənim ona etdiyim yaxşılıqların qarşılığı olaraq, mənim maşınımı başqa bir səviyyəsizlə birgə aparıb düşmən malı kimi sürüb, qızdırıb məni küllü miqdarda xərcə saldı.
Bilməzdim ki, Rəza nakişilik edəcək. Onu da deyim ki, Rəza adlı yaramazın çox dəyərli, əzəmətli soykökü var. Rəhmətlik babası, atası Azərbaycanda böyük hörmət sahibləri olublar. Rəzanın isə kimə oxşadığı hələ də elmə məlum olmayan sirr olaraq qalmaqdadır.
2024 cü ilin iyul-avqust ayları bir neçə günlük doğma kəndim olan Kəlbəcər rayonunun Tövlədərə kəndinə getdim.
Kəndimizin təbiəti sadcə möhtəşəmdir! Di gəl ki insanlarının əksəriyyəti hələ də köhnə, zərərli düşüncələrdən tayfabazlıq xəstəliyindən xilas ola bilməyiblər. Kənddə daha bir qan qohumum olan Gödək Biləndər adlı biri var. Bu Gödək Biləndər və Rəza hər ikisi özlərini dırnaq arası "müdrik" sanırlar. Daima kənddə nəsillər arasında keçmişdə baş vermiş münaqişələri müzakirə edir,özlərinin də özlərinin mənsub olduqları tayfanın da hamıdan qüdrətli və əvəzsiz olduğunu xüsusi vurğulayırlar.
Aqşin Yeniseydən sitat: "Platonun “mağara alleqoriyası” nəyə işarədir? Bu mağara qüsursuzluq mühitinin illuziyyasıdır. Mağaradakı adamlar vəziyyətlərinin ideal olduğunu zənn edirlər. Təsadüfən mağaradan çölə çıxan adam bunun belə olmadığını görür. Qüsursuzluq mühitinin illuziyyasına qapılmış mağaradakı dostlarına cəhalət içində olduqlarının xəbərini gətirir və artıq gerçəkliyi təmsil etdiyi üçün öz mağarasının yadına çevrilir".
Görkəmli akademik Rafiq Əliyevdən sitat:
Gələcək dünyamızda Tolerantlıq məntiqi ilə yaşaya bilən insanlar yaşayacaq. Daha orada kim bizdən deyil(bizim tayfadan deyil) düşüncəsində olanlar yaşamayacaqlar.
Dəyərli Akadrmik Şahlar Əsgərovdan sitat: "Yaxşı" və "Pis"-ə diqqət yetirək. Əvvəlcə "pis" olub, sonra "yaxşı"-yaranıb. Tarixin sonuna yaxınlaşdıqca "pis" yox olacaq, ancaq "yaxşı" qalacaq. Bu intellek hesabına baş verəcək. Yaxşını həyat tərzinə çevrilməsi mədəniyyətin təntənəsidir"...
Gödək Biləndər və Rəza kimilərinə üzümü tutub demək istəyirəm ki,özünüz cəhənnəmə, gora heç olmazsa, uşaqlarınızı, yeni gəncliyi öz zəhərli viruslarınıza yoluxdurmayın! Qırın zəncirlərinizi! Xilas olun, bu mağara təfəkküründən! İmkan verin gənclik sağlam yetişsin!
Ağdaş rayonunun kəndlərindən birində ünlü məktəb direktoru işləyən özü də natiq, adı da Natiq olan müəllimin təbirincə desək, həyat sizə haram olsun!
[b]Namiq Mamedov[/b