• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Nobel Akademiyası ilə SSRİ arasında gizli danışıq: Görün, DTK-nın əli ilə kimlərə “Nobel” verilmişdi?

Siyasət

8-01-2025, 08:48
Nobel Akademiyası ilə SSRİ arasında gizli danışıq:

1965-ci ildə İtaliya səfəri zamanı jurnalistlər Sovet yazıçısı Konstantin Paustovskidən müsahibə almağa hazırlaşırlar.

İsveç Nobel Akademiyasının ədəbiyyat üzrə qalibin adını açıqlanmağına az qalmışdı.
Paustovki də namizədlər arasında yer almışdı.


Ciddi ehtimallara görə həmin il mükafat Paustovskiyə veriləcəkdi.
Buna baxmayaraq Paustovski fransız dilinə tərcüməçisi Lidiya Delektorskaya deyir:

SITAT: “Lidiya Nikolayevna, yadda saxlayın. Qocalar (Nobel komitəsinin münsiflərini nəzərdə tutur) mənə mükafat verməzlər…

SİTAT: “…Mükafatı ikinci dəfə “sadiq olmayan” yazıçıya verib SSRİ ilə münasibətləri daha da korlamaq istəməzlər…”

Onews.az xəbər verir ki, artıq 1950-ci illərdən dünyada tanınmağa başlayan, əsərləri bir sıra Avropa dillərinə tərcümə olunan yazar haqlı idi.
Nobel Komitəsi mükafatı 1958-ci ildə Boris Pasternaka verdikdən sonra SSRİ ilə münasibətləri korlanmışdı.
Komitə münasibətlərin daha da korlanmasını istəməzdi.
Çünki Paustovski də Pasternak kimi SSRİ-də yuxarıların sevmədiyi yazıçı idi.

Paustovski haqlıydı. Nobel komitəsi bu dəfə SSRİ ilə münasibətləri bərpa eləməyə çalışırdı.
Mükafatın qalibi də Sovet hökuməti ilə gözəl münasibətləri olan Mixail Şoloxov olacaqdı.
Hələ soyuq müharibənin qızğın illərində Avropada belə bir fikir dolaşırdı ki, Nobel komitəsi irticaçı qüvvələrin maraqlarına xidmət edir.

Buna görə komitə SSRİ ilə münasibətləri düzəltmək və özü haqqında rəyi dəyişmək üçün SSRİ Elmlər Akademiyasının üzvü yazıçı Sergeyev-Senskiyə məktub yollayır.
Komitədən Nobel ədəbiyyat mükafatına namizəd göstərməsini xahiş edirlər.
Təbii ki, Sergeyev-Senskinin cavab məktubu Mərkəzi Komitədə oxunub təsdiqləndikdən sonra Stokholma göndərilir.
Namizəd kimi Mixail Şoloxov göstərilirdi.
Şoloxovun əsərləri 55 dildə, 19 milyon tirajla çap edilmişdi.
Lakin məktub Stokholma fevralın əvvəlində çatdığına görə Şoloxov 1954-cü ildə namizədlər arasına salınmır.

1955-ci ildə isə mükafat island yazıçı Xalldor Laksnessə rəva görülür.
1956-cı ildə də mükafat ruslara verilmir.
1957-ci ildə Boris Pasternakın “Doktor Jivaqo” əsəri italyan dilində nəşr olunur.
Şair olan Pasternakın yeganə romanı “Doktor Jivaqo” idi.

Sanki kimsə prosesləri idarə edir, Pasternakı Nobel kürsüsünə doğru aparırdı.
Nəticədə 1958-ci ildə Nobel mükafatı “müasir lirik poeziyada və rus epik nəsrinin ənənələrinin davamında əldə etdiyi nailiyyətlərə görə” Boris Pasternaka verilir.
SSRİ mükafatın Pasternaka verilməsindən narazı qalır.
SSRİ-də Pasternaka qarşı kampaniya başlanır.

Pasternakın “Doktor Jivaqo” əsəri SSRİ-də çap olunmasa da oxunmaya-oxunmaya - alim də, kolxozçu da, kimyaçı da, ədəbiyyat adamı da - hər kəs əsəri tənqid edirdi.
“Əsərini oxumamışam, amma tənqid edirəm” – ifadəsi də o vaxt yaranır.
Pasternak SSRİ Yazıçılar İttifaqından çıxarılır.

Avropada da çoxları Pasternakı “rus epik nəsrinin davamçısı” kimi qəbul edə bilmir.
Bu zaman Paustovski açıq-açığına Pasternakın müdafiəsinə qalxır.
Hətta tədbirlərin birində Pasternaka qarşı çıxan bir yazıçının əlini sıxmaqdan imtina edir.

1965-ci ilin sentyabrında Moskvada ədəbiyyatçılar Andrey Sinyavski və Yuliy Daniyel həbs olunur.
SSRİ-də nəşr oluna bilməyən yazıçılar əsərlərini gizli yolla ötürüb başqa adla Qərbdə çap edilirdilər.
DTK bunu müəyyənləşdirərək yazıçıları qandallayır.
Bu hadisə Qərb mətbuatının gündəmindən düşmür.
SSRİ-ni yazıçıları azad etməyə çağırırlar.

Bəzi mənbələrə görə Sinyavski və Daniyelin həbsindən sonra Nobel komitəsinə SSRİ ilə münasibətləri düzəltmək üçün fürsət düşür.
İsveç Akademiyası ilə Moskva arasında gizli razılıq əldə olunur.
İsveç Akademiyası sovet yazıçısına mükafat verəcək, SSRİ isə Sinyavki ilə Daniyeli azad edəcəkdi.
Namizədlər arasında əsasən iki sovet yazıçısının adı çəkilirdi.

Yuxarıda dediyimiz kimi Paustovski dünyada çox məşhur idi.
Bəlkə də bu məşhurluğundan istifadə edərək SSRİ-də öz sözünü cəsarətlə deyirdi.
Pasternakın tərəfini tutan yazıçı Sinyavski-Daniyel məhkəməsində də yazarların tərəfini tutmuşdu.

Buna görə də Konstantin Paustovski SSRİ-də yuxarı dairələrin sevmədikləri yazıçı sayılırdı.
Paustovski də sovet yazıçısına mükafat verməzlər deyəndə özünü nəzərdə tutaraq bildirmişdi:

SİTAT: “Pasternakdan sonra Nobel Komitəsi cəsarət edib ikinci antisovet yazara mükafat verməz…”

Paustovski haqlı olsa da gizli razılıqdan xəbərsiz idi.
Beləliklə bu razılığa əsasən 1965-ci ildə İsveç Akademiyası ədəbiyyat üzrə Nobel mükafatını Mixail Şoloxova təqdim edir.
SSRİ isə verdiyi gizli sözə məhəl qoymur.
Həbs olunan Sinyavski 7 il, Daniyel isə 5 il azadlıqdan məhrum olunur.

Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

24-10-2024, 21:00

Ən qaranlıq anlarda ümid manifesti - Həmid Şehanegi YAZIR

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Siyasət

26-08-2024, 09:05

Birinci xanım Mehriban Əliyevanın doğum günüdür

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 18-08-2026, 13:01
    Ruhun dövrdəki mənəvi çöküşü - Tural İbrahimov YAZIR
  • 13-08-2026, 16:02
    Naxçıvanın yeni inkişaf səhifəsi: Gənclərin gözü ilə parlaq sabahımız
  • 13-08-2026, 15:18
    Naxçıvan: uzaqgörən siyasətin və davamlı inkişafın diyarı
  • 13-08-2026, 14:39
    Naxçıvanın davamlı inkişafı və güclənən strateji əhəmiyyəti
  • 13-08-2026, 14:29
    Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mövqeyi möhkəmlənir
  • 13-08-2026, 14:24
    Prezident İlham Əliyevin Naxçıvana səfəri və Naxçıvanın inkişaf perspektivləri
  • 10-08-2026, 16:48
    COO platformasına “Startap” şəhadətnaməsi verilib
  • 6-08-2026, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 5-08-2026, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
  • 29-07-2026, 16:18
    1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli - Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının
  • 29-07-2026, 15:49
    Azərbaycan dilinin və əlifbasının dünəni, bugünü və gələcəyi.
  • 29-07-2026, 15:30
    Azərbaycan dili milli birliyimizin və mənəvi irsimizin təməlidir
  • 29-07-2026, 15:13
    Ana dilimiz milli varlığımızın ifadəsidir
  • 29-07-2026, 15:08
    Ana dilimizə hörmət - gələcəyimizə qoyulan ən dəyərli töhfə
  • 28-07-2026, 23:22
    Əlifba – Millətin Yaddaşı Dilin Gücü və Müstəqilliyin Rəmzi
  • 28-07-2026, 20:32
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili: Milli kimliyimizin ən dəyərli xəzinəsi
  • 28-07-2026, 14:41
    Görünməz Dünyanın Qəzəbi: Bakteriyalar və İnsan Enerjisi...
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə