• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Kimlərsə sevinir göyün üzündə - Tural Turandan MİFİK KOMPOZİSİYA

Art

8-05-2026, 15:26
Kimlərsə sevinir göyün üzündə - Tural Turandan

Onews.az şair-publisist, Prezident təqaüdçüsü Tural Turanın "Diriliş - Turan" poetik-mifik kompozisiyasını təqdim edir:

Diriliş - Turan

(Poetik-mifik kompozisiya)


Yenə işıldayır çolpanın* şamı,
Kimlərsə sevinir göyün üzündə.
Buluddan köçünü çəkən axşamın,
Sökülür ləkəsi Ayın üzündən.

Yenə nal səsilə açılır səhər!
Yoxuşu gərnəşir bozqır çöllərin.
Hardasa darıxır islanmış yəhər,
Köçünə hələ var, ağır ellərin?!.

Danyeri oyanır təklik himninə -
Döyür göy üzünü yalquzaq səsi.
Yovşan qoxusunu geyir əyninə,
Üzünü axtaran öz uzaq səsim!

Səma yaşmağını açır üzündən,
Günəş işığını öpür alaçıq.
Yenə bozqırların qapısı açıq,
Savaş gülümsəyir ayaq izindən...

...Andlar qol götürür toy çadırında,
Dualar oynayır, alğış oynayır.
Təzə birlik doğur bəy çadırında,
Buludun üstündə yağış oynayır.

Çözülür düyünü əski ağ sacın,
Bozqırla barışır küsülü buta!
Açır çiçəyini şaman ağacı,
Qoxusu yüksəlir bizim boyuta!..

Azan səsi minarədən göz vurur,
Bənizi ağaran kilsə zənginə!
Acun* savaşına kimsə söz vurur,
İşarə eyləyir Turan cənginə!

Ocağı çatılır Tanrıdağın da;
(Alınyazısının istisinə bax!)
Qurdlar ova çıxır öz oyuğundan -
Səsinə diksinir yuxulu bayraq!

Yenə ağrıların yanağı soluq,
Suç öz kölgəsinə hayqırır: kiri!
İtkin ayaq izi qayıdır geri,
Beləcə başlayır böyük yolçuluq...

Oyanır yaddaşı Ayın, Günəşin -
Külək təslim olur, diz çökür boran!
Qıcanır yağıya qurdun süd dişi,
Körpə gülüşündə qurulur Turan!

7 may 2026,
Şəmkir, Ağlavaşlı

*çolpan - qütb ulduzu
*acun - dünya

Quruluş - Turan

...Turan rənglərinə bürünür cahan;
Bir yaz havasında Turan qurulur!
Uşaq davasında Turan qurulur!
Sərçə yuvasında Turan qurulur!
...Biçarə gedişat axı, neyləsin?
Özgə rənglərində sürünür cahan...

Turan - Tanrıdağa iməkləyən yol!
(Tanrı, Turan üçün bir də çox sağ ol!)

...Sökülür dünyanın əski düzəni!
Tanrı da Turana çağırır məni!
Nal notu duyulur azan səsində,
Bu yeni düzənin təranəsində!

...Göy Bayraq ucalır Qaraqorumda,
Kərkükdə, Ufada, şanlı Kırımda...
Ucalır Gəncədə Turan avazı!
Çıxır köynəyindən Borçalı sazı,
Birliyə çağırır "Yanıq Kərəmi" -
Silir yaddaşından kədəri, qəmi!

Bu səhər Komrat da gözündən gülür,
Turan köynəyini geyir Qaqauz!
Dunay dalğasından butalar hörür,
Çiyin-çiyinədi Qıpçaqla Oğuz!

Bişkekdə sökülür qış çadırları,
Yaddaşı tozlanmış düş* çadırları!
Daşkənd Ərdəbilə salam göndərir,
Babək əsən yelə kəlam göndərir;
Teymur Bəyazidə -ah... bu ah - deyir -
Çıxır canımızdan bu günah deyir...
Çiçəklər içində gülür Astana,
Turanın Birliyi dönür dastana!

Yenə küllərindən doğur Aşqabad;
Türkmən bəylərinin könülləri şad...
Təbrizdən Dərbəndə çatılır ocaq
Urmu Göyçəgölə açır min qucaq!
Urumçidən Vana yollar çəkilir
Turandan baxanda dünya kiçilir...

Yenə Lefkoşada, Priştinada
Körpələr söyləyir Turan marşını!
Dünya zalımların atır daşını;
Turan nədir? - deyə, soruşur noqay,
Tuva cavab verir: Zalım dünyada,
Ruhu kirlənməmiş ən özgür ada!

...Fəqət, narahatdı bəşər şeytanı,
Turanın önündə acizdir gücü!
Başsız ilanların ulduzu yanır -
Bilir, amansızdı Türklüyün öcü*!..

Gülür dilənçilər, əlindən gülür;
Bülbüllər gül üstə dilindən gülür.
Turan vətəndaşı olur göy üzü;
Qayıdır özünə huşun key üzü...

8 may 2026, Şəmkir
Tural Turan


*düş -yuxu
*öc - intiqam

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

---

8-05-2026, 15:24

Kimlərsə sevinir göyün üzündə - Tural Turandan MİFİK KOMPOZİSİYA

Siyasət / Araşdırma

27-09-2024, 08:51

"27 sentyabr - montajsız rekviyem" - Tural Turanın ŞEİRİ

Siyasət / Araşdırma

23-09-2024, 11:05

Üzümü sökmüşəm saat dişindən... - Tural Turandan ŞEİRLƏR

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Art

16-01-2025, 11:30

"Sonuncu yuxu" - Tural Turandan YENİ HEKAYƏ

Araşdırma

16-09-2024, 22:00

“Göy üzündən qorxar ovcun...” — Paşa Talıblı

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 11:39
    Qurtuluşun işığında formalaşan güclü dövlət modeli
  • Bu gün, 11:35
    15 İyun: Azərbaycan Tarixinin Dönüş Nöqtəsi
  • Bu gün, 11:33
    Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır
  • Bu gün, 11:28
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
  • Bu gün, 11:12
    15 İyun Milli Qurtuluş Günü: Azərbaycanın xilası və dövlətçiliyin dirçəlişi
  • Bu gün, 11:09
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında üzvlərlə görüş keçirilib.
  • 8-06-2026, 17:30
    Bakı Enerji Həftəsi 2026: Azərbaycanın qlobal enerji dialoqunda artan rolu
  • 8-06-2026, 17:28
    Azərbaycanın Enerji Strategiyasında Tarixi Dönüş: AÇG-də Qaz Erası Başlayır
  • 8-06-2026, 17:00
    Bütün saatlar Bakıya işləyir və ya Şərqdən Qərbə şölələnən işıq qapısı
  • 6-06-2026, 19:44
    Azərbaycanın Enerji Strategiyasında Tarixi Dönüş: AÇG-də Qaz Erası Başlayır
  • 5-06-2026, 20:05
    Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir
  • 5-06-2026, 13:03
    Azərbaycanın Enerji Strategiyası: Ənənədən İnnovasiyaya və Qlobal Enerji Arxitekturasına Doğru
  • 5-06-2026, 12:59
    Bakı Enerji Həftəsi: Azərbaycanın Enerji Gücü və Yeni İnkişaf Paradiqması
  • 5-06-2026, 12:57
    Qlobal Enerji Səhnəsinin Nəbzi: Bakı Enerji Həftəsi
  • 5-06-2026, 12:49
    Bakı Enerji Həftəsi: Azərbaycanın Enerji Gücü və Qlobal Missiyası
  • 5-06-2026, 12:40
    Enerji diplomatiyasından qlobal liderliyə gedən yol müasir beynəlxalq münasibətlərin ən mühüm istiqamətlərindən biri kimi
  • 5-06-2026, 12:31
    Bakı Enerji Həftəsi: Azərbaycanın Etibarlı Tərəfdaşlıq Modeli
  • 5-06-2026, 12:15
    Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını bir daha nümayiş etdirdi
  • 30-05-2026, 18:16
    Ən isti xatirələrimi gizlətmişdim... - GÜNAY MİRİNİN ŞEİRİ
  • 8-05-2026, 15:26
    Kimlərsə sevinir göyün üzündə - Tural Turandan MİFİK KOMPOZİSİYA
  • 9-04-2026, 10:35
    Türk Dövlətləri Autizm Federasiyasının növbəti beynəlxalq tədbiri keçirildi
  • 30-03-2026, 13:31
    Avropada uğur qazanan azərbaycanlı İT mütəxəssisi gənclərə necə yol göstərir? – Nicat Ağayevin hekayəsi
  • 24-02-2026, 12:09
    Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
  • 24-02-2026, 12:08
    Məmməd İsmayılın “boz ədəbiyyat”ı... və ya xroniki mətnsizlik sindromu
  • 23-02-2026, 19:09
    “Adsız Qadın” Ankarada nümayiş olundu
  • 20-02-2026, 17:29
    “Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə İCRA OLUNDU
  • 17-02-2026, 18:44
    Ukraynadan sonra ruslar istiqaməti bu iki ölkəyə dəyişəcək - Sona Əliyeva
  • 17-02-2026, 18:28
    Aeroport yolunda qəza tıxac yaratdı
  • 13-02-2026, 20:09
    "Sonsuz sevgimiz..." - Leyla Banu YAZIR
  • 12-02-2026, 10:30
    “2 ildir diplomsuz, işsiz qalmışıq” - ŞİKAYƏT
  • 12-02-2026, 10:00
    Özümü daha çox aldatmaq istəmirəm - Çinarə Ömrayla MÜSAHİBƏ
  • 12-02-2026, 09:58
    Pensiya kapitalı nə qədər artırıldı?
  • 12-02-2026, 09:51
    Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi
  • 11-02-2026, 17:44
    Türkiyə "PKK kartı"nı tarixə qovuşduracaqmı? - DETALLAR
  • 11-02-2026, 17:41
    Kliçko döyüşçülərə 500 PUA göndərdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə