• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Stalinin sirli “qara dəftəri”: Orada kimlərin adları vardı?

Siyasət

5-01-2026, 21:44
Stalinin sirli “qara dəftəri”:

Bəzi dövlət başçıları hələ vəzifədə olarkən, bəziləri sonradan xatirat, memuar yazırlar. Belə mətnlər tarixi müstəvidə önəmlidir.

Bundan başqa hakimiyyətin mətbəxindən xəbərdar olmaqdan ötrü, şəxsi münasibətləri öyrənmək üçün əhəmiyyətlidir.
Məsələn, Şarl de Qollun, Uinston Çörçillin xatirələri böyük maraqla qarşılanmaqdadır.
Franklin Ruzveltin, Adolf Hitlerin və bir çox siyasi liderlərin vəsiyyətləri, xatirələri təkrar-təkrar dərc edilir və milyonlarla nüsxə satılır.
Bunların içərisində ən maraqlı və sirli xatirələr toplusu SSRİ rəhbəri Stalinin “Qara dəftəri”dir.


Onews.az İosif Stalinin "Qara dəftəri" və məşhur sirli qeydlərin taleyi haqqında faktları təqdim edir.
“Stalin qeydlər apardığı “qara dəftər”i heç vaxt iş masasının üstündə saxlamırdı.
Qeydlərini etdikdən sonra onu masanın sağ tərəfində olan siyirməyə qoyurdu.
O, öz qeydlərini hamıdan gizli saxlayırdı.

Tez-tez Mühafizə rəisi Nikolay Vlasikə konkret şəxslər haqqında informasiya toplamağı göstəriş verirdi.
Vlisk həmin şəxslər haqqında məlumatları məruzə etdikdən sonra o, həmin dəftərçədə qeydlər aparırdı.
Adətən, həmin şəxslər Stalinin inandığı şəxslər olurdu.

Ətrafındakılar düşünürmüşlər ki, Stalin yaxın vaxtlarda böyük kadr islahatları aparacaq.
Yəqin, yeni komanda haqqında məlumat toplayır.
Stalin, adətən, Molotovla, Mikoyanla, Malenkovla, Beriya ilə söhbətlərindən sonra “qara dəftər”də qeydlər aparırdı.
“Qara dəftər”də Poskrebışevin məruzələri daha çox qeyd olunurdu…

Georgi Malenkov 1955-ci ildə Xruşov tərəfindən Nazirlər Soveti sədri vəzifəsindən uzaqlaşdırılır.
İşdən atılandan sonra Malenkovun “Qara dəftər”lə bağlı açıqlamaları da maraqla qarşılanır:
SİTAT: “Hadisələr və kadrlar Stalinin “qara dəftəri”ndə göstərildiyi kimi olsaydı, çətin ki, Nikita Xruşov bu cür siyasi hoqqabazlıqla məşğul olardı...”
SİTAT: “Stalin Xruşovu heç vaxt ciddi siyasi fiqur kimi qəbul etməyib…”.
Tarixçi Nikolay Dobryuxa “Stalini necə öldürdülər” kitabında “qara dəftər”in sirrləri haqqında yazır:

SİTAT: “Stalin öz “qara dəftər”ində gələcək planlarını yazırdı...”
SİTAT: “...Bu dəftəri onun vəsiyyəti kimi də qiymətləndirmək olar...”

Stalin hakimiyyətinin son illərində böyük kadr dəyişikliklərinə hazırlaşırmış...
İddialara görə, “qara dəftər”in “qara siyahısı”nda bir çox siyasi tanınmışların adı da olur.
O cümlədən Lavrenti Beriyanın və Nikita Xruşovun da...

Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, Stalin bu dəftərdə öz varislərini də müəyyənləşdirir...
O, hökuməti müharibə illərində ümumittifaq partizan hərəkatına başçılıq etmiş Panteley Ponamarenkoya həvalə etməyi planlaşdırır.
“Qara dəftər” Kreml məmurları üçün sehrli təhlükəyə çevrilir.

Məhz buna görə də Stalinin ölümündən sonra həmin dəftərin ələ keçirilməsi uğrunda məmurlar arasında gizli müharibə gedir.
Bəzi versiyalara görə, Stalinin “qara dəftəri”ni 1953-cü ilin martın 3-dən 4-nə keçən gecə Lavrenti Beriya ələ keçirir.
Stalinin bağ evindəki yataq otağına ilk olaraq Beriya keçir.

Həmin otaqdan “qara dəftər”dən başqa daha bir neçə qovluğu da götürərək bağı tərk edir.
Beriyanın oğlu Serqo öz xatirələrində yazıb ki, atasının həbsindən sonra onu anası ilə birgə uzun-uzadı sorğuya tuturlar.
Axtarış aparırlar, amma “qara dəftər” tapılmır.

Bir versiyaya görə, Beriya həbs olunduqda “qara dəftər” həmin dövrdə SSRİ daxili işlər nazirinin birinci müavini vəzifəsində işləyən İvan Serovun əlinə keçir.

Belə ki, axtarış zamanı Serov gizli şəkildə dəftəri götürür.
Beləliklə, həmin dəftər axtarış protokoluna salınmır.
Hakimiyyətdə olan Nikita Xruşov həmin dəftərdə ona qarşı kompromat materialların olduğunu bilirmiş.
Ona görə də Serovla hesablaşmaq məcburiyyətində qalır.

Xruşovu qorxudan “qara dəftər”in qərb ölkələrinə keçməsi, kitab halında çap olunması olur.
Buna görə də Xruşov həmin dəftəri Serovu yeni yaradılan Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin etməyi qarşılığında ələ keçirir.
Stalinin “qara dəftəri”nin taleyinə Xruşov birdəfəlik son qoyur.

Özündən sonra kiməsə ötürülməsin deyə, o, dəftəri birdəfəlik sıradan çıxarır.
Moskva şəhər Baş Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin keçmiş zabiti Andrey Binyev isə bunları təkzib edir.
Onun dediyinə görə, Stalinin “qara dəftəri” və digər yazıları “məxfi” qrifli qovluqlarda arxivlərdə saxlanılır.

Belə görünür ki, SSRİ-nin 30 illik lideri İosif Stalinin siyasi fəaliyyəti və həmin dövrlə bağlı bir çox qaranlıq məqamlar hələ də açılmamış qalır.
Bəlkə də, nə vaxtsa cəmiyyətə qəhrəman kimi təqdim olunanlar vətən xaini, vətən xaini adı ilə təqdim olunanlar isə qəhrəman olublar.
Amma bütün variantlarda tarixi pozmaq mümkün deyil və zamanla həqiqət parlayacaq...

Banu Murad

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Araşdırma

26-01-2026, 15:06

Stalinin Bakıda boğulmaqdan xilas etdiyi, 14 il sonra evləndiyi qadın kim idi?

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

8-01-2025, 08:48

Nobel Akademiyası ilə SSRİ arasında gizli danışıq: Görün, DTK-nın əli ilə kimlərə “Nobel” verilmişdi?

Siyasət

24-05-2024, 13:39

Əliyev-Rəhmon görüşünün PƏRDƏARXASI: Azərbaycan bu ölkə üçün nələr edə bilər?

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
  • 29-07-2026, 16:18
    1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli - Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının
  • 29-07-2026, 15:49
    Azərbaycan dilinin və əlifbasının dünəni, bugünü və gələcəyi.
  • 29-07-2026, 15:30
    Azərbaycan dili milli birliyimizin və mənəvi irsimizin təməlidir
  • 29-07-2026, 15:13
    Ana dilimiz milli varlığımızın ifadəsidir
  • 29-07-2026, 15:08
    Ana dilimizə hörmət - gələcəyimizə qoyulan ən dəyərli töhfə
  • 28-07-2026, 23:22
    Əlifba – Millətin Yaddaşı Dilin Gücü və Müstəqilliyin Rəmzi
  • 28-07-2026, 20:32
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili: Milli kimliyimizin ən dəyərli xəzinəsi
  • 28-07-2026, 14:41
    Görünməz Dünyanın Qəzəbi: Bakteriyalar və İnsan Enerjisi...
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
  • 23-07-2026, 22:45
    Azərbaycan Qərbə işıq saçır: Bakı-Berlin əməkdaşlığı daha da dərinləşir
  • 23-07-2026, 22:44
    Azərbaycan–Almaniya münasibətlərində etibarlı tərəfdaşlığın yeni mərhələsi
  • 23-07-2026, 22:42
    Azərbaycan və Almaniya Münasibətlərində Yeni Səhifə: Strateji Tərəfdaşlıq və Gələcəyə Baxış
  • 22-07-2026, 11:43
    Şəhərin iki üzü: Ziddiyyətlər içində yaşayan tənhalıq
  • 20-07-2026, 17:27
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 20-07-2026, 17:23
    Dövlətçilik və medianın strateji birliyi
  • 20-07-2026, 17:21
    Milli Mətbuat Günü – Həqiqətin işığında keçilən yol
  • 20-07-2026, 17:19
    22 İyul – Milli Mətbuat Günü: Güclü dövlətin inkişafında məsuliyyətli medianın rolu
  • 20-07-2026, 17:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə