• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Paşa Talıblı: “Məndən Hadi olmaz, qəbrim var mənim...”

Araşdırma

13-10-2024, 17:17


Onews.az şair Paşa Talıblının yeni şeirlərini təqdim edir:

***
Könlüm elə yalındı ki...

Könlüm elə yalındı ki,
gülün ayazı göynədir...
Eh... gül də bir bəhanədir,
sözün dayazı göynədir.

O gördüyün ağ var, ağ... ha,
ağ varağdı, ağ varağ... ha!
... varağa bax, ağ varağa —
bir qara yazı göynədir.

Bircə halın neçə vaxtı
bilməyəsən, keçə vaxtın...
...adamı bu gecə vaxtı
qələmin nazı göynədir.


Hadi itən yerdi yer üzü...

Durur tarixiylə olub — keçənlər...
Olub — keçənləri tarix yazırdı.
Kimdi məni qoymur Hadi olmağa?
Arxadan vurmağa kimsə hazırdı!..

İtib, bilən yoxdu sözün dilini,
itib, gedən yoxdu şerin izinnən...
Məndən Hadi olmaz, qəbrim var mənim,
mən “yoxa” çıxmadım bu yer üzündən...

Hadi itən yerdi yer üzü, Allah!
Burda daşdan tutmuş güləcən itib...
Yer üzü Hadidi — daşından gülünəcən,
Hadi yer üzündən beləcə “itib”!..


Məndə gecələyən səs...

... gecə tez-tez oyanıram,
bir damcı su da içirəm.
İt kimi darıxdığımdan
tez-tez vaxtı da ölçürəm...

Lap it kimi darıxıram,
bu da haydı... hərə çatmır!
Vaxtı elə öldürürəm
qurtarır, səhərə çatmır...

Bir damcı su da içirəm,
suyum da körfəzdən gəlir...
Bu da haydı, hamı gəlmir,
gələnim görməzdən gəlir...

Məndə gecələyən səsəm,
min ildi varam bu halla...
Gecə tez-tez oyanıram,
it tək darıxıram, vallah!..


Mən sözü torpağa gec əkdim bir az...

... ümidim olmadı bu gələn yaza,
mən sözü torpağa gec əkdim bir az.
Neylim, bu ümidnən çata bilmədim,
sözün meydanına gecikdim bir az.

Sözün meydanına gecikdim bir az,
elə hey "gecikdin" dedilər, neylim!
... yedilər payımı ümidyeyənlər,
bu yaz ümidimi yedilər, neylim!

Dedilər yeməkdən ümid yaxşıdı...
... bir əlim daş oldu, bir əlim yazan!
Mən sözü torpağa gec əkdim bir az...
... ümidim olmadı bu gələn yaza!


Barışıq

... ha oynadım yeri — göyü,
ha dünyanı qarışdırım —
dil tapa bilmirəm söznən,
məni söznən barışdırın.

Küsdürmüşəm, küsüb məndən,
işığını kəsib məndən.
Bir vaxt qalxıb-əsib məndən...
Sözü mənnən barışdırın.

... ürəyinki alışmaqdı,
odnan — suynan qaışmaqdı!
... mənim dərdim barışmaqdı,
məni söznən barışdırın.


Qasid

... elə bil sənindi ürəyim, götür,
elə bil sənindi gözlərim, buyur!
Bir az gözlərimin oduna atıl,
bir az ürəyimin dalınca yüyür...

Bir az taleyimin dalınca yüyür,
taleyimin üstə gəril bir azca!
Bərkit ayağını, bas üzəngini,
teylə ürəyini, yorul, bir azca!

Çevir ürəyini sevər üzünə,
çevir gözlərini baxdığı səmtə —
üzünü üzümə çevir, qadası!
Sən elə həmişə taleyimdəsən,
taleyi özümə çevir, qadası!

Bir az ürəklərin qaç dolusundan,
bir az ürəklərin boşuna yüyür...
Ürəyin boyunca, gözün boyunca
dünyanın ağrılı başına yüyür —
ürəyim ağzımda mən yüyürəntək!

Bir az ürəyimin dalınca yüyür,
gözümün odunu alınca yüyür!
Taleyimin üstə yüyür, qadası,
elə bil sənindi buyur, qadası!


Ağlamağın əlacı...

... bu ömrə nə deyəsən?
Artır elə gündə yaş...
Başında əhlət daşı,
ayağında kündə daş...

Nə qədər yaşamışam,
neçə saat, neçə il?
Min cürə yaşamaq var —
heç biri mənim deyil...

Gödək də bir uzundu...
Bilirmi, gödək, görən?
... ağlamağın əlacı
gülməkdimi, tək görən?!

... ömrün hansı çağıdı?
Hara baxırsan bürkü...
... yaşayıb köhnəlmişəm,
cındırımdan cin hürkür.

Eh... ömrə nə deyəsən?
Artır elə gündə yaş...
Başında əhlət daşı,
ayağında kündə daş...


Bizim qalaktika...
(gürcü şairi Q.Tabidzeyə)

... ağarır qalaktikamız
... ya bulud naxışlarıtək!
... yavuz — ulduz axınları
meteor yağışlarıtək!

... qoxusu burnunda bir gül
öncə nazından çox satdı.
... ağarır qalaktikamız —
əmir mülkünə oxşatdım.

... soyuyan da son gecədi!
Neyləsin, bir aca qıysın?
... “mülkü göylərdi şairin”,
mülkünü hərraca qoysun?

Baxıb necə duymayasan?
Hər əza bir cür hiss edir!
İndi bütün qalaktika
Qalaktion Tabidzedir...

Paşa Talıblı
Şair

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Araşdırma

16-09-2024, 22:00

“Göy üzündən qorxar ovcun...” — Paşa Talıblı

Siyasət

15-10-2024, 11:00

"Uduzdum qara sevdama..." - Paşa Talıblı

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Art

8-01-2025, 12:02

Paşa Talıblı: “Qürbətə qıymış adamam...”

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • Bu gün, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • Dünən, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • Dünən, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • Dünən, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
  • 13-10-2026, 15:39
    İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır
  • 13-10-2026, 15:36
    Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindəndir
  • 13-10-2026, 15:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı
  • 13-10-2026, 15:14
    Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
  • 13-10-2026, 15:07
    Məktəb mühitində vahid geyim mədəniyyəti və məsuliyyət prinsipləri
  • 13-10-2026, 14:54
    Strateji prioritetlər Azərbaycanın qarşısındakı hədəfləri daha aydın göstərir
  • 13-10-2026, 14:44
    Vahid məktəbli formasının üstünlükləri nələrdir?
  • 13-10-2026, 14:40
    Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?
  • 13-10-2026, 14:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Yeni dövrün çağırışları və tarixi missiyası.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə