• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Fuad Cəfərli: “Özgələşməyə başlamışam...” - MÜSAHİBƏ

Müsahibə

9-02-2026, 09:34
Fuad Cəfərli: “Özgələşməyə başlamışam...” -

Onews.az-ın “Ədəbi günlük” layihəsinin növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərlidir.

Şair Fuad Cəfərli ilə müsahibəni təqdim edirik:

– Fuad bəy, çoxdandır ədəbi cameədə görünmürsünüz? "Yoxa çıxmağın" səbəbi nədir?

– Dünyamızda ədəbiyyat bütün dövürlərdə var olub. Bəzən insanlığın başı digər nəsnələrə qarışdığı üçün zamanında yazılmış əsərlərdən xəbəri olmayıb. Bəzən də insanlıq əsərləri qavrayacaq qədər kamiliyə çatmayıb. Yəni, gecənin varlığı Günəşin olmadığı anlayışını özündə ehtiva etmir. Bir sözlə, Günəş səhərləri sevir...

– Hazırkı yaradıcılıq prosesiniz necədir? Yeni şeirlər, əsərlər varmı? İçinizdəki söz yataqları tükənməyib ki?

– Hazırda həyatı və kitabları oxuyuram. Eyni zamanda, yerli və əcnəbi müəlliflərin yeni əsərlərini dövrü mətbuatdan izləyirəm. Hər söz yeni nəfəs deməkdir. Bəli, yeni oxucular üçün tər şeirlərim var. Siz heç təbiətin tükəndiyini görmüsünüz?! Axı, təbiət sonsuz gözəlliklərlə doludur.

– Niyə gənc yazarların fikirləri çox vaxt ictimai müzakirələrdə sərt tənqid atəşinə tutulur?

– Hər hansı bir mövzuyla bağlı ənənəvi düşüncədən çıxaraq, yeni yanaşma ortaya qoymaq özü-özlüyündə güclü enerji və yaradıcılıq istəyir. Heyflər olsun ki, bu hamıda olmur və bəzən zamandan qabaqda olmağı həyat insana bağışlamır.

– AYB-nin 14-cü qurultayında, Anardan sondakı dönəm üçün sədrliyə namizədliyinizi irəli sürəcəksinizmi?

– Mənim üçün qeyd etdiyiniz məsələ obyektiv səbəblərdən 13-cü qurultayda bitdi. Bu barədə digərilərindən fərqli olaraq danışamq istəməzdim.

– Bizim istedadlı imzaların dünyaya çıxışının qarşısını kəsən hansı amillərdir?

– Bu gün Azərbaycan şeiri inkişaf mərhələsinin pik həddindədir. İstər qərb, istər şərq, istərsə də türkdilli ölkələrdə poeziyamız istənilən uğuru qazanmaq iqtidarındadır. Necə deyim, poeziyamız hazırda çiçəklənmə dövürünü yaşayır. Poetik desək, bizə indi çox yaxşı, yəni, peşəkar bağban lazımdır.

– Yeni dünyanın yeni ədəbi çağırışlarından biri də müəlliflərin ən azı iki-üç xarici dil bilməsi məsələsidir. Bəlkə bizim müəlliflər azı iki xarici dildə mətn yarada bilmədikləri üçün dünyaya açıla bilmirlər?

– Dil amili əsərlərin dünyada yayılmasında ən azı mətnin kamilliyi qədər önəmlidir. Qaldı ki, müəllifin xarici dilləri bilməsi müəllif üçün əlbəttə, arzuolunandır. Yeri gəlmişkən, burada hər nəsnəni müəllifin dil bilgisinin üzərinə atmaq məncə yumşaq desək, özümüzü aldatmaqdır. Bəyəm, Cek London, rus, yapon, dillərini bilirdi, ya Dostoyevski, Puşkin, ingilis dilini, ispan dilini bilirdi, bəlkə Nazim Hikmət italiyanca yazırdı? Bunlar uydurmadır, mifdir. Bəs tərçüməçilər nə işə yarayır, bəs onların işinin adı nədir? Bizim müəlliflərin sadəcə pulu yoxdur. Bununla yanaşı, mədəni səviyyəsi bu cür nəcib işlərə yetəcək messenatımız yoxdur. Varsa da mən görmürəm. Mən öz adıma danışa bilərəm. Yeri gəlmişkən deyim ki, tərcüməçi vasitəsi ilə özbəkcəyə və ingiliscəyə mədhud bündcəmlə şeirlərimi çevirtdirdim. Hər iki dildə kitab çıxdı. Biri Özbəkistanda, biri burada. Büdcəm olmadığı üçün mən reklam və səfərləri həyata keçirə bilmədim. Xaricdə bu işlər aganetliklər vasitəsi ilə həyata keçirilir. Sadaladığım və sadalamadığım nüanslar üçün çoxlu pul lazımdır. Sonda sizə bunu da deyim; bilirsiniz, mən bağlanan neft-qaz kontraktlarında bu barədə bir maddə də olması üçün yazılı təklif vermişdim. Bildirmişdim ki, kontrakt bağladığımız ölkələrin KİV-lərində bizim sənət adamları - şair, yazçı, bəstəkar, rəssam və saymadığım digər mədəniyyət nümayəndələrinin əsərləri işıqlandırılsın.
Nəysə belə-belə işlər...

– Sanki hər kənara çəkilmənizin arasında böyük bir küskünlük yatır. Kimlərdən, hansı səbəblərdən qaynaqlanır?

– Kənara çəkilməyimin səbəbi obyektivdir. Kiməsə görə ədəbiyyata gəlməmişəm ki, kiməsə görə də küsüm, çəkilim. Məmləkətim özgləri sevir deyə sadəcə özgələşməyə başlamışam.

– Ədəbi camianın boz üzünü rəngləndirə biləcək tendensiyalar hansılardır?

– Mənə elə gəlir ki, boz rəng vicdansızlığın rəngidir.

– Niyə Azərbaycanda kitab sənayesi inkişaf edə bilmir? Sizcə, bu nüansın önünü hansı amillər və tendensiyalar kəsir?

- Əzizim, bilirsiniz, iqtisadi yanaşma ilə desək, birinci ölkəmizin bazarı kiçikdir. İkincisi isə kitab fiziki-biyaloji deyil, sırf mənəvi ehtiyacdır, qidadır. Mənəvi qida isə heç bir zaman insalar üçün birinci sırada dayanmayıb. Bütün dövürlərdə hər zaman həyatda qalmaq ilkin sırada yer alıb.

Tural Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

24-10-2024, 21:00

Ən qaranlıq anlarda ümid manifesti - Həmid Şehanegi YAZIR

Müsahibə

17-01-2025, 15:49

Anarın yaratdığı sistem onunla birlikdə AYB-ni tərk etməlidir - MÜSAHİBƏ

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Müsahibə

12-02-2026, 10:00

Özümü daha çox aldatmaq istəmirəm - Çinarə Ömrayla MÜSAHİBƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 3-09-2026, 23:12
    Vətən kimi sev məni - Günay Mirinin şeirləri
  • 3-09-2026, 23:10
    15 İyun: Azərbaycanın "Qayıdış" və İnkişaf Tarixi – Dövlətçilik Salnaməmizin Zirvəsi
  • 3-09-2026, 19:57
    ABŞ-ın ikinci adamı Bakıda nələr dedi?
  • 3-09-2026, 19:30
    Qələmin fəryadı: İnsan acizliyinin portreti
  • 31-08-2026, 12:03
    Təbiətin dəyişməz balansı və milli kimliyin mənəvi şifrələri
  • 26-08-2026, 23:50
    Laçın: İşğaldan azad olunan torpaqda yenidən qurulan həyat
  • 26-08-2026, 14:58
    Müasir Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva!
  • 25-08-2026, 13:15
    Laçın şəhəri Günü: Qaranlıq gecələrdən aydın səmalara qucaq açan diyar
  • 25-08-2026, 13:15
    Prezidentin Özbəkistan səfəri: Yeni inkişaf erasının başlanğıcı!
  • 25-08-2026, 13:13
    Prezidentin Özbəkistan mediasına müsahibəsi yeni "Yol xəritəsi"dir
  • 25-08-2026, 13:12
    Azərbaycan–Özbəkistan münasibətlərində yeni strateji mərhələ
  • 25-08-2026, 12:41
    Laçın Şəhəri Günü tarixi Zəfərin və yeni inkişaf mərhələsinin təcəssümüdür
  • 25-08-2026, 12:34
    Azərbaycan–Özbəkistan qardaşlığı: strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru
  • 25-08-2026, 12:29
    Prezident İlham Əliyevin Özbəkistana səfəri: Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ
  • 25-08-2026, 12:25
    Azərbaycan və Özbəkistan: Qardaşlıq münasibətlərindən strateji tərəfdaşlığa doğru
  • 24-08-2026, 16:55
    Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji müttəfiqliyə doğru
  • 24-08-2026, 16:47
    Azərbaycan–Özbəkistan qardaşlığı: möhkəm təməldən hərtərəfli müttəfiqliyə doğru
  • 24-08-2026, 15:37
    Azərbaycan-Özbəkistan əlaqələrinin regional əhəmiyyəti
  • 18-08-2026, 13:01
    Ruhun dövrdəki mənəvi çöküşü - Tural İbrahimov YAZIR
  • 13-08-2026, 16:02
    Naxçıvanın yeni inkişaf səhifəsi: Gənclərin gözü ilə parlaq sabahımız
  • 13-08-2026, 15:18
    Naxçıvan: uzaqgörən siyasətin və davamlı inkişafın diyarı
  • 13-08-2026, 14:39
    Naxçıvanın davamlı inkişafı və güclənən strateji əhəmiyyəti
  • 13-08-2026, 14:29
    Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mövqeyi möhkəmlənir
  • 13-08-2026, 14:24
    Prezident İlham Əliyevin Naxçıvana səfəri və Naxçıvanın inkişaf perspektivləri
  • 10-08-2026, 16:48
    COO platformasına “Startap” şəhadətnaməsi verilib
  • 6-08-2026, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 5-08-2026, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə