Onews.az yazıçı Tural Turanın "Bir cümləlik hekayələr"ini təqdim edir:
***
O, düşmənə girov düşməməsi üçün üç aylıq qızını öldürmüş, palıd ağacının dibində dəfn eləmişdi...
18 yanvar 2023, Bakı
***
Babam öləndə on doqquz yaşında idi...
10 oktyabr 2018, Qazax
***
Dünənki reportajdan sonra anladım ki, dünyanın ən gözəl şeirləri dəlixanada yazılır...
18 mart 2018
Şəmkir, Ağlavaşlı
***
Bacım dünyasını dəyişən gün anam çay içirdi, atam siqaret çəkən kimi...
27 dekabr 2017, Şəmkir
***
Bu gecə yuxuda gördüm ki, Tanrı sonuncu insanla birlikdə öləcək...
29 dekabr 2017, Şəmkir
***
Böyüyəndə anlayacaqdıq ki, sən demə, uşaq olanda qorxumuzdan kəndimizdəki bütün şikəst qızlara bacı gözü ilə baxırmışıq...
24 noyabr 2019, Bakı
Tural Turan