• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

“Göy üzündən qorxar ovcun...” — Paşa Talıblı

Araşdırma

16-09-2024, 22:00


Onews.az Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblının şeirlərini təqdim edir:

Ad

... ikiyə bölünmüş cəbhədi adım,
arxaya can qoydum, ad qoydum önə.
Çoxları özünə oxşatdığından
çoxları özündən ad qoydu mənə...

Adım ölənlərin dilində köçdü
şəklim gözlərində köçdüyü kimi...
... nəvəmin adından keçərəm bir gün
babamın adından keçdiyim kimi.

... qeyrət damarının divarlarına
qan kimi yazılmır hər qanın adı.
Yığılıb qalıbdı adımın üstdə
Hadinin, Bayronun, Lorkanın adı...

Bir ünvana qoşub ad eləmədim
hələm-hələm ələ düşməyən anı...
Adımın ələyi ələnib çoxdan,
xəlbiri nə vaxtdı göydə fırlanır...


Metafora

Qardaş, ovcun yumulanda
barmaqların, dırnaqların
ovcuna yığılan kimi
öz ovcuna yığılarsan...
Qəfildən açılar ovcun,
barmağının, dırnağının
lap ucundan yıxılarsan,
göy üzü qaldırar səni.

Qaldırar otdan yuxarı,
otdan, buluddan yuxarı...
Qaldırar altdan yuxarı,
qaldırar, qaldırar səni!
Pul kimi basar ovcuna —
bir ovuc qara torpaqnan
ovcunu doldurar sənin...
... torpaq kimi, tabut kimi
göy üzünə baxar ovcun.
Ölümündən qorxan kimi
göy üzündən qorxar ovcun,
getməz ölümünə sarı.

Göy üzünə qapı kimi
açan yoxdu əllərini...
Yuxu görmək ovcundadı,
açan yoxdu əllərini —
yuxun sıxılar ovcunda...
Yuxun dağılar ovcundan,
açılmaz, ovcun açılmaz!

Bəlkə də, bəlkə də, qardaş
heç yuxu deyil gördüyün,
sıxılan da ovcun deyil...
... ilan sayağı qıvrılan,
yığılan da ovcun deyil.
... şairə, şair sözünə
atılan gülləyə sarı
atılmaz, ovcun, atılmaz!

... bir qızıl ilanın, bəlkə
bir vaxt itən ayağıdı,
əlidi gördüyün yuxu.
Bəlkə də tabutdu ovcun,
ölüdü gördüyün yuxu —
ovcunda uzanıb gedir!..


Çiliklənmiş əks-səda...

... dincəlməyə vaxtım yoxdu,
bir yorğunluq içindəyəm.
Nə deməmək olur, canım,
nə söyləmək gücündəyəm...

... çiliklənmiş əks-sədadı
ya üz tutduğum yön, güldü!
... sözü vaxtında demədim,
söz onda necə yüngüldü.

... yerə-göyə bax, dedilər,
mən bu girdaba baxıram.
Eheey... mən də burdayam —
az qala durub bağıram!

... könlümdə bir özgə rüzgar —
əkindəyəm, biçindəyəm!
Mən desəm də, deməsəm də,
bir yorğunluq içindəyəm...


Sözün yolu..

... gəlib dayanmışam yol ayrıcında,
mənim taleyimə yollar uzanır.
Min ildi dərvişdi didərgin ruhum,
kim yoza bilibdi dərviş yozanı.

Mənim taleyimə yollar uzanır,
mən öz taleyimin uzun yoluyam...
Gəlib məndən keçir sözün yolları,
gəlib məndən keçən sözün yoluyam...

Bəlkə gec gəlmişəm, az gətirmişəm,
mənim ürəyimi üzün, gəlmişəm!
Üz tutub gəlmişəm bu zalım sözə,
əlim ətəyimdən uzun gəlmişəm...

Gəlmişəm, bilirəm sözüm günahdı,
bilmirəm, günahım ağırdımı heç!
Mən sözün dalınca uğura çıxdım,
bilmirəm, uğurum uğurdumu heç!


Könlüm elə yalındı ki...

Könlüm elə yalındı ki...
Gülün ayazı göynədir!
Eh... gül də bir bəhanədir,
sözün dayazı göynədir.

O gördüyün ağ var, ağ... ha
ağ varağdı, ağ varağ... ha!
... varağa bax, ağ varağa —
bir qara yazı göynədir.

Bircə halın neçə vaxtı
bilməyəsən, keçə vaxtın...
... adamı bu gecə vaxtı
qələmin nazı göynədir.

Paşa Talıblı
AYB-nin üzvü

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Siyasət

15-10-2024, 11:00

"Uduzdum qara sevdama..." - Paşa Talıblı

Araşdırma

13-10-2024, 17:17

Paşa Talıblı: “Məndən Hadi olmaz, qəbrim var mənim...”

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Araşdırma

27-05-2024, 20:37

Eldar İsmayıloğlu – “Fəsillər ağacdan rəngləri oğurlayar...”

Art

8-01-2025, 12:02

Paşa Talıblı: “Qürbətə qıymış adamam...”

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • Bu gün, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • Dünən, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • Dünən, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • Dünən, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
  • 13-10-2026, 15:39
    İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır
  • 13-10-2026, 15:36
    Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindəndir
  • 13-10-2026, 15:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı
  • 13-10-2026, 15:14
    Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
  • 13-10-2026, 15:07
    Məktəb mühitində vahid geyim mədəniyyəti və məsuliyyət prinsipləri
  • 13-10-2026, 14:54
    Strateji prioritetlər Azərbaycanın qarşısındakı hədəfləri daha aydın göstərir
  • 13-10-2026, 14:44
    Vahid məktəbli formasının üstünlükləri nələrdir?
  • 13-10-2026, 14:40
    Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?
  • 13-10-2026, 14:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Yeni dövrün çağırışları və tarixi missiyası.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə