• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Milli Qurtuluş Günü - Xalqımızın uğur və zəfər tarixi

Siyasət

Bu gün, 12:47
Milli Qurtuluş Günü - Xalqımızın uğur və zəfər tarixi

“Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və bizim müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır.”
Ulu Öndər Heydər Əliyev
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayitması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir! Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
1993-cü ildə xalqın xahiş və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Ulu Öndər Heydər Əliyev 15 iyun tarixi barədə danışarkən vurğuylayıb ki, bu hadisə zərurətdən doğan bir faktor idi. Belə ki, 28 may Müstəqillik Günü münasibəti ilə 2001-ci il mayın 26-da keçirilmiş tədbirdə bu barədə belə demişdir: "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi".
Müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial - iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Heydər Əliyevin 2001-ci il 20 mart tarixli fərmanında bu barədə deyilir: "Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə bu barədə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı".
Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat hakimiyyətinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Belə bir şəraitdə xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransını keçirdilər. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu, Lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də YAP Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranır və təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi. Ancaq bu ərəfələrdə AXC-Müsavat iqtidarının günahı üzündən Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir gündə - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Belə bir vaxtda Heydər Əliyevin Bakıya gəlişi Respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Belə bir vaxtda möhtərəm Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Tezliklə Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar.
1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək tarixi nitqini söylədi: "...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm". Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. "Buna görə də xalqın müxtəlif təbəqələrinin arzu və istəyini nəzərə alaraq, 1997-ci il iyunun 17-də 15 iyunun Milli Qurtuluş Günü elan edilməsi təklifi ilə çıxış edəndə deputatlar təklifimi dərhal müdafiə etdilər. 10 gün sonra - iyunun 27-də parlamentimiz tarixi qərar qəbul edərək 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi"- Ulu Öqdər Qurtuluş Gününün elan edilməsi ilə bağlı çıxışında bildirmişdir. Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, ən layiqli yetirməsi Cənab İlham Əliyevin əlindədir. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı Heydər Əliyev olan dövlətimizlə fəxr edir. Ona görə ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını, siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev ən yüksək səviyyədə reallaşdırmaqdadır. Əgər Ulu Öndər Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardısa, cənab İlham Əliyev ölkəmizi Cənubi Qafqazın liderinə, dünyada söz sahibinə çevirdi. Ulu Öndər yüksəliş konsepsiyası hazırlayıb ölkəmizi yeni inkişaf mərhələsinə çıxardısa, layiqli davamçısı İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Ümummilli Lider bir güllə atmadan ölkəmizin cənubunda, şimalında baş qaldıran separatçı dəstələri zərərsizləşdirdisə, Qalib Liderimiz cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində bir güllə atmadan Ermənistanı doğma torpaqlarımız olan Ağdamı, Laçını, Kəlbəcəri təhvil verməyə məcbur etdi. Bu, cənab İlham Əliyevin siyasi diplomatiyasının, həm də sərkərdə qətiyyətinin təntənəsi idi. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük tikinti-quruculuq işləri başlayıb. Əzəli torpaqlarımızda müasir infrastrukturlar, avtomobil, dəmir yolları, hava limanları tikilir, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri icra edilir.

Birmənalı şəkildə deyə bilərik ki, İkinci Qarabağ müharibəsindəki şanlı Qələbə və Azərbaycanı Heydər Əliyevin görmək istədiyi dövlətə çevirməsi ilə cənab İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirdiyini bir daha təsdiqlədi. Ümummilli Liderin xalqımızın səadəti üçün arzuladığı gün Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə reallaşmaqdadır. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatı ilə 30 illik həsrətimizə son qoyub Qarabağı azad etdi. Ona görə də biz əminliklə vurğulayırıq ki, Azərbaycanın tərəqqisi və inkişafı, dünya dövlətləri arasında xüsusi əhəmiyyətilə seçilməsi Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bir çox mötəbər beynəlxalq təşikilatlarda söz sahibinə çevrilib. Bəli, bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır. Bir sözlə, bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

İlqar Talıbov
“Azərişıq” ASC-nin Strateji araşdırmalar və normativ tənzimləmə
idarəsinin rəis müavini, YAP Nərimanov rayon təşkilatı üzrə
ƏPT sədrinin müavini


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

Bu gün, 11:55

Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir.

Siyasət

Bu gün, 12:17

Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi.

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Siyasət

Bu gün, 12:39

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Siyasət

Bu gün, 11:50

Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi

Gündəm

Bu gün, 11:39

Nüfuzlu siyasi liderə ehtiyac duyulurdu.

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 13:15
    Azərbaycanın Dövlətçilik Tarixinin Dönüş Nöqtəsi – Milli Qurtuluş Günü
  • Bu gün, 12:56
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.
  • Bu gün, 12:52
    15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ
  • Bu gün, 12:51
    Müttəfiqliyin Əbədi Fəlsəfəsi:Tarixi Kəlamlardan Şuşa Bəyannaməsinə Uzanan Yol
  • Bu gün, 12:47
    Milli Qurtuluş Günü - Xalqımızın uğur və zəfər tarixi
  • Bu gün, 12:39
    Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar
  • Bu gün, 12:17
    Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi.
  • Bu gün, 12:11
    Qurtuluşla başlanan dövlətçilik yolu Azərbaycanı Zəfərə və tam suverenliyə qovuşdurdu
  • Bu gün, 12:03
    Milli Qurtuluş Günü: Azərbaycanın Müstəqillik və İnkişaf Traektoriyası
  • Bu gün, 12:00
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
  • Bu gün, 11:58
    İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri
  • Bu gün, 11:55
    Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir.
  • Bu gün, 11:50
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
  • Bu gün, 11:45
    Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti
  • Bu gün, 11:43
    15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələdir
  • Bu gün, 11:39
    Nüfuzlu siyasi liderə ehtiyac duyulurdu.
  • Bu gün, 11:35
    Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır
  • Dünən, 14:30
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
  • Dünən, 11:39
    Qurtuluşun işığında formalaşan güclü dövlət modeli
  • Dünən, 11:35
    15 İyun: Azərbaycan Tarixinin Dönüş Nöqtəsi
  • Dünən, 11:33
    Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır
  • Dünən, 11:28
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
  • Dünən, 11:12
    15 İyun Milli Qurtuluş Günü: Azərbaycanın xilası və dövlətçiliyin dirçəlişi
  • Dünən, 11:09
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında üzvlərlə görüş keçirilib.
  • 8-06-2026, 17:30
    Bakı Enerji Həftəsi 2026: Azərbaycanın qlobal enerji dialoqunda artan rolu
  • 8-06-2026, 17:00
    Bütün saatlar Bakıya işləyir və ya Şərqdən Qərbə şölələnən işıq qapısı
  • 6-06-2026, 19:44
    Azərbaycanın Enerji Strategiyasında Tarixi Dönüş: AÇG-də Qaz Erası Başlayır
  • 5-06-2026, 20:05
    Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir
  • 5-06-2026, 13:03
    Azərbaycanın Enerji Strategiyası: Ənənədən İnnovasiyaya və Qlobal Enerji Arxitekturasına Doğru
  • 5-06-2026, 12:59
    Bakı Enerji Həftəsi: Azərbaycanın Enerji Gücü və Yeni İnkişaf Paradiqması
  • 5-06-2026, 12:57
    Qlobal Enerji Səhnəsinin Nəbzi: Bakı Enerji Həftəsi
  • 5-06-2026, 12:49
    Bakı Enerji Həftəsi: Azərbaycanın Enerji Gücü və Qlobal Missiyası
  • 5-06-2026, 12:40
    Enerji diplomatiyasından qlobal liderliyə gedən yol müasir beynəlxalq münasibətlərin ən mühüm istiqamətlərindən biri kimi
  • 5-06-2026, 12:31
    Bakı Enerji Həftəsi: Azərbaycanın Etibarlı Tərəfdaşlıq Modeli
  • 5-06-2026, 12:15
    Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını bir daha nümayiş etdirdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə