• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Xocalı canisinin məhkəməsi BAŞLADI

Siyasət

7-06-2024, 16:12


Xocalı faciəsinin törədilməsində iştirakçı olmaqda təqsirləndirilən Raşid Beqlaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Onews.az
xəbər verir ki, bu gün Sabunçu rayon məhkəməsində Füzuli Hərbi məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilən iclasda istintaq sənədləri elan edilib.

Beqlaryanla bağlı istintaq zamanı maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, Fransa Respublikasından onun hesablarına 2 milyon avroya yaxın pul köçürüb. Özünün iddiasına görə tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədi ilə ianə ediblər.
Hakim Ə. Süleymanov bu qədər məbləğin nəyə görə ona ianə edildiyini soruşub.
Təqsirləndirilən R. Beqlaryan bildirib ki,bu pullar kömək məqsədi ilə göndərilib:

"Mənə sadəcə sənədlər göndərirdilər. Guya ianə edəcəkdilər".
Daha sonra məhkəmədə təqsirləndirilən R. Beqlaryanın istintaqa verdiyi əlavə ifadə elan edilib.

O ifadəsi zamanı Əsgəranda anadan olduğunu və sürücü kimi işlədiyini deyib: "O vaxtlar Qarabağda ermənilərin silahlı qrupları vardı. Əsgəranda da bu qruplardan vardı. Vitali Balasanyan Əsgəranda olan qrupun başçısı olub. Mən silahsız olmuşam. Silahsız olsam da Əsgəran bölüyünün tapşırıqlarını yerinə yetirmişəm. Əsgəran bölüyündə Seqo Doluxanyan adlı biri vardı. Onunla dostluq əlaqəmiz vardı. Seqo aktiv döyüşlərdə iştirak edib. Seqo hadisələr barədə mənə danışırdı. Seqo dedi ki, Xocalı camaatı Əsgəran qalası tərəfdən Qarqar çay boyu Ağdama gedəcək. Bu camaatı Əsgəran bölüyü qarşılayacaqdı. Qarabağ erməniləri camaatın oradan keçəcəyini bilirdi. Əsgəran qalası ətrafında 50-60 silahlı erməni gözləyirdi. Orda dedilər ki, camaayı aldatmışıq ki, Naxçıvan kəndindən Ağdama Qarqarçay tərəfdən dəhliz verilib. Seqo deyirdi ki, bizə onları öldürmək əmr verilib. Əmr verilməsə belə biz onlardan nifrət edirdik. Onsuz da öldürəcəkdik. 150 nəfər insan o yolla gedirdi. 70 faizi qadın, uşaq və qocalar idi. İnsanlar bir yetə yığılandan sonra erməni silahlılar onlara atəş aşmağa başladı. Uşaqlar və qadınlar ağlamağa, yalvarmağa başladılar. Erməni silahlılar da onlara baxıb gülürdü. Atəş açmağa başlayanda bir neçə nəfər Ağdama tərəf qaçmağa başladılar. Geridə qalan hərkəsi öldürdülər. Sonra əli silahlılar meyitlərə bir daha güllə vururdu. Öldüklərinə əmin olmaq üçün. Sonra əsgərlər meyotlərin üzərində olan qızıl və dəyərləri əşyaları topladıq. 1 həftə sonra Əsgəranda yaşayan erməni camaatı şikayət etməyə başladı. Onlar meyitlərdən iy gəldiyini və xəstəlik yayılacağı dedilər. Sonra əsgərlər gedib orda olan meyitləri kütləvi basdırdılar. Xocalı hadisələri zamanı şəhərdə olsam da iştirakçı olmamışam".
Prokuror təqsirləndirilən Raşid Beqlaryana ifadələri arasında ziddiyyətin səbəbini soruşub.
R. Beqlaryan isə o danışdıqlarında iştirakçı olmadığını, hamısını Seqo Doluxanyanın danışdıqlarından bildiyini deyib. Məhkəmədə verdiyi ifadəni təsdiqləyib.
Daha sonra prokuror iştirakçı olmadığı halda kütləvi məzarlığı necə bu qədər dəqiq bildiyini soruşub. R. Beqleryan Seqo Doluxanyan insanların basdırıldığı yeri uzaqdan ona göstərdiyini deyib:
"Seqo 95-ci ildə Əsgəran yolu üzərində olanda insanları basdırdığı yeri göstərdi. Mən də müstəntiqə göstərdim".
Daha sonra məhkəmə Raşid Beqlaryandan Xocalı hadisələrini soyqırım kimi qəbul edib- etmədiyini soruşub. O isə cavab olaraq ondan bunu niyə soruşduğunu deyib:
"Məndən niyə soruşursuz? Orda olan hadisələr soyqırım kimi bir şey idi. Mənə görə pis haldır. Qəbul edirəm ki, Xocalıda olan hadisələr soyqırımdır".
Daha sonra məhkəmədə tibbi ekspertizanın nəticıləri elan edilib.
Daha sonra hakim Əli Süleymanov istintaq materialları içində olan erməni dilində yazılmış "Raşid Beqlaryanın döyüş yolu" adlı sənədi elan edib.
"Mən Raşid Beqlaryan döyüş yoluma 1988-ci ildə başlamışam. 3-cü dəstədə xidmət etmişəm. O dəstənin rəhbəri Murad Petrosyan idi. Bu dəstə ilə komandirimizin verditi tapşırıqları yerinə yetirmişik. Dəstəmiz Ağdam-Şuşa yolunda strateji olan körpünü partlatmışıq. Bundan başqa Amaras monastırı yaxınlığında türklərin hərbi kolonunu məhv etmişik. Xocalı, Şuşa və bir çox kəndləri azad edilməsində iştirak etmişəm. Müharibədə 8 dəfə yaralanmışam. Sonralar dəstəmiz böyüyərək bölüyə çevrildi və mən dəstə komandiri oldum. 1993-cü ildən öz yük maşınımla yük daşımışam".
Hakim hansı yükləri daşıdığını soruşub. R. Beqleryan isə bildirib ki, ona nə veriblər onu daşıyıb.
İstintaq sənədlərindən məlum olub ki, Raşid Beqlaryan separatçı rejim tərəfindən medalla təltif olunub. Raşid Beqlaryan onu da əlavə edib ki, yazılanları şişirdib:
"Yazıları qohumlarım dedi şirşirt. Dövlətdən pul almaq üçün mən də şişirdib yazdım".

Qeyd edək ki, keçən ilin avqustun 1-də Ermənistan vətəndaşı Rəşid Beqleryan Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozan zaman saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı xəbərə görə, Raşid Beqlaryan əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinib.
Ona qarşı Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

6-06-2024, 12:18

55 nəfərin diplomu tanınmadı

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Siyasət

11-10-2024, 11:05

Şərabı şərab edən 4 əsas amil - FAKTLAR

Biznes

19-06-2024, 14:50

Şöbə rəisi özünü yenə təqsirli bilmədi

Siyasət

29-04-2024, 14:04

Azadlığa buraxılan idmançı yenidən qandallandı

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 10:25
    27 Sentyabr – Anım Günü
  • Bu gün, 10:24
    27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi
  • Bu gün, 10:02
    27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi
  • 24-09-2026, 12:21
    Şəhidlərimizi Anma Günü - 27 sentyabr...
  • 24-09-2026, 11:56
    Dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsi: 2027–2030-cu illər üçün prioritetlər
  • 24-09-2026, 11:51
    Şəhidlərin əbədi izi, Zəfərin müqəddəs yaddaşı
  • 24-09-2026, 11:48
    Metallurgiya sənayesinin inkişafında yeni "Yol xəritəsi" - Nələr olacaq?
  • 24-09-2026, 11:40
    27 Sentyabr – Anım Günü: Unutmadığımız qəhrəmanlar, yaşatdığımız yaddaş
  • 23-09-2026, 18:10
    27 Sentyabr – Anım Günü
  • 23-09-2026, 18:06
    Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi gücünün yeni göstəricisidir
  • 23-09-2026, 18:02
    Azərbaycanın təbii sərvətləri müasir sənaye siyasətinə inteqrasiya olunur
  • 23-09-2026, 18:00
    Regionların inkişafında sənaye layihələrinin rolu
  • 23-09-2026, 17:55
    Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın sənaye potensialını gücləndirəcək
  • 23-09-2026, 17:49
    Mineral resursların iqtisadi potensiala çevrilməsi
  • 23-09-2026, 17:42
    Zəfərə aparan yolun başlanğıcı
  • 23-09-2026, 17:39
    Qeyri-neft sektorunun inkişafında yeni sənaye mərhələsi
  • 23-09-2026, 17:35
    Anım Günü – Vətən uğrunda göstərilən fədakarlığın əbədi yaddaşı
  • 23-09-2026, 17:19
    27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əbədi yaşatdığı Vətən sevgisi
  • 22-09-2026, 14:32
    Türk Dünyasında Yeni Əməkdaşlıq Mərhələsi: Birlik, Təhlükəsizlik və İnkişaf
  • 22-09-2026, 14:17
    Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi
  • 22-09-2026, 14:14
    Azərbaycan Türk dövlətləri Təşkilatının ən önəmli sütunudur
  • 21-09-2026, 15:26
    Enerji və nəqliyyat dəhlizlərinin inkişafı Türk dünyasında iqtisadi inteqrasiyanı sürətləndirəcək
  • 21-09-2026, 15:19
    Türk Dövlətləri Təşkilatı beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir
  • 21-09-2026, 15:13
    Türk Dövlətləri Təşkilatında təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi qarşılıqlı etimadı daha da möhkəmləndirir
  • 21-09-2026, 14:40
    Türk Dövlətləri Təşkilatı təhlükəsizlik və əməkdaşlıq istiqamətində yeni imkanlar yaradır
  • 21-09-2026, 14:33
    Türk Dövlətləri Təşkilatında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır
  • 21-09-2026, 14:27
    Türk dünyası, İslam aləmi və Qafqaz arasında mənəvi əlaqələrin daha da möhkəmlənir
  • 18-09-2026, 12:53
    20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü
  • 18-09-2026, 12:47
    20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 18-09-2026, 12:43
    Ağdərənin yenidən dirçəlişi: tarix və müasir inkişaf
  • 18-09-2026, 12:41
    Suverenliyin Zəfəri: Qarabağdan başlayan yeni tarix
  • 18-09-2026, 12:33
    Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti
  • 18-09-2026, 12:03
    Erməni revanşistlərin quyruq acısının pərdə arxası detalları
  • 18-09-2026, 11:58
    Diplomatik səfərə qarşı kampaniya Ermənistanın sülh gündəminə ziddir
  • 17-09-2026, 14:52
    20 Sentyabr - Dövlət Suverenliyi Günü və otuz illik həsrətin şanlı sonu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə