• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

BƏXTİYAR VAHABZADƏNİN “GİZLƏDİLMİŞ” UĞURSUZLUĞU... – FƏRQLİ RAKURS

Art

1-02-2026, 15:04
BƏXTİYAR VAHABZADƏNİN “GİZLƏDİLMİŞ” UĞURSUZLUĞU... –

Bütün dövrlərdə SƏNƏT adına təqdim olunan “boz ədəbi nümunə”lər, eyni zamanda formalaşmış yanlış sənət “meyarları” və o “meyarlar” əsasında aparılan dəyərləndirmələr daim FUNDAMENTAL, CİDDİ ƏDƏBİYYATın, eləcə də onun SPESİFİK XÜSUSİYYƏTLƏRİ, MEYARLARI qarşısında uçuruma çevrilib... çevirilir... hələ bu gedişlə çox çeviriləcəkdir.

İNDİSƏ fikirimin davamı olaraq vaxt itirmədən, gəlim, (bir neçə gündü haqqında bəhs etdiyim) Bəxtiyar Vahabzadənin müəllifi olduğu “boz ədəbiyyat”ın üzərinə. Bəli, “boz ədəbiyyat”ın!..

ƏVVƏLA ONU DEYİM Kİ, Bəxtiyar Vahabzadənin şeirləri, yazdıqları, şair tərəfi barəsində öncəki dönəmlərdə vurğuladığım haqlı fikirlər ətrafında açılan müzakirələrin çox hissəsi onu göstərir ki, gerçək sənət təsəvvürünə, gerçək sənətin prinsiplərinə, meyarlarına, mahiyyətinə... yetişmək üçün əksəriyyətin idraki qatda böyük inkişaf mərhələsi keçməsinə mütləq mənada ehtiyac var. Xüsusən də ədəbi — ictimai mühitin mənsublarının. Bu çox önəmli məsələdir. Hələ bəlkə də çoxu o mərhələni keçməsinə gecikib... VƏ YA heç o mərhələni keçə bilməyəcək. Çünki, bu həm də idraki potensial, yaradılış məsələsidir. Gərək, necə deyərlər, yaradılışdan o “kodlara” sahib olasan... Kİ, yetişib, inkişaf da edə biləsən!

QAYIDIM MƏTLƏBƏ, SÖZÜMÜN CANINA... Bəxtiyar Vahabzadənin şeirlərinin, yazdıqlarının bədii tərkibinin mahiyyəti nədən ibarətdi ki? Hansı mexanizmin iş prinsipinin nəticəsidir onun yazdıqları? Nə dayanır onun yazdıqlarının bünövrəsində, təməlində, məğzində, təşkilində? ƏLBƏTTƏ Kİ, yalnız(!) publisistik didaktika(!)... şüarçılıq sindiromu(!)... kütlə psixologiyasına, kütlə təfəkkürünə söykənən pafos(!)... və fikir harmoniyası(!). TƏBİİ Kİ, bu kimi detalların iştirakı ilə yaranan yazı prosesi, bu kimi detallardan ibarət mexanizmin iş prinsipi İSƏ yekunda birmənalı şəkildə ciddi ədəbiyyatı ortaya qoya bilməzdi. Necə ki, ortaya qoya bilməyib!

Məhz bu baxımdan da Bəxtiyar Vahabzadənin qələmində heç vaxt mövzunun BƏDİİ MƏTN, SƏNƏT HALINA GƏLMƏ PROSESİ baş verməyib (Hansı ki, bir qələm adamı üçün bu çox önəmli nüansdır!). Bilirsiniz niyə baş verməyib? Çünki ciddi MƏTNin, ƏDƏBİYYATın yaranmasında mütləq hesab edilən İLAHİ AMİLLƏR – novator ƏDƏBİ TƏFƏKKÜR, həmin ədəbi təfəkkürdə mövcud olan YARADICI LABORATORİYA ilə FÖVQƏL ENERJİnin, EKSTAZ VƏZİYYƏTin vəhdəti... çox uzaq olub Bəxtiyar Vahabzadənin şair varlığından, qələmindən. (İlin günün bu çağında təbii ki, bu bir acı gerçəklikdir...)

Ümumiyyətlə yaradıcılıq (şəksiz və şəriksiz olaraq!) ƏDƏBİ TƏFƏKKÜR HADİSƏSİdir... O hadisə yoxdusa yaradıcılıq da yoxdur. Burası belə!..

... Bu gün Bəxtiyar Vahabzadənin yazdıqları ilə bağlı mövcud ƏDƏBİ HƏQİQƏTlərimi qəbul etməyənlərin(!)... etmək istəməyənlərin(!)... etmək gücündə olmayanların(!) bir qisminin düşüncəsi (yuxarıda qeyd etdiyim) gerçək SƏNƏTdən bixəbərliyə SÖYKƏNİR, bir qisminin düşüncəsi İSƏ sadəcə özünün şüuraltı BÜTPƏRƏSTLİYİNƏ!

Məsələn, İNDİ DEYİN GÖRƏK, Bəxtiyar Vahabzadənin bir dövr müəyyən bir hərəkatda olmasının, Vətəni, milləti, xalqı sevməsinin, hətta lap bir generalın üzünə tüpürməsinin (əgər hələ tüpürübsə) ədəbi müzakirələrə nə aidiyyatı? Niyə, onun şeirlərindən söz düşəndə əksəriyyətiniz bu kimi (ədəbi məsələlərə yad olan) yanlış prizmalardan pafosla çıxış etməyə başlayırsınız?!

Müəllif vətənpərvərdisə demək, yazdıqları ədəbiyyatdı, şedevrdi?
Nə qədər böyük yanlış qənaət, bəsit və qeyri - peşəkar yanaşma!..
Vətənpərvərlik (eləcə də bu kimi psixoloji, mənəvi ştrixlər) yaradıcı potensialın varlığının VƏ YA ümumiyyətlə keyfiyyət ölçüsünün göstəricisi deyil(!)... ola da bilməz!

... Yeri gəlmişkən, onu da mütləq mənada qeyd edim ki, (hansı ki, dəfələrlə qeyd etmişəm!) ƏDƏBİYYAT NƏDƏN YAZMAQ DEYİL, NECƏ YAZMAQDIR. Nədən yazırsan yaz(!), hansı mövzuya üz tutursan üz tut(!), YETƏR Kİ(!), qələm adamı olaraq o mövzunu BƏDİİ MƏTNə, SƏNƏTə çevirməyi bacar! Baxın, Bəxtiyar Vahabzadədə məhz o İLAHİ ÇEVİRİLİŞ baş vermirdi... Səbəblərsə bəlli, az öncə sadaladım!

SƏNƏTKARLIQ mövzu seçimində yox, mövzuya YANAŞMA TƏRZİndə meydana gəlir. O da ki, hələ gələ bilsə...

... Bu məqamda götürək, müzakirələr zamanı tez – tez adı hallanan, hətta çoxları tərəfindən ilahiləşdirilən “Gülüstan” poemasını.

Bəxtiyar Vahabzadə bu poemada HANSI QURULUŞA ETİRAZ EDİB, HANSI MÖVZUNU QƏLƏMƏ ALIB, HANSI MİLLİ HİSSLƏRƏ QAPANIB sənət üçün, ədəbiyyat üçün maraqlı deyil, cənablar, zərrə qədər də olsun maraqlı deyil! Sənət üçün, ədəbiyyat üçün maraqlı olan müəllifin mövzunu NECƏ QƏLƏMƏ ALMASIDIR...

Əsas olan da məhz budur! Bu bir AKSİOMAdır!.. Bunu anlamaq, fərqində olmaq gərək!

“Gülüstan” poemasında da sənətkarlıq, yaradıcı laboratoriyanın iş prinsipi, mövzunun novatorluqla mətn halına gətirilməsi, emal olunması... özünü birmənalı olaraq əks etdirmir.

O poema sadəcə publisistik ahəng, kütlə təfəkküründən, psixologiyasından yoğrulan didaktika və pafosdur!

Bu yerdə “Gülüstan” poeması ilə yanaşı Bəxtiyar Vahabzadənin digər qələm nümunələrindən də misal göstərmək olar...
Amma və lakin(!) nə hacət? Hamısı eyni mexanizmin məhsuludur... və MƏN DƏ məhz həmin o mexanizmin necəliyindən, daxili strukturundan söz açdım bütün bu qeydlərimdə.

... Bəxtiyar Vahabzadənin xatirələri əbədi olsun!

P.S:
Dediyim kimi, HƏM DƏ(!) bu YAZIm ümumi, şablon, ənənəvi fikirlərlə Bəxtiyar Vahabzadənin müdafiəsinə qalxan Sabir Rüstəmxanlıya,.. sənət təsəvvürünün darısqallığı, yanlışlığı ucbatından müzakirə fiaskosu yaşayan Aslan İsmayılova,.. və müdafiə məqsədilə “çox gözəldi” deyib, ədəbiyyat adına Bəxtiyar Vahabzadənin bu “boz şeir”ini

(“Hələ toxum cücərməmiş,
Tarlamıza alaq düşüb.
Başımız da daz olalı,
Əlimizə daraq düşüb.

Xəyallarım - qanad-qanad,
Ətəyimdən dartdı həyat.
Dünənimə Dürat, Qırat,
Bu günümə ulaq düşüb.

Əlim üzüldü diləkdən,
Dilim yandı “gəl” deməkdən.
Öz haqqını gözləməkdən
Haqqın gözünə ağ düşüb.

Bu tayda sən, o tayda mən,
Üzəmmədim bu çayda mən.
Ömr əritdim harayda mən,
Körpü çaydan uzaq düşüb.”)

təqdim edən Qulu Məhərrəmliyə bir İLAHİ CAVAB olsun!

Emil Rasimoğlu
şair-publisist


Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

26-08-2024, 10:00

Bəxtiyar Vahabzadə mövzusuna yazdığım epiloqa SÖZARDI...

Araşdırma

17-10-2024, 15:40

Ədəbi dəyərləndirmələr dəxilsiz amillərlə aparılır - Rasimoğlu

Siyasət

29-07-2024, 23:45

Bəxtiyar Vahabzadə yaradıcılığına yeni baxış - Emil Rasimoğlu YAZIR

Siyasət

14-09-2024, 11:51

Emil Rasimoğlu Əkrəm Əylisli və Şahbaz Xuduoğludan YAZIR

---

19-09-2024, 11:51

Bunlar çox incə və ciddi mətləblərdi... - Emil Rasimoğlu YAZIR

Art

26-01-2026, 16:12

Ədəbiyyatın gerçək leytmotivi... - Emil Rasimoğlu YAZIR

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 20:30
    20 Sentyabr — Dövlət Suverenliyi Günü: müstəqilliyin və qələbənin rəmzi
  • Dünən, 15:53
    Xankəndidən Xocalıya: Böyük Qayıdışın ünvanları
  • Dünən, 15:43
    20 Sentyabr – Dövlət Suverenliyi Günü
  • Dünən, 15:01
    20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
  • 12-09-2026, 20:36
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
  • 3-09-2026, 23:12
    Vətən kimi sev məni - Günay Mirinin şeirləri
  • 3-09-2026, 23:10
    15 İyun: Azərbaycanın "Qayıdış" və İnkişaf Tarixi – Dövlətçilik Salnaməmizin Zirvəsi
  • 3-09-2026, 19:57
    ABŞ-ın ikinci adamı Bakıda nələr dedi?
  • 3-09-2026, 19:30
    Qələmin fəryadı: İnsan acizliyinin portreti
  • 31-08-2026, 12:03
    Təbiətin dəyişməz balansı və milli kimliyin mənəvi şifrələri
  • 26-08-2026, 23:50
    Laçın: İşğaldan azad olunan torpaqda yenidən qurulan həyat
  • 26-08-2026, 14:58
    Müasir Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva!
  • 25-08-2026, 13:15
    Laçın şəhəri Günü: Qaranlıq gecələrdən aydın səmalara qucaq açan diyar
  • 25-08-2026, 13:15
    Prezidentin Özbəkistan səfəri: Yeni inkişaf erasının başlanğıcı!
  • 25-08-2026, 13:13
    Prezidentin Özbəkistan mediasına müsahibəsi yeni "Yol xəritəsi"dir
  • 25-08-2026, 13:12
    Azərbaycan–Özbəkistan münasibətlərində yeni strateji mərhələ
  • 25-08-2026, 12:41
    Laçın Şəhəri Günü tarixi Zəfərin və yeni inkişaf mərhələsinin təcəssümüdür
  • 25-08-2026, 12:34
    Azərbaycan–Özbəkistan qardaşlığı: strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru
  • 25-08-2026, 12:29
    Prezident İlham Əliyevin Özbəkistana səfəri: Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ
  • 25-08-2026, 12:25
    Azərbaycan və Özbəkistan: Qardaşlıq münasibətlərindən strateji tərəfdaşlığa doğru
  • 24-08-2026, 16:55
    Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji müttəfiqliyə doğru
  • 24-08-2026, 16:47
    Azərbaycan–Özbəkistan qardaşlığı: möhkəm təməldən hərtərəfli müttəfiqliyə doğru
  • 24-08-2026, 15:37
    Azərbaycan-Özbəkistan əlaqələrinin regional əhəmiyyəti
  • 18-08-2026, 13:01
    Ruhun dövrdəki mənəvi çöküşü - Tural İbrahimov YAZIR
  • 13-08-2026, 16:02
    Naxçıvanın yeni inkişaf səhifəsi: Gənclərin gözü ilə parlaq sabahımız
  • 13-08-2026, 15:18
    Naxçıvan: uzaqgörən siyasətin və davamlı inkişafın diyarı
  • 13-08-2026, 14:39
    Naxçıvanın davamlı inkişafı və güclənən strateji əhəmiyyəti
  • 13-08-2026, 14:29
    Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mövqeyi möhkəmlənir
  • 13-08-2026, 14:24
    Prezident İlham Əliyevin Naxçıvana səfəri və Naxçıvanın inkişaf perspektivləri
  • 10-08-2026, 16:48
    COO platformasına “Startap” şəhadətnaməsi verilib
  • 6-08-2026, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 5-08-2026, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə