• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

"Uduzdum qara sevdama..." - Paşa Talıblı

Siyasət

15-10-2024, 11:00


Onews.az şair Paşa Talıblının şeirlərini təqdim edir:


***
(Səməd Qaraçöpə)

... tanıyıram ürəyindən;
od görsəm, odamı sənsən?
... şair, bax indi "dünyanın
ən ucqar adamı" sənsən!

... "köçəmmirəm" deyə-deyə,
köçdün, ay Səməd, ay Səməd!
... sən də Sirat körpüsündən
keçdin, ay Səməd, ay Səməd!

Kömrükçü bildimi kimsən?
Mahalın münəvvər diyar...
İstədiyin bir yar idi,
yetirmişdi pərvərdigar!

... suyun səhənglə kəhrizdən,
kökən təndirdən gəlirdi.
Borçalıda - dağ yerində
səsin hündürdən gəlirdi.

Hamı səni bir-birinə
barmaqla göstərirdilər!
... ya səni seyrə çıxanlar
gülünü pis dərirdilər?

Bura yenə nəmişlikdi,
Borçalının bilmirsənmi?
Bir vaxta sal, arada gəl!
Yoxsa, getdin gəlmirsənmi?

... payız elə gördüyündü,
yaz yenə yazlıq eləyir.
... sayıram, bir qələm çatmır,
bir şair azlıq eləyir!


İmza günü...

Yenə işin avand kötüklər üstdə...
...yazı sızıldasın, qışı sağalsın!
Hansı başdı, cəllad kəsirsən yenə?
Kəs cəllad, yenə də başın sağ olsun!

...bir daşdan çörəyi çıxırdı, neynək,
çaxmaqlı çağında bir daşdan odu!
...min başın içində bir baş nədi ki—
kəs cəllad, minindən bir baş da odu!

Kəs cəllad, kəsdiyin nə misralardı?
... "Dur!" - deyib çıxdımı kimsə önünə?
Kəs cəllad, bu şer də qurbandı sənə
—qurbandı bir şer də imza gününə!..


Qeyb olacağım yerdəyəm...

... hardandı bu qədər ömür?
Hərədə biri... doğma, yad!
Yaşıl yarpağın altında
kölgə tək... bir üzü boyat!

Hər ömür bir az başqadı,
heç nə qalmır öz şəklində...
Hər şey bir gün qayıdacaq,
qayıdacaq söz şəklində...

Hardandı bu qədər çoxluq;
ucsuz-bucaqsız ölçülər!
Tərk edilmiş ömürlərdə
yol tapmayan yolçular!..

Qeyb olacağım yerdəyəm-
hardan baxsalar görməzlər...
Dünyanın tək adamları
heç yuxuma da girməzlər...

Hardandı bu qədər yoxluq?
Bu qədər ömür hardandı?
Bu qəmli şer də bir yandan...
Tanrı da demir hardandı?


Cəllad əmri...

Gülü həşəm-həşəm dar ağacları...
Bir gül də qürbətdə qərib dərdimi?
Cəlladın əmriydi: dərd azalmasın!
Yığar indən belə qərib dərdini...

Yığar indən belə qərib dərdini...
Eləmi ağırdı daşı qəribin?
Odu, dərdi yenə bala çıxarır,
çoxalır bəlalı başı qəribin.

Gerçək dərdlərini göyçək çəkdimi?
... yalın ümidləri küçə bəzəməz.
Amma tənhalığa elə çəkilər,
köçü köçhaköçdə köçə bənzəməz...


Sələm..

... bazardı, açıq bazar!
Kim çıxmadı-girmədi?
Bu sələmçi dünyada
mən sələmə girmədim...

Verən əli var olsun,
hamıya sələm verir.
Sələmnən salam alır,
sələmnən salam verir!..

Mən də kasıbın biri -
nə borcum, sələmim var.
Alım... necə qaytarım?
Bir ucuz qələmim var!..


Öldürər...
( qoşma )

Bir xumar baxışlı, boyu da bəstə...
Məni bir ay üzlü gözəl öldürər.
Baxar, elə baxar, alar canımı...
Yetişməz dadıma üz, əl... öldürər.

... hamının bir sonu, bir əzəli var!
... ya Tanrı eləyər, ya öz əli var.
"Ölən günahkardı" bir məsəli var...
Öldürsə aşiqi məsəl öldürər...

Xub... mənim boyuma daş kəsən hanı?
Kəsdiyi daşı da xoş kəsən hanı?
Yahu, belə cəllad, başkəsən hanı?
Kim məni gözəltək gözəl öldürər?..


Aşıq- aşıq oyunu...

... umacaqlarından sərxoş,
taledən nə incik, nə xoş.
Mən -qafası bu qədər boş
uduzdum qara sevdama...

... uzun yalqız gecədən də
qalanlar tək-tək ulduzdu.
"Aşıq- aşıq" oyunumu?
Qara sevdama uduzdum!

Necə qəsd edim özümə?
Ürəyim bir quş yuvası-
içində bir acı rüzgar,
bir əski hicrət havası.

Qara sevdama uduzdum...
Oyunlar hamısı hədər?!
Bir yağmur yağacaq indi,
qəfil islanacaq kədər.

İndi bir yağmur yağacaq,
atlı çıxacaq dəryadan.
Yıxıldım bəyaz röyadan,
uduzdum qara sevdama...

... umacaqlarından sərxoş,
taledən nə incik, nə xoş.
Mən -qafası bu qədər boş
uduzdum qara sevdama...


Məndən qopanlar...

... nə isə qoparır bu dünya məndən,
eh... məndən nə isə qopur həmişə!
... oğuz atlarının nalları qopur,
oğuz bəylərin qolları qopur.

... sözdü məndən qopan, dilimdən düşən,
sözdü - qopur düşür vayrağın üstə.
... gücnən qoparıram ayaqlarımı,
gücnən yeriyirəm torpağın üstdə.

Eh... daha daşları saxlamır məni,
məni otlarının yönü saxlamır.
Qopub tökülürəm köhnə divartək,
eh... daha bu dünya məni saxlamır.

Gücnən qoparıram ayaqlarımı,
alıbdı təpəri bu dünya məndən.
Eh... məndən nə isə qopur həmişə,
nə isə qoparır bu dünya məndən.


Hünərdən gəlmiş olmasın...

... xoş gəldi qan adı mənə!
Qalanı fənadı mənə...
Bəlkə bir qanadı mənəm,
kimdisə, tanıdı məni.

... yoldu olanım-olmazım,
yağıb yoluma dolmasın.
... hünərdən gəlmiş olmasın,
kimdisə, tanıdı məni!

Ağlım kəsmir naşı olsun,
yol daşı, çöl quşu olsun.
Yenə halal xoşu olsun,
yenə kimdisə tanıdı,
kimdisə tanıdı məni!..

Paşa Talıblı
Şair

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Araşdırma

13-10-2024, 17:17

Paşa Talıblı: “Məndən Hadi olmaz, qəbrim var mənim...”

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma

16-09-2024, 22:00

“Göy üzündən qorxar ovcun...” — Paşa Talıblı

Araşdırma

13-08-2024, 14:44

İlk gördüyüm gözəlliksən... - Müstəcəb Aslanlının ŞEİRLƏRİ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 18-08-2026, 13:01
    Ruhun dövrdəki mənəvi çöküşü - Tural İbrahimov YAZIR
  • 13-08-2026, 16:02
    Naxçıvanın yeni inkişaf səhifəsi: Gənclərin gözü ilə parlaq sabahımız
  • 13-08-2026, 15:18
    Naxçıvan: uzaqgörən siyasətin və davamlı inkişafın diyarı
  • 13-08-2026, 14:39
    Naxçıvanın davamlı inkişafı və güclənən strateji əhəmiyyəti
  • 13-08-2026, 14:29
    Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mövqeyi möhkəmlənir
  • 13-08-2026, 14:24
    Prezident İlham Əliyevin Naxçıvana səfəri və Naxçıvanın inkişaf perspektivləri
  • 10-08-2026, 16:48
    COO platformasına “Startap” şəhadətnaməsi verilib
  • 6-08-2026, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 5-08-2026, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
  • 29-07-2026, 16:18
    1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli - Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının
  • 29-07-2026, 15:49
    Azərbaycan dilinin və əlifbasının dünəni, bugünü və gələcəyi.
  • 29-07-2026, 15:30
    Azərbaycan dili milli birliyimizin və mənəvi irsimizin təməlidir
  • 29-07-2026, 15:13
    Ana dilimiz milli varlığımızın ifadəsidir
  • 29-07-2026, 15:08
    Ana dilimizə hörmət - gələcəyimizə qoyulan ən dəyərli töhfə
  • 28-07-2026, 23:22
    Əlifba – Millətin Yaddaşı Dilin Gücü və Müstəqilliyin Rəmzi
  • 28-07-2026, 20:32
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili: Milli kimliyimizin ən dəyərli xəzinəsi
  • 28-07-2026, 14:41
    Görünməz Dünyanın Qəzəbi: Bakteriyalar və İnsan Enerjisi...
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə