• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Anarın yaratdığı sistem onunla birlikdə AYB-ni tərk etməlidir - MÜSAHİBƏ

Müsahibə

17-01-2025, 15:49
Anarın yaratdığı sistem onunla birlikdə AYB-ni tərk etməlidir -

Bu gündən başlayaraq Onews.az xəbər saytı yeni ədəbiyyat layihəsi - "Ədəbi günlük"lə oxucularının görüşünə gələcək.

Layihəmizin ilk qonağı isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğludur.

Emil bəylə söhbətimizdə modern ədəbi prosesin rəngsiz tərəflərini verdiyi cavablarla rəngləməyə çalışmışıq.

Müsahibəni təqdim edirik:

— Emil bəy, niyə Azərbaycan ədəbi mühitinin yaşlı nəsil nümayəndələri gənc imzaların onların yaradıcılıqları haqqında alternativ, fərqli fikirlərinə tolerant yanaşmırlar? Təfəkkürün səbr kəsiyini yaşayan yaşlı qələm sahiblərinin bu dözümsüzlüyünün arxasında nə dayanır?

— Mən bu mövzuda publika qarşısında kifayət qədər fikir bildirmişəm. Bilirsiniz, az qism istisna olmaqla çağdaş ədəbi mühit sağlam polemikadan, sağlam diskusiya prosesindən, düşüncə və fikir azadlığından, birbaşa fundamental ədəbi dəyərlərlərdən çıxışetmə anlayışından çox uzaqdır. Belə bir tendensiyası olduğu halda kor-koranə fikir bildirmə cəhdləri də, sənət meyarlarının, ədəbi vicdanın bir çox hallarda müəyyən “maraqlar”ın ayaqları altında can verməsi də, necə deyərlər, "xroniki diktatorluq"dan doğan bütpərəstlik də olduqca təbiidir.

Siz təsəvvür edin ki, bu ədəbi mühitin demokrat hesab etdiyi və bu ədəbi mühitdə özünə “demokratam” deyənlərdən biri məsələn, Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı haa... Bir şeirinə bildirilən ədəbi və gerçək fikrə tolerantlıq göstərməyə iradəsi çatmayan Sabir Rüstəmxanlı...

— Sizcə, Yazıçılar Birliyi gənclər siyasətini necə qurmalıdır ki, yeni nəsil imzaların dünyaya çıxışı təmin olunsun?

— Əvvəla, deyim ki, doğrudu, Yazıçılar Birliyi Anar diktaturasından və o diktaturanın fonundakı səriştəsizlikdən xilas olmalıdır. Bu öz yerində! Amma mövzu yeni nəsil istedadlı imzaların dünyaya çıxışıdırsa, burada tək Yazıçılar Birliyinin yox, bir çox amillərin rolu mütləqdi. Əgər bir ölkədə ki, yazıçı, şair kitabını üç yüz, beş yüz, min tirajla çap etdirirsə hələ gəlin görək, həmin ölkədə ümumilikdə sənətə, sənətkara hansısa yüksək dəyərdən, diqqətdən, yaradılan ədəbi şəraitdən, açılan yoldan danışmaq olurmu? Onda qalmışdı ki, o sənət adamının dünyaya çıxışdan söz açasan. Yazıçının mətni təqdim olunmalıdır...

— Sənətin və sənətkarlığın ali meyarları nələrdir və bu baxımdan Azərbaycan ədəbi mühitinin sənətlə bağlı təfəkkür etalonu sizi qane edirmi?

— Mənim həmişə tez-tez dilimə gətirdiyim bir ifadə var: spesifik yaradıcı laboratoriya... və o laboratoriyaya daxil olan fövqəl enerji, fundamental, ümumbəşəri ədəbi təfəkkür və novatorluq. Bütün bunlar müəllif olan şəxsin qələmində, ədəbi məhsulunda özünü birmənalı şəkildə göstərməlidir. Sənət və sənətkarlıq o zaman meydana çıxır.

Sualın digər hissəsinə gəldikdə isə çağdaş dövrümüzdə ciddi mətni tanıyan və onu yaratmağı bacaran kifayət qədər imzalar var. Etalon isə sənətin prinsipləridir...

— Sizcə, modern Azərbaycan və erməni ədəbiyyatının ən yaxşı nümunələri qarşılıqlı olaraq həmin ölkələrdə çap olunmalıdırmı? Yoxsa ilk olaraq dövlətlər arasında rəsmi sülh sazişi olmalıdır?

— Bilirsiniz, bu sənətdi. Sənət və sənətkar missiyası sərhəd tanımır, tanımamalıdır. Ədəbiyyat, mətn, sənət idraki hadisə olduğu zaman bir müəllifin bioloji olaraq harada doğulmasının, hansı ölkənin vətəndaşı olmasının sənətlə, sənətkarlıqla nə əlaqəsi?!. Sənəti, sənətkarı siyasət masasına daşımaq onun “İlahi genini” dəyişməkdi. Ortada mətn varsa Azərbaycanda da çap olunmalıdır, Ermənistanda da, Amerikada da və.s... Fərq ermir, müəllifi azərbaycanlıdı, farsdı ya ermənidir.

— Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayından gözləntiləriniz nələrdir? Sizcə, hazırkı sədr Anar Rzayevdən sonra üzvü olduğunuz quruma demokratik seçki ənənəsi gələcəkmi?

— Bilirsiniz, bu mövzu özlüyündə ardıcıl olaraq çox mərhələni birləşdirir... Öncə Anarın yaratdığı sistem Anarla birlikdə Yazıçılar Birliyini tərk etməlidir. Bu başlıca faktordu. Daha sonra isə demokratik prinsiplər şərt kimi qəbul edilməli və o müstəvidə seçki keçirilməlidir.
Düşüncələrindən “qandalı” açılmalı olası o qədər qələm adamı var ki, bu ədəbi cameədə...

Tural Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Siyasət

8-10-2024, 10:15

Türk ədəbiyyatının yeni cığırı: Murat Menteş kimdir? - DETALLAR

Siyasət

24-10-2024, 21:00

Ən qaranlıq anlarda ümid manifesti - Həmid Şehanegi YAZIR

Araşdırma

18-06-2024, 11:30

Qulu Ağsəs haqqında kitab çap olundu

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 16:47
    3 OKTYABR 1993: AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİNYENİ İNKİŞAF MƏRHƏLƏSİ
  • Dünən, 16:37
    Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu
  • Dünən, 16:33
    3 oktyabr 1993-cü il – Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
  • Dünən, 16:30
    3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi
  • Dünən, 16:23
    Heydər Əliyevin siyasi qayıdışı və Azərbaycanın sabitlik mərhələsi
  • Dünən, 16:12
    Dövlətçilik tariximizin dönüş nöqtəsi: 3 oktyabr 1993-cü il
  • Dünən, 15:57
    3 oktyabr 1993-cü il – Azərbaycanın taleyində mühüm gün
  • Dünən, 15:52
    3 Oktyabr: Milli Dövlətçiliyinin yeni mərhələsinin başlandığı gün...
  • Dünən, 15:47
    Yeni Qlobal İqtisadi Memarlıq və Azərbaycanın Davamlı İnvestisiya Strategiyası.
  • 29-09-2026, 16:07
    Dayanıqlı iqtisadi inkişafın əsas istiqamətləri: enerji, logistika və yeni investisiyalar
  • 29-09-2026, 16:03
    Azərbaycanın gələcəyinə investisiya: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda əsas mesajlar
  • 29-09-2026, 16:00
    İNVESTİSİYA MƏSƏLƏSİNƏ YENİ BAXIŞ: BAKIDAN VERİLƏN MESAJLARIN İQTİSADİ MƏNASI
  • 29-09-2026, 15:52
    Bakıdan dünyaya açılan yeni iqtisadi əməkdaşlıq imkanları
  • 29-09-2026, 15:49
    Azərbaycanın investisiya siyasətində yeni inkişaf mərhələsi
  • 29-09-2026, 14:41
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Yeni iqtisadi gözləntilər nələrdir?
  • 29-09-2026, 14:37
    Azərbaycan investisiya üçün yeni imkanlar və etibarlı tərəfdaşlıq məkanıdır
  • 29-09-2026, 14:26
    Azərbaycanın tranzit imkanları regional iqtisadi əməkdaşlığa yeni dinamika gətirir
  • 28-09-2026, 10:25
    27 Sentyabr – Anım Günü
  • 28-09-2026, 10:24
    27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi
  • 28-09-2026, 10:02
    27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi
  • 24-09-2026, 12:21
    Şəhidlərimizi Anma Günü - 27 sentyabr...
  • 24-09-2026, 11:56
    Dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsi: 2027–2030-cu illər üçün prioritetlər
  • 24-09-2026, 11:51
    Şəhidlərin əbədi izi, Zəfərin müqəddəs yaddaşı
  • 24-09-2026, 11:48
    Metallurgiya sənayesinin inkişafında yeni "Yol xəritəsi" - Nələr olacaq?
  • 24-09-2026, 11:40
    27 Sentyabr – Anım Günü: Unutmadığımız qəhrəmanlar, yaşatdığımız yaddaş
  • 23-09-2026, 18:10
    27 Sentyabr – Anım Günü
  • 23-09-2026, 18:06
    Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi gücünün yeni göstəricisidir
  • 23-09-2026, 18:02
    Azərbaycanın təbii sərvətləri müasir sənaye siyasətinə inteqrasiya olunur
  • 23-09-2026, 18:00
    Regionların inkişafında sənaye layihələrinin rolu
  • 23-09-2026, 17:55
    Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın sənaye potensialını gücləndirəcək
  • 23-09-2026, 17:49
    Mineral resursların iqtisadi potensiala çevrilməsi
  • 23-09-2026, 17:42
    Zəfərə aparan yolun başlanğıcı
  • 23-09-2026, 17:39
    Qeyri-neft sektorunun inkişafında yeni sənaye mərhələsi
  • 23-09-2026, 17:35
    Anım Günü – Vətən uğrunda göstərilən fədakarlığın əbədi yaddaşı
  • 23-09-2026, 17:19
    27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əbədi yaşatdığı Vətən sevgisi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə