• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Nüfuzlu siyasi liderə ehtiyac duyulurdu.

Gündəm

11-06-2026, 11:39
Nüfuzlu siyasi liderə ehtiyac duyulurdu.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” - Ümummilli Lider Heydər Əliyev.

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi yadda qalmış, dövlətçiliyimizin yenidən bərpa olunduğu, xalqımızın taleyinə sahib çıxdığı, milli həmrəyliyin və siyasi sabitliyin əsasının qoyulduğu gündür. Milli Qurtuluş Günü həm tarixi əhəmiyyət daşıyır, həm də gələcək nəsillər üçün milli şüurun və vətənpərvərliyin simvoluna çevrilmişdir.
1988-ci ildən başlayan milli-azadlıq hərəkatı Azərbaycan xalqının sovet rejiminə qarşı azadlıq arzusunun nəticəsi olaraq formalaşmağa başlamışdı. Lakin müstəqilliyin bərpasından sonra ilk illərdə ölkədə yaranmış idarəetmə boşluğu, təcrübəsiz siyasi qüvvələrin hakimiyyətdə olması vəziyyəti daha da ağırlaşdırmış, iqtisadi tənəzzül, sosial gərginlik, ordu quruculuğundakı çatışmazlıqlar və vətəndaş qarşıdurmaları dövlətin varlığını təhlükə altına almışdı. Məhz belə bir çətin dönəmdə Azərbaycan ziyalıları, ictimai xadimlər və ölkənin ağrılı taleyinə biganə qalmayan vətənpərvər insanlar ölkəni xilas edə biləcək güclü liderin ətrafında birləşmək qərarına gəldilər.
Azərbaycanın tanınmış ziyalıları 1992-ci ildə blokada şəraitində olan Naxçıvanda yaşayan, böyük siyasi təcrübəyə malik və dövlət idarəetməsində uğurlu fəaliyyəti ilə seçilən Heydər Əliyevə müraciət etdilər. Onun yenidən siyasi arenaya qayıtmasını xahiş edən 91 nəfərin imzası ilə Naxçıvana göndərilən məktubda, Heydər Əliyevin rəhbərliyi ilə yeni bir siyasi qüvvənin formalaşdırılması istənilirdi.Həmin müraciəti qəbul edən Heydər Əliyevin Bakıya gəlməsinə o zamankı iqtidar imkan vermirdi. Buna baxmayaraq, siyasi təşəbbüs qrupu – 550 nəfərdən ibarət nümayəndə heyəti Naxçıvana gedərək 1992-ci il noyabrın 21-də yeni bir partiyanın – Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi və Heydər Əliyev yekdilliklə partiyanın rəhbəri seçildi.
1993-cü ilin yayında Azərbaycan tam iflas həddinə çatmışdı. Hakimiyyətin idarəolunmaz durumu, Gəncədə baş verən qiyam, torpaqların işğalı və vətəndaş müharibəsi təhlükəsi ölkənin parçalanması riskini artırmışdı. Xalq isə yeganə çıxış yolunu Heydər Əliyevin yenidən siyasi rəhbərliyə gəlməsində görürdü.1993-cü il iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Məhz bu tarixdən etibarən Azərbaycan yenidən öz dövlətçilik sütunları üzərində qurulmağa başlandı. Bu səbəbdən 15 iyun ölkənin siyasi, ictimai və tarixi həyatında dönüş nöqtəsi kimi qeyd olunur.
Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu, xaosa və qarşıdurmalara son qoyuldu. Dövlət institutları yenidən quruldu, silahlı qüvvələrin formalaşdırılmasına başlanıldı, milli maraqlara əsaslanan xarici siyasət prioritetə çevrildi. Qısa müddətdə ölkədə ictimai-siyasi mühitdə möhkəmlik, iqtisadi islahatlarda sistemlilik, dövlət idarəçiliyində peşəkarlıq bərqərar oldu.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.Son 33 ildə qazandığımız uğurlar əminliklə söyləməyə əsas verir ki, biz dövlət müstəqilliyimizi bir daha əldən verməyəcək, müstəqilliyimiz əbədi olacaqdır.
Milli Qurtuluş Günü yalnız bir siyasi hadisənin ildönümü deyil, həm də xalqın öz gələcəyinə sahib çıxmasının rəmzidir. Əgər 1993-cü ilin o çətin günlərində Heydər Əliyev xalqın çağırışına cavab verməsəydi, bu gün Azərbaycan adlı bir dövlətin varlığı sual altında olardı.
Hazırda Prezident İlham Əliyev ümummilli liderin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm Qələbə, işğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri və Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bu siyasi kursun uğurlu nəticəsidir.
Bütün bu nailiyyətlərin təməlində 15 İyun – Milli Qurtuluş Günündə verilən tarixi qərarlar və xalqın müdrik seçimi dayanır. Qədirbilən xalqımız bu günün əhəmiyyətini dərindən dərk edir və 15 iyun – Milli Qurtuluş Gününü bayram kimi qeyd edir.

Əhməd Panayev
Azərbaycan Rəssamlıq Akademiyası Mülki müdafiə qərargah rəisi, YAP Nərimanov rayon təşkilatının ƏPT sədri

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

11-06-2026, 11:55

Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir.

Siyasət

11-06-2026, 12:17

Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi.

Siyasət

11-06-2026, 12:39

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Siyasət

11-06-2026, 12:47

Milli Qurtuluş Günü - Xalqımızın uğur və zəfər tarixi

Siyasət

12-06-2026, 14:13

15 iyun Milli Qurtuluş Günü: Uçurumun astanasından uğurlu zirvələrə uzanan yol

Siyasət

11-06-2026, 11:50

Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 14:23
    2026-cı il oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • Bu gün, 14:15
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • Bu gün, 14:13
    Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir
  • Bu gün, 14:06
    Multikultural dəyərlər Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əsasını təşkil edir
  • Bu gün, 14:03
    Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin və qarşılıqlı anlaşmanın əsası
  • Bu gün, 14:01
    Ortaq gələcək naminə dialoq Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı:
  • Dünən, 15:01
    Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir
  • 21-10-2026, 22:24
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 21-10-2026, 22:23
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 21-10-2026, 16:20
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi
  • 21-10-2026, 16:12
    ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU
  • 21-10-2026, 15:41
    25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi
  • 21-10-2026, 15:33
    Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi
  • 21-10-2026, 15:26
    25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi
  • 21-10-2026, 15:24
    27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.
  • 21-10-2026, 15:22
    Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi
  • 21-10-2026, 15:17
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı
  • 21-10-2026, 15:14
    25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi
  • 21-10-2026, 14:53
    Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir
  • 21-10-2026, 14:47
    Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür
  • 20-10-2026, 17:04
    27 illik qaranlığın süquta uğradığı gün: 25 oktyabr Qubadlı Şəhəri Günüdür
  • 20-10-2026, 16:37
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi yaddaşdan gələcəyə uzanan yol
  • 20-10-2026, 16:31
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərini əks etdirir
  • 20-10-2026, 16:27
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • 20-10-2026, 16:24
    prezident ilham əliyevin aqem-in 7-ci zirvə görüşündə çıxışı: azərbaycanın regional və beynəlxalq siyasətinin strateji prioritetləri
  • 20-10-2026, 16:11
    AQEM-in Bakı Zirvə Görüşü: Regional təhlükəsizlik və beynəlxalq hüququn əhəmiyyəti
  • 20-10-2026, 16:07
    Zəngilanın dirçəlişi – Böyük Qayıdışın və milli həmrəyliyin təcəssümü
  • 20-10-2026, 14:37
    Qayıdışın, qürurun və dirçəlişin ünvanı
  • 20-10-2026, 14:32
    ZƏNGİLAN: QƏHRƏMANLIQ TARİXİNDƏN İNKIŞAF ÜFÜQLƏRİNƏ
  • 20-10-2026, 14:29
    Zəngilan şəhəri günü: Altı il sonra 20 oktyabr tarixinə fərqli baxış
  • 19-10-2026, 15:48
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı: Azərbaycanın beynəlxalq əməkdaşlıq və sülh təşəbbüsləri
  • 19-10-2026, 15:36
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa
  • 19-10-2026, 15:33
    20 oktyabr Zəngilan şəhəri günü-quruculuq və tərəqqinin yeni mərhələsi
  • 19-10-2026, 15:31
    Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı: regional əməkdaşlıq, təhlükəsizlik və Azərbaycanın beynəlxalq rolu
  • 19-10-2026, 15:28
    Azərbaycan–Laos münasibətlərində yeni mərhələ: Əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə