• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Paşa Talıblı: “Qürbətə qıymış adamam...”

Art

8-01-2025, 12:02
Paşa Talıblı: “Qürbətə qıymış adamam...”

Onews.az şair Paşa Talıblının şeirlərini təqdim edir:

Tanrı da təki çağırır...

Deyəsən, burda nəsə var,
nəsə var... görmürəm axı!
... qulaqlarım səsə düşüb
ya kimsə məni çağırır?

Elə hey səs eşidirəm,
kimdisə - gizlənir məndən...
Səs mənim özümdən gəlir
ya kimsə səslənir məndən?

Bəlkə heç çağıran yoxdu,
bəlkə göydəki çağırır...
... Tanrı qədər təkəm mən də,
Tanrı da təki çağırır.


Bir ölümün tarixçəsi...

Niyə cavan - cavan ölür şairlər,
niyə vida şeri yazır şairlər?
Bu dünya yaşamaq üçün yer deyil,
ölməsin, neyləsin yazıq şairlər...

... önündə bir Qanlı Yol dura gərək,
başında bir Qara Əl dura gərək.
Hamı bir şairi öldürə gərək,
ölməsin, neyləsin yazıq şairlər...

Başının üstünü ölüm kəsdirir
ya ölümdən betər olum kəsdirir?!
Üstünü kəsənlər zülüm kəsdirir,
ölməsin, neyləsin yazıq şairlər...

Hardan alacaqlar daşı, bilirlər,
harda salacaqlar başı, bilirlər.
Ölməyi hər şeydən yaxşı bilirlər,
ölməsin, neyləsin yazıq şairlər...


Üzümə açılan sabah...

Hər günün öz inam qanadları var,
inamım inamdan seçilir hər gün!
Niyə əllərimə, gözlərimə yox,
sabahım üzümə açılır hər gün?

Eh... daha ömrümdə yoxdu o havar!
Gündə neçə yol dəyişir hava...
Bir üzdü Allahdan - üzümdə nə var?
Sabahım üzümə açılır hər gün!

Üzümü nə qədər gizlədirlər də,
üzüm əllərimdən yaxşı görünür,
üzüm gözlərimdən yaxşı görünür,
sabahım üzümə açılır hər gün!


Torpaq məndə nə görüb...

... torpaq məndə nə görübdü,
bir canam - dərdə bükülü.
Sağam - üstündə gəzdirir,
öldüm - üstümə tökülür.

Əli bir az da uzanır,
qucağı bir az da artır.
Ağzı bir az da sulanır,
iştahı bir az da artır.

Yerim də göz qabağında...
Neylim, axı harda durum?
Bəlkə yerimi dəyişim,
gedim uzaqlarda durum!

... əsən də səmum yelidi,
yürüyən dəni görməsin.
... mən indi harda durum ki,
bu torpaq məni görməsin!


Sözü yalın məmləkətdə...

... əyilməyən oğuluydum bizim dağların,
ilqarını - vüqarını yoxla, izindi!
Bir ucu yer, bir ucu göy, yer - göy arası
fərman kimin olsa belə dağlar bizimdi!

Adım qala yarağında bir dağ oğlunun...
Qədim qala yarığında ahı suvardım!
Əyilməzlik dərsini də tərsinə keçdik...
... sözü yalın məmləkətdə şahı süvardı!

Ölmürəmmi Borçalı dağlarınnan ötrü...
... ağ sular da qayalara dəyib çağırır!
Məni quru quşəppəyi canıma baxıb,
hamı yenə dağ oğlusan - deyib çağırır!


Tanrı tənhası...

... mən də bir Tanrı tənhası,
sevinin, dostlar, sevinin!
Sevinmək sevilmək deyil,
sevinin, dostlar, sevinin!

Əynimə dardı köynəyim,
içində canım, göynəyim.
Sizdən bir azca köhnəyəm,
sevinin, dostlar, sevinin!

... hörümçəkdən can umuram,
nə baxır, nə göz yumuram.
Daş kölünüzdən damıram,
sevinin, dostlar, sevinin!

Qırılan mənəm - ötən sim!
Nə edim haqqım ödənsin!..
Yerimə bəxtim utansın,
sevinin, dostlar, sevinin!

Qara yol

Dedilər, bu gələn şahın oğludu,
açılması müşkül düyündədi yol.
Alt dodağınacan yola qarışır,
gör indi gəldikcə nə gündədi yol.

Babalına qalmış sonuncu yoldu,
babalına büksün qolu zorluyi?
Aldığı nəfəs də yola qarışır,
bu gələn gör necə yolu korlayır...

Yolun da yönü var, yolağası var...
... və yaxşı demirmi adı heç nə bəs?
Dedilər, bu gələn şahın oğludu,
amma bulud - bulud atı kişnəməz...


Sızıltı

Hər şey bu qədər dünənki...
... sayını saymış adamam!
... dodağım, kirpiyim belə,
qaşını əymiş adamam.

Hər yoldan keçənin üstə,
... kəfkirin, küçənin üstə,
özünü gecənin üstə
xəlvəti yaymış adamam.

Nə gün çıxır, nə gül daşır!
... nə daş külü, nə kül daşı.
Könülsüzəm, könüldaşım,
könlündən doymuş adamam.

Mən təkəm, hamı deyiləm!
Qərib... odamı deyiləm?
Qürbət adamı deyiləm,
qürbətə qıymış adamam.


Yoxluq...

Düz gedib ölümün üstə çıxacam,
ölümün yolundan keçib gedəcəm...
Yola salacaqlar bir gün məni də,
bu köç - köç yollarnan köçüb gedəcəm.

Yola salacaqlar - yığışıb hamı
mən bir gedər - gəlməz yola çıxacam.
Gedib çıxacağam yoxluğun üstə,
mən ordan o yana yoxa çıxacam!

Bilmirəm, bəlkə də baş - ayaq oldu;
orda dağ olacaq, yel olmayacaq!
Gedib itəcəyəm ordan o yana,
mənə bu dünyadan yol olmayacaq...

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

15-10-2024, 11:00

"Uduzdum qara sevdama..." - Paşa Talıblı

Araşdırma

13-10-2024, 17:17

Paşa Talıblı: “Məndən Hadi olmaz, qəbrim var mənim...”

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Araşdırma

16-09-2024, 22:00

“Göy üzündən qorxar ovcun...” — Paşa Talıblı

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • Bu gün, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • Dünən, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • Dünən, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • Dünən, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
  • 13-10-2026, 15:39
    İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır
  • 13-10-2026, 15:36
    Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindəndir
  • 13-10-2026, 15:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı
  • 13-10-2026, 15:14
    Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
  • 13-10-2026, 15:07
    Məktəb mühitində vahid geyim mədəniyyəti və məsuliyyət prinsipləri
  • 13-10-2026, 14:54
    Strateji prioritetlər Azərbaycanın qarşısındakı hədəfləri daha aydın göstərir
  • 13-10-2026, 14:44
    Vahid məktəbli formasının üstünlükləri nələrdir?
  • 13-10-2026, 14:40
    Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?
  • 13-10-2026, 14:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Yeni dövrün çağırışları və tarixi missiyası.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə