• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

"Sonuncu yuxu" - Tural Turandan YENİ HEKAYƏ

Art

16-01-2025, 11:30
"Sonuncu yuxu" - Tural Turandan

Onews.az yazıçı Tural Turanın "Sonuncu yuxu" hekayəsini ilk dəfə təqdim edir:

(bir müharibə hekayəsi)

Qatar Ağlavaşlı stansiyasına çatanda dan yeri hələ yamşağını üzündən açmamışdı. Qaranlığın qaramat baxışları qatardan düşənlərə yuxarıdan aşağı tuşqullanmışdı.

Danüzünün çatma qaşlarının düyünü açılanda kənd camaatı müharibənin on üçüncü səhərini qarşılayacaqdı...

Gecənin gərdək çağında məni qarşılamağa atamın dostu Ulus kişi gəlmişdi.

Xoş-beşdən sonra Ulus qağamın "QAZ-24"nə əyləşdik. Yaşıl "QAZ-24"ün qıvraq işıqları qabağımıza düşüb atasını qarşılamağa uşqunan uşaq kimi qaçırdı.

Gecənin o vədəsində qarşımıza bir bölük ağtüklü davarı çıxdı. Bizim yörələrdə tərəkəmələr qoyun-quzu bölüyünə ağtüklü deyirlər. Davarın qabağını mürçümlü, çatalbuynuz, sarıyanal dıbır çəkirdi.

Ulus qağamdan kimin davarı olduğunu soruşdum. Çiyinlərini çəkdi. Önümüzə düşüb qaçan işıq uzaqdakı qaraltını ağardanda qotazqulaq papağın altındakı üzü tanıdım.

Gecənin bu çağ-çağasında qoyun-quzunu yolboyu şivərlərə səllim buraxan ondan başqası olmayacaqdı ki...

Özü də bir az aralıda sürtənək addımlarla üzügöyə daş atırdı.

Dirsəyimlə sükanı hər iki əli ilə ovuclayan Ulus kişini diksindirdim:

-Qağa, saxla bu dəli ilə görüşüm.

Ulus qağam bir az narazı halda əlinin birini sükandan çəkdi, ayağını əyləcin üstünə mindirdi.

- Salam-əlöyküm, a Temir lələ. Nağaresaň?

-A qaraltı, kimsən, kimlərdənsən? - Dəli Temir sol əlindəki daşları paltosunun cibinə töküb biləyini qaşının üstünə qaldırdı.

-Mənəm, Hunel. Dəmirçi Eltayın oğlu.

-Bııy həəə... Ayə, sən xoş gəlifsən kəndiňə-kəsəyiňə...

Öpüşüb görüşürük. Mənimlə hallaşa-hallaşa göyə iki balaca, bir iri daş qımçırlayır. Niyə belə etməsi diqqətimi çəkir:

-Ay lələ, bu daşları gejənin bu gij vaxtı niyə göyə atersaň?

-Ayə hancarı, göyüzünü yuxudan durğuzoram.
-Qoysana yata, saat hələ beşə qalır, a qıvlasız.
-Ayə, göy üzü xoruz banınnan tez oyanmalıdı. Odeey, Çayçı Qorxmazın xoruzdarı bəyaxdan bannaşeylər.

-Bəs atdığın daşların niyə ikisi xırda, biri böyükdü?

-Balajaları göyüzünü oyatmaxdan ötrü ateram. Yekələri də göz üzündəkiləri...

-Göyüzündəkiləri oyadıf nağarajaxsaň, ay lələ?

Uşaqlığımın qonşusu Yetim Temir bir anlıq duruxdu. Boğazını arıtladı:

-Deyirəm bəlkə oyansalar bu dava-şava qurtara. Dəli savaşın zəli daşı ta kimsənin başına tüşməyə dana...

Temir lələnin qoyun-quzu arxasında əməlli-başlı böyüdüyünü o saat başa düşmüşdüm. Deməli, uslu başlar, dərrakəli kəllələr kütlədən uzaqlaşınca böyüyürmüş...

Dilim yenə farağat durmadı:

- Lələ, dəymə, birdən göyüzündəkiləri sol tərəfindən oyadarsan, səni də qabağına qatıf aparar ha başıyaloylu şavıya*...

Temiri qursağından udlağına kimi şaqqanaq gülüşü bürüdü:

-Ay ifləmə, dəlini kimdi davaya aparan? Müharibə oxumuş adamların yeridi. Oxumuş adamlar bir az qorxaq olullar, güllədən özdərini az-maz da olsa qoruya bilillər. Mənim kimi dəliləri güllə görən kimi alnından öpüb böyrü üstə qoyajax...

İkimiz də gülüşdük.

Dəli Temirin söz dənciyi elə qabaqkı kimiydi. Sözü-savı bir-birinin dalısınca elə hörürdü ki, elə bil eşidənlərin qulağına üzlük çəkir... Həm də düşünmədən danışan idi. Ağzından töküləni sinəsində üyütmədən çıxarırdı.

Lələmin oxuyub-yazması yox idi. Bir dəfə də olsun məktəb-müdərris qapısı açmamışdı.

Atasının üzünü görməmişdi. Anası da üç-dörd yaşı olanda daş atdığı göy üzünə uçmuşdu. Nənəsi Buta arvadın ətəyinin altında yekələnmişdi. Buta arvad öləndən sonra dədəsindənqalma evin gözüqıpıq ocağını qalamışdı.

Məktəb-mədrəsə üzü görməsə də lələmin yaxşı yaddaşı vardı. Eşitdiyini qulağının, gördüyünü gözünün dağarcığına yığan adam idi. İndi də deyəsən, elə həminki kimidir.

Temirin gecənin güllü çağında ağtüklülərini üzü yoxuşa sürməsinin səbəbini soruşuram:

-Lələ, sən Qarayoxuşa davar sürməzdiň, xeyirdimi?

Çoban Temir sağ görərini qıyıb bozumtul baxışlarını gözümün qarasından keçirdi:

-O qavaxda gedən sarıyanal mürçümlü dıvır var, ha - şəhadət barmağını önündəki ağtüklü bölüyünə sarı uzadır - beejə yuxuma girmişdi, gödüm ki, Qarayoxuşun başında ağlayır.

-Aha?

-Nə aha, əə... A qıvlasız, birdən yadıma düşdü ki, bu dıvırın körpəliyi elə Qarayoxuşda keçif dana. O saat yadıma tüşdü ki, sarıyanal dıbır oralardan ötrü qərifsiyifdi. Ona görə də alaqarannıx yatağından durmamış davarı olajaxdan çıxarıf bu yönə yol aldım.

Temir lələnin son sözü ağzındam bir az xırıltılı çıxdı. Deyəsən, köhnə məzarlığa bənzəyən dişlərinin arasından çıxanlar özünü də kövrəltmişdi.

Sözarasını yenidən isindirmək üçün susquntunu pozdum:

- Sən yenə də göy üzünə daş atma, göydəkilər yığışıb səni bu gecənin gərdək çağ-çağasında bir gur işığa tutarlar ki, göz bəbəyini ovcuňda axtararsaň.

Arxadan Ulus qağamın səsi Temir lələmlə söhbətimizi kəsəsi oldu:

- Ay Hunel, a bala, dəmirçi zəng eliyir, bir az qıvrağ ol, əyləş gedəh...

Çoban lələmin əlini sıxıb "QAZ-24"-ün qaranlıqda gözləri yol çəkən işıqlarına sarı addımlarımı yeyinlətdim.

Oturan kimi tərpəndik. Dədəm səhərin yanaqları yuyulmamış bizi yolaqda gözləyirdi...

...Ulus kişi maşını öz xorultusuna yuxudan yenicə oyatmışdı ki, Qarayoxuşun ətəyində qəfildən göydən düşən iki işıq parıldadı, Qarayoxuşun yan-yörəsi göztökən parıltıya büründü ardınca iki gurultunun səsini eşitdik.

Atamın qardaşağası asta səslə dilləndi:

-Kopolunun ermənisi Qarayoxuşu "minamyot"la vurdu...

- Yox, qağa! Bu ağ işıq nəsə başqa şeydi, müharibələrin, mərmilərin bizim Qarayoxuşu belə işıqlandırmağa gücü çatmaz, vallah çatmaz. Müharibələrin belə günbəniz, belə göztökən işığı olmur, Ulus qağa.

Elə ağzımdan -Temir lələə!?! - sözü çıxmışdı ki, qağam "QAZ-24"-ün ağzını geriyə çevirdi.

Temirin göyə daş atdığı yeri yüz-yüz əli metr keçəndən sonra qarşımıza bir bölük ağtüklü çıxdı. Sarıyanal mürçümlü dıbır yenə də davarın önündə idi. Amma bu dəfə gözləri böyümüşdü, yanağından yaş süzülürdü. Bircə göyə daş atan bayaqkı dəli yox idi, bir də ağtüklülərin yarısı.

Ulus qağam sürəti azaltdı:

- Bir az da qabağa sürməyə güjüm yoxdu, qardaşoğlu, qayıdaq, atan səni gözdüyür.

-Qayıdaq, qağa. Temirin yuxusu bəlkə də ilk dəfədi ki, çin çıxır... Göy üzündə oyatdıqları onun da işığını göndərdilər...

16 yanvar 2025, Bakı
Tural Turan



*şavı - şava, savaş ifadələrinin dialekt halı, əsasən Qərb bölgələrimizdə işlədilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

15-10-2024, 11:00

"Uduzdum qara sevdama..." - Paşa Talıblı

Araşdırma

12-10-2024, 15:10

Xalça oğrusu - Tural Turanın HEKAYƏSİ

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • 24-02-2026, 12:09
    Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
  • 24-02-2026, 12:08
    Məmməd İsmayılın “boz ədəbiyyat”ı... və ya xroniki mətnsizlik sindromu
  • 23-02-2026, 19:09
    “Adsız Qadın” Ankarada nümayiş olundu
  • 20-02-2026, 17:29
    “Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə İCRA OLUNDU
  • 17-02-2026, 18:44
    Ukraynadan sonra ruslar istiqaməti bu iki ölkəyə dəyişəcək - Sona Əliyeva
  • 17-02-2026, 18:28
    Aeroport yolunda qəza tıxac yaratdı
  • 13-02-2026, 20:09
    "Sonsuz sevgimiz..." - Leyla Banu YAZIR
  • 12-02-2026, 10:30
    “2 ildir diplomsuz, işsiz qalmışıq” - ŞİKAYƏT
  • 12-02-2026, 10:00
    Özümü daha çox aldatmaq istəmirəm - Çinarə Ömrayla MÜSAHİBƏ
  • 12-02-2026, 09:58
    Pensiya kapitalı nə qədər artırıldı?
  • 12-02-2026, 09:51
    Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi
  • 11-02-2026, 17:44
    Türkiyə "PKK kartı"nı tarixə qovuşduracaqmı? - DETALLAR
  • 11-02-2026, 17:41
    Kliçko döyüşçülərə 500 PUA göndərdi
  • 11-02-2026, 17:38
    İlhamə Quliyevanın bacısı qızı qandallandı
  • 11-02-2026, 16:28
    Qarabağ və Şərqi Zəngəzurda yaşayanların SAYI AÇIQLANDI
  • 10-02-2026, 19:43
    ABŞ-ın ikinci adamı Bakıda nələr dedi?
  • 10-02-2026, 19:40
    Vens Bakıya gəldi
  • 9-02-2026, 09:43
    Tehran Əlişanoğlunun "ədəbi intiharı"- Emil Rasimoğlu YAZIR
  • 9-02-2026, 09:34
    Fuad Cəfərli: “Özgələşməyə başlamışam...” - MÜSAHİBƏ
  • 8-02-2026, 19:14
    Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirəcək
  • 8-02-2026, 15:54
    Azərbaycan Autizm Assosiasiyasının nümayəndə heyəti Astanada Nazarbayev Universitetində rəsmi görüş keçirib
  • 8-02-2026, 10:42
    Oxucu heç kimi unutmur...
  • 7-02-2026, 11:33
    Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
  • 7-02-2026, 11:31
    Nə oldu, liboşlar? - Əkrəm Həsənov YAZIR
  • 7-02-2026, 10:21
    “İZ” – Tural İbrahimovdan həyat, yaddaş və kimlik üzərinə düşüncələr...
  • 6-02-2026, 10:17
    400-dən artıq turistin girişinə icazə verilməyən əsrarəngiz ada HARADADIR?
  • 6-02-2026, 10:15
    Yaradıcı şagirdlərlə bağlı yeni layihə təqdim edilir
  • 6-02-2026, 09:44
    Kreml Bakıya qarşı kəskin münasibətini dəyişəcəkmi?
  • 6-02-2026, 09:33
    İran silkələndi: Xəsarət alanlar var...
  • 6-02-2026, 08:27
    Ermənistanın Qərbə "sürətli inteqrasiyası"nın kökündə NƏ DAYANIR?
  • 5-02-2026, 21:01
    Gülsadə İbrahimli: “Əllərin taleyini yazır, ağ bayraq qaldır...”
  • 5-02-2026, 14:13
    Ədəbiyyatımızın "boz kardinalı" kimdir? - Tural Turan YAZIR
  • 5-02-2026, 14:04
    Ərdoğanın da adı "Epişteyn işi"də: İsrail kəşfiyyatına qarşı...
  • 5-02-2026, 13:00
    Onlara ömürlük həbs cəzası verildi
  • 5-02-2026, 10:30
    ABŞ yenidən Paris iqlim sazişindən çıxa bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə