• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Hilallı yaylıq - Yüz ilin cümhuriyyət HEKAYƏSİ

Art

12-01-2025, 14:57
Hilallı yaylıq - Yüz ilin cümhuriyyət

Bu əhvalat 99 il bundan əvvəl Gəncəbasarda baş verib.

Mənə də goru şen olmuş babam danışıb. Bir dəfə Sayalı dərəsində qoyun otararkən açmışdı söhbəti. Elə-belə yox, söhbəti mən qurdalamışdım. İllərin qaysaqlı yarası idi babam üçün. Atasını itirdiyi günə qayıtmışdı. Bir az aralısında hökumət adamlarının oturduğu, ayaq hissəsində çobanların qoyun-quzu güddüyü bu dərəyə niyə Sayalı deyildiyini sual eləmişdim. Babam da illərdir içində göynəyən söz dənciyini boşaltmışdı. Daha doğrusu, babam yox, babamın atası.

Dan yeri təndir dibi kimi ağarmağa başlayanda onlar daşqa ilə kənddən çıxmışdılar. Vaxtında mənzil başına çatmaq üçün daşqanın yançaqlarına da iki daylaq qoşmuşdular. Alabaşlıdan Gəncənin dəmiryol vazğalına təxminən 3 saatlıq yol idi.

Üç at gücü ilə hərəkət edən daşqa günəş göyün toqqa yerinə qalxmamış Kəvər arvadın çörək köşkünə çatmalı idi. Babamgilə demişdilər ki, qərargah orada qurulub.

Daşqa üç saata hazırlandı. Xəbəri Alpı babama Çuğul oğlu İman çatdırmışdı. Demişdi ki, Gəncədə vəziyyət ağırdı. Qırmızıpapaqlılar - kənddə bolşeviklərə bu cür ayama qoşmuşdular - üsyanı yatırmaq üçün son hücuma hazırlaşırlar. Üsyançılara çörək, su, pambıq, bez, quru ət, ən əsası silah və patron lazımdır. Babam o vaxt 19 yaşındaymış. Atası və əmisi oğlu Alpı ilə kəndin canına düşürlər. Hər kəsin qapısını döyürlər. Ehtiyacları sadalayırlar. Kimin nəyə ehtiyacı varsa, onu açıb Alpı qağaya uzadır.

Sayalı bəy qızıymış. Babamla təzəcə nişanlanıbmışlar. Babam çox çək-çevirdən sonra qayınatası Söyün bəyin də qapısını döyür. Bəy evdə olmur. Qapını adaxlısı açır. Babam niyə gəldiyini qıza danışır. Sayalı atasından icazəsiz nəsə verməyə cürət etmir. Babamın taxdığı üzüyü barmağından çıxarır. Bir də atlas parçadan tikdiyi əl boyda bayrağı bizim kişiyə uzadır. Babam Sayalının əlini geri çevirmək istəsə də qız razılaşmır. Onda heç kimin qapısını döymə - deyir. Sarılıb ağlaşırlar. Babam üzüyü küyümçü Babaşa xırdaladır. 5 rubl pula dəyişir. Ona da parça-palaz, əsgi, pambıq alır. Yola düzəlirlər.

Babamgil gedəndə artıq üsyan başa çatıbmış. Üsyançılardan sağ qalanlar gecə ikən Şıx düzünə, Kəpəz dağına və Hacıkənd tərəfə geri çəkilir. Babamgil yaralıları yaxınlıqdakı evlərə daşıyır. Ölənləri isə dəmir yolunun yaxınlığındakı dərəyə basdırırlar. Sən demə, Çuğul oğlu İman üsyançıların xəbərini Alpıgilə gec çatdırıbmış. Babamın dediyinə görə, Qatır Məmmədin dəstəsinin uşaqları İmanı ələ alıblarmış. Yaralılardan biri babama deyir ki, onlara xəbər 4 gün əvvəl göndərilib. İman ən gec halda xəbər göndərilən günün axşamı babamgilə xəbəri ulaşdırmalı imiş. Amma gec deyir. Nəticədə cümhuriyyətin sonuncu qalası da təslim olur. Gəncəyə bolşevik ayağı dəyir. Hökumətin sonuncu qalası da devrilir.

Çuğul oğlunun yaramazlığı bununla da bitmir. Babamgilin üç-dörd gün gecikdiyini görən İman Sayalıya babamın adından məktub yazır. Ölümcül yaralandığını qeyd edir. Onu gözləməməyi, ərə getməyini yazır. Sayalı bu xəbərdən sarsılır. Evlərinin ayağındakı hündür təpəyə çıxır. Təpənin düz qac hissəsindəki ağacın budağından bir çatı asır. Başını çatıya salıb özünü mil təpədən aşağı atır. Kəndir Sayalının ağırlığını saxlamayıb qırılır. Sayalı yarımcan halda dərəyə yuvarlanır. Dörd-beş saat köməksiz qalır. Sonra cansız bədəni dərənin dibindən tapılır. Xəbər bütün kəndə yayılır. Babam atası ilə əmisi oğlunu Gəncədə qoyub payi-piyada Alabaşlıya yol alır. Sarsılır. Hadisənin təfərrüatını öyrənir. Kağızın izinə düşür. Kimin yazdığını tapa bilmir. Camaatı yığıb anasının şalına and içir.

...İmanın ögey bacısı bir gün babama xəbər göndərir ki, məktubu qardaşı ona yazdırıb. Babam deyirdi ki, Çuğulun gədəsi anabir bacısına məktubu zor gücünə... (həmişə bu yerinə çatanda kövrələrdi, cümləni nöqtələməzdi). İmanın bacısı Ayna da babamı sevirmiş. Babam deyirdi ki, Sayalının ölümündən sonra qızın qardaşının suçunu açması elə-belə iş deyildi.

Babam İmanı Sayalı dərəsinin üstündəki mil təpəyə çıxarır. Belindəki toqqasını açır. Çuğulun gədəsinin xırıldayıb ölməyi 10 dəqiqə çəkmir. Sonra da təpədən üzü dərəyə yuvarlayır. Sonra Sayalının qəbrinin üstünə gedib üçrəngli bayrağın əks olunduğu hilallı yaylığı qəbrinin üstünə sərir. Üzərini torpaqla örtür.

Hər dəfə maydan sonrakı ayın ilk həftəsi gələndə babamın hilallı yaylıq əhvalatı yadıma düşür. Sayalı dərəsində indi icra nümayəndəliyi yerləşir. İcra nümayəndəliyinin binası da köhnə evdir. Söyün kişinin mülküdür. Sayalının otağı isə köhnə sənəd-sünədlərin yığıldığı tozlu daxmadır.

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Araşdırma

12-10-2024, 15:10

Xalça oğrusu - Tural Turanın HEKAYƏSİ

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Siyasət

7-06-2024, 16:12

Xocalı canisinin məhkəməsi BAŞLADI

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 20:22
    22 İyul – Milli Mətbuat Günü: Güclü dövlətin inkişafında məsuliyyətli medianın rolu
  • Dünən, 20:19
    https://onews.az/gundem/3397-22-iyul-milli-metbuat-gunu-milli-sozun-gucu-cemiyyetin-etibarli-sesi.html
  • Dünən, 20:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • Dünən, 20:15
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 17-07-2026, 20:45
    Azərbaycan–Slovakiya münasibətləri: etibarlı tərəfdaşlıq iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır
  • 17-07-2026, 20:39
    Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ: Qarabağda qurulan körpülər və gələcəyə baxış
  • 17-07-2026, 20:37
    Şuşadan dünyaya verilən əsas mesaj da məhz budur:
  • 17-07-2026, 20:29
    REZİDENT İLHAM ƏLİYEVİN 14 İYUL ŞUŞA BƏYANATINDA SLOVAKİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN YENİ MƏRHƏLƏSİ
  • 16-07-2026, 16:35
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 16-07-2026, 16:30
    Qarabağdan Qərbə uzanan dostluq körpüsü: Azərbaycan Slovakiya əlaqələri yeni mərhələyə qədəm qoyur
  • 16-07-2026, 10:48
    Şuşadan dünyaya verilən strateji mesajlar: cənab Prezident İlham Əliyevin IV Qlobal Media Forumundakı çıxışı yeni geosiyasi reallıqların siyasi manifesti kimi
  • 16-07-2026, 10:45
    IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın dünyaya təqdim etdiyi yeni reallıqlar
  • 15-07-2026, 14:03
    Azərbaycan-Slovakiya tərəfdaşlığı: dostluqdan strateji əməkdaşlığa
  • 15-07-2026, 13:47
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 15-07-2026, 13:44
    Slovakiya–Azərbaycan münasibətlərinin inkişafı və Qarabağın bərpasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti
  • 15-07-2026, 00:22
    Şuşa Qlobal Media Forumu: Etimadın Bərpası Missiyası
  • 14-07-2026, 23:43
    IV Şuşa Qlobal Media Forumu: İqtisadi sabitliyin görünən və görünməyən tərəfləri
  • 14-07-2026, 23:31
    IV Şuşa Qlobal Media Forumu – Azərbaycanın qlobal informasiya məkanında artan nüfuzu və Prezident İlham Əliyevin mühüm mesajları
  • 14-07-2026, 23:27
    IV Şuşa Qlobal Media Forumu Azərbaycanın yaxın onilliklər üçün xarici siyasət fəlsəfəsinin konseptual xəritəsidir
  • 14-07-2026, 23:24
    Şuşadan yüksələn diplomatiya
  • 14-07-2026, 23:19
    IV Şuşa Qlobal Media Forumu – Həqiqətin səsi, sülhün və etimadın gücləndirilməsi naminə mühüm platforma
  • 14-07-2026, 23:11
    IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin mesajlarında sülh, enerji təhlükəsizliyi və informasiya mühiti ön planda
  • 14-07-2026, 23:02
    Şuşa Qlobal Media Forumu: Həqiqətin səsi, gəncliyin baxışı və medianın yeni missiyası
  • 14-07-2026, 22:58
    Azərbaycanın beynəlxalq nüfuz davamlı şəkildə güclənir
  • 14-07-2026, 22:54
    V Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qlobal baxışı
  • 14-07-2026, 22:50
    14 iyul: Yüksəlişin başlanğıcı, arxalardan ön sıralara sürətli sıçrayış
  • 14-07-2026, 22:47
    IV Şuşa Qlobal Media Forumu: Sülhə və Həqiqətə aparan yol
  • 7-07-2026, 23:17
    Cənubi Qafqazın yeni geosiyasi reallığı: Bakı-Brüssel tərəfdaşlığında strateji dönüş nöqtəsi
  • 7-07-2026, 21:45
    Bakı-Brüssel tərəfdaşlığında yeni mərhələ: Bərpaolunan enerji potensialı və qlobal yaşıl keçid strategiyası
  • 7-07-2026, 17:59
    Sülh Artıq Reallıqdır
  • 7-07-2026, 17:43
    Enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır
  • 7-07-2026, 17:38
    Azərbaycan və Avropa İttifaqı: Strateji Tərəfdaşlıqdan İnnovativ Gələcəyə Doğru
  • 7-07-2026, 17:36
    Azərbaycan–Aİ tərəfdaşlığı yeni mərhələdə: enerji, nəqliyyat və regional sülh gündəmdə
  • 7-07-2026, 17:33
    Günəşli Azərbaycandan Qərbə uzanan işıqlı əl: Bakı Qərbin enerji təhlükəsizliyinin təminatçısıdır
  • 7-07-2026, 17:31
    Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə