• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Sabir Rüstəmxanlı "xroniki pafos"dan azad olmalıdır - TƏRS BUCAQ

Art

2-02-2026, 13:55
Sabir Rüstəmxanlı "xroniki pafos"dan azad olmalıdır -

BƏXTİYAR VAHABZADƏNİN ŞEİRLƏRİ mövzusunda Sabir Rüstəmxanlı ilə ədəbi polemikamızda Sabir Rüstəmxanlının necə bütpərəst emosiyaları ilə çıxış etməsinin bir daha şahidi oldum. Təbii ki, Sabir Rüstəmxanlının bütpərəstliyi ƏDƏBİ HƏQİQƏTLƏRi(mi)n dəyişilməsinə gətirib çıxarda bilməzdi. Necə ki, gətirib çıxarda bilmədi də! Burası belə!..

... Əvvəla, onu deyim ki, Sabir Rüstəmxanlının Bəxtiyar Vahabzadəni ədəbi prizmadan “müdafiə” etməsi bir az da təbii haldır. ONA GÖRƏ TƏBİİ HALDIR Kİ, Bəxtiyar Vahabzadə kimi Sabir Rüstəmxanlının da ədəbiyyat təsəvvürü, sənət təqdimi, ədəbi yanaşmaları və yazdığı şeirlərin gerçək mahiyyəti CİDDİ ƏDƏBİYYATIN (GERÇƏK SƏNƏTİN) VƏ ONUN TƏRKİB HİSSƏSİ OLAN FÖVQƏL İDRAKIN, İLAHİ ÜNSİYYƏT DALĞALARININ, YARADICI STRUKTURUN VARLIĞINDAN UZAQDIR. Burası da belə!..

... Ümumiyyətlə “Vətənpərvər şair”, “milli şair”, “milli ruhun oyanmasında, formalaşmasında rolu olan şair” və s. kimi ifadələr İSTEDADın və MƏTNin meyarı, təsdiqi deyil. Ədəbiyyat adına danışmağa, yazmağa başlayanda bu kimi pafoslu ifadələrlə yazıya, çıxışa başlamaq, bu kimi ifadələri necə deyərlər, əldə bayraq etməyin özü belə ədəbi müstəvidə qeyri – peşəkarlıqdan başqa heç nə ola bilməz...

BƏDİİ MƏTNin yaradılışı zamanı məsələn, bir sənət adamının vətənpərvər olub – olmaması nəyisə həll etmir... edə də bilməz. Bu faktı Sabir Rüstəmxanlı da bilməlidir!

Bir dəfə də yazmışdım, məgər, müəllif vətənpərvərdisə demək, yazdıqları ədəbiyyatdı, şedevrdi?
Nə qədər böyük yanlış qənaət, bəsit və qeyri - peşəkar yanaşma!..
Vətənpərvərlik (eləcə də bu kimi psixoloji, mənəvi ştrixlər) yaradıcı potensialın varlığının VƏ YA ümumiyyətlə keyfiyyət ölçüsünün göstəricisi deyil(!)... ola da bilməz!

Qayıdım, Sabir Rüstəmxanlının qələminə...

... Bilirsiniz, əksəriyyət hələ də ciddi ədəbiyyatın mahiyyət etibarı ilə özünəməxsus xüsusiyyətlərə, prinsiplərə malik olmasını qəbul etmir... edə bilmir... etmək istəmir!

Ədəbiyyat bir ayrı ilahi — idraki — fövqəl NƏSNƏdir, hadisədir...

Oxumuşuq da Sabir Rüstəmxanlının şeirlərini. Dəfələrlə oxumuşuq!.. Bir çoxları tərəfindən İlahiləşdirilən “Sağ ol, ana dilim”i də, “Salam, Gəncə qapısı”nı da... və.s oxumuşuq. Az öncə də qeyd etdim, eyni zamanda Sabir Rüstəmxanlının ədəbi təfəkkürünün fundamental, gerçək YARADICI MEXANİZMdən uzaq olmasına da bələdik.

... Söz düşmüşkən, qısaca bir daha deyim ki, onun şeirlərinin mahiyyətində müəllifin SPESİFİK YARDICI POTENSİALı, ədəbi hadisəni ortaya qoyacaq novatorluğu, eyni zamanda ciddi mətn çalarları dayanmır. Yalnız, populizm... sentimentallığın ibtidai forması... “tribuna didaktikası”... publisistik — kütləvi fikirlərin texniki səsləşməsi... və emosional nəzm, xroniki pafos! Məhz bu detallardan ibarətdir o şeirlərin varlığı. Bu detallar isə ciddi ədəbiyyatın, sənətin yaradılışına, belə demək mümkündüsə, “İlahi geninə” yaddır...

... Sənətkar adına təqdir edilən bir ədəbi imzanı mövzuya görə yox, yanaşdığı mövzunu necə bir ƏDƏBİ MASŞTABda, ədəbi təfəkkürdə mətnə gətirdiyinə görə alqışlayarlar. O da ki... hələ MƏTNi yarada bilibsə.

MƏSƏLƏN, hələ, keçən əsrin sonlarında bir salonda Sabir Rüstəmxanlının “Sağ ol, ana dilim” şeirinə ünvanlanan alqışlar məgər, sənət, sənətkarlıq adına ünvanlanan alqışlar idimi? Əlbəttə ki, yox. Sadəcə həmin alqışlar mövzuya yönələn alqışlar idi.
Əgər ədəbiyyatın mahiyyəti hesab edilən SƏNƏTKARLIQ meyarları ilə sözügedən məlum şeirə yanaşılsa SƏNƏT adına (məhz sənət adına!) nəinki o şeiri alqışlamaq, hətta çap etmək, təqdim etmək belə ədəbiyyatın uğursuzluğudur. Çünki (yeri gəlmişkən qeyd edim ki!) o şeir YARADICI MEXANİZMİN EMAL PRİNSİPİdən, mütləq olan bədii novatorluqdan, fundamental ƏDƏBİ TƏFƏKKÜR DƏZGAHIndan kənar olan... yalnız publisistik fikir harmoniyasından, nəql etmə prosesidən, kütləvi diqtədən, populizmdən ibarət bir sentimental ahəng vəhdətidir.
Söz düşmüşkən, onu da deyim ki, “boz ədəbiyyat”ın təşkili olan həmin (şeirdəki) detallar (publisistik fikir harmoniyası, kütləvi diqtə, populizm... və yekunda bu amillərdən ibarət sentimental ahəng vəhdəti) Sabir Rüstəmxanlının ümumi olaraq “boz poeziya”sının mahiyyətində dayanır. Geniş şəkildə söz açmaq olar, mən hələ xüsusi detalları vurğuladım.

... Sabir Rüstəmxanlı ədəbi mülahizələrində heç olmasa qeyri – peşəkarlıqdan, XRONİKİ PAFOSdan gərək ki, azad ola. O da ki, bacarsa hələ!..

Emil Rasimoğlu
şair-publisist
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Art

1-02-2026, 15:04

BƏXTİYAR VAHABZADƏNİN “GİZLƏDİLMİŞ” UĞURSUZLUĞU... – FƏRQLİ RAKURS

Araşdırma

17-10-2024, 15:40

Ədəbi dəyərləndirmələr dəxilsiz amillərlə aparılır - Rasimoğlu

Siyasət

14-09-2024, 11:51

Emil Rasimoğlu Əkrəm Əylisli və Şahbaz Xuduoğludan YAZIR

Siyasət

29-07-2024, 23:45

Bəxtiyar Vahabzadə yaradıcılığına yeni baxış - Emil Rasimoğlu YAZIR

Siyasət

26-08-2024, 10:00

Bəxtiyar Vahabzadə mövzusuna yazdığım epiloqa SÖZARDI...

Art

12-01-2025, 16:13

Sabir Rüstəmxanlının ədəbi uğursuzluğu...

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 16:44
    28 illik qaranlıq həsrətin sonu: 8 Noyabr Şuşa şəhəri Günüdür…
  • Bu gün, 16:42
    8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
  • Bu gün, 16:40
    8 Noyabr – Şuşa şəhəri günü: Tarixi qələbənin, milli qürurun və mədəniyyətimizin təntənəsi
  • Bu gün, 14:37
    Şuşa – Azərbaycanın milli qürurunun və tarixi Zəfərinin rəmzi
  • Bu gün, 14:35
    8 Noyabr – Azərbaycan xalqının tarixi Zəfərinin və milli qürurunun təntənəsi
  • Bu gün, 14:28
    8 Noyabr – Xalqımızın dəmir yumruq kimi birləşərək tarix yazdığı gün
  • Bu gün, 14:24
    Şuşa – Azərbaycan mədəniyyətinin beşiyi və gələcəyə açılan inkişaf yolu
  • Bu gün, 14:22
    8 Noyabr Zəfər Günü – Azərbaycanın şanlı tarixinin yeni səhifəsi
  • Bu gün, 14:17
    8 Noyabr – Zəfər Günü: Bir Millətin Qürur Səhifəsi
  • Bu gün, 14:12
    8 Noyabr – Şuşa şəhəri günü: Qürurumuzun, tariximizin və gələcəyimizin ünvanı
  • Bu gün, 14:09
    Zəfər Günü – milli birliyimizin, qəhrəmanlığımızın və dövlətçilik iradəmizin rəmzi
  • Bu gün, 14:04
    Şuşanın azadlığı – Azərbaycan dövlətinin qətiyyətinin və xalqımızın birliyinin təntənəsi
  • Bu gün, 14:01
    Prezidentdən dünyaya qəti və birmənalı mesaj
  • Bu gün, 13:56
    Şuşa – milli yaddaşımızın və dövlətçilik tariximizin zirvəsidir
  • Dünən, 15:23
    Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.
  • Dünən, 15:21
    Azərbaycan Sivilizasiyalararası dialoq körpüsü
  • 30-10-2026, 15:33
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:23
    2026-cı il oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 29-10-2026, 14:15
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:13
    Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir
  • 29-10-2026, 14:06
    Multikultural dəyərlər Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əsasını təşkil edir
  • 29-10-2026, 14:03
    Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin və qarşılıqlı anlaşmanın əsası
  • 29-10-2026, 14:01
    Ortaq gələcək naminə dialoq Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı:
  • 28-10-2026, 15:01
    Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir
  • 21-10-2026, 22:24
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 21-10-2026, 22:23
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 21-10-2026, 16:20
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi
  • 21-10-2026, 16:12
    ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU
  • 21-10-2026, 15:41
    25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi
  • 21-10-2026, 15:33
    Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi
  • 21-10-2026, 15:26
    25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi
  • 21-10-2026, 15:24
    27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.
  • 21-10-2026, 15:22
    Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi
  • 21-10-2026, 15:17
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı
  • 21-10-2026, 15:14
    25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə