• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

"Şah mat" - HEKAYƏ

Art

27-01-2026, 15:14
"Şah mat" -

Onews.az yazıçı Tural Turanın "Şah mat" hekayəsini təqdim edir:

***
Şah mat

(hekayə)

O boyda Qarabaldırda Qançır Söyün bircə onu satın ala bilməmişdi. Nə illah eləmişdisə əyilməmişdi, sınmamışdı.

Əslində Söyün onun bütün müqəddəslərini əlindən almışdı. Sevdiyi qızı oğluna qaçırmışdı. Atası Daşqın kişini məcbur etmişdi ki, oğlunun çox sevdiyi ağyanal madyanını çox ucuz qiymətə ona satsın və istəyinə yetmişdi. Sonevlikdə - biz tərəflərdə qəbristanlığa deyilir - xəstə anasının çəpərlənmiş qəbir yerinə gecə ikən aparıb öz arvadını dəfn eləmişdi.

Bunlar azmış kimi parlament seçkilərində namizəd olarkən rəqibinin saxta yolla seçilməsi üçün məntəqə seçki komissiyalarındakı orta məktəb müəllimlərini pulla, hədə-qorxu ilə ələ almışdı. Doğma kəndində hakim partiyanın namizədinə məğlub olması üçün əlindən gələni əsirgəməmişdi.

Çayçı Qorxmazın çay komasında bu gün baş verənlər yəqin ki, Qançırın Carçı Temirə qarşı son həmləsi idi, amma bu dəfə də alınmadı.
Qançır Söyün Qarabaldırın “şah”ı sayılır, on iki min qoyunu, yüzə qədər naxırı, on-on iki atı, eşşəyi... Oğlunun biri bələdiyyə sədridir, o biri də icra nümayəndəsi, qızını da məktəb direktoru keçirmək istəyir. İcra başçıları məclisinin başında, deputatlar elçi daşında oturur.

Carçı Temir ölkədə söz azadlığının, mətbuatın boğulduğu bir zamanda Bakı kimi yerdə dik dayanmağı bacaran jurnalistlərdəndi. O, hakim diktaturaya satılmayan tək-tük imzalardandır. Kasıb ailənin daxmasından çıxıb. Örüşlərdə qoyun otara-otara universitetə hazırlaşıb. O zamanlar üçün yüksək balla universitetə qəbul olub.

Temirin atası İlxı Daşqın babasından qalma ilxı damında cins atlar yetişdirib satan, ailəsini at nəfəsi dolandıran kəndin tək ilxıçısıdır. İlxıçılıq onun soy-kök işidir.

Daşqın kişinin ulu babası Çal Buyrac yüz-yüz əlli il əvvəl Qarabaldırın, adlı-sanlı kişilərindən, həm də ilxı bəyi olub. Tufanası dağılmış çəkic-oraq hökuməti onun da var-dövlətini əlindən alır, özünün də qoluna qandal vurub Sibirə göndərir.

Qançır Söyünün ulu babası Qarabaldıra tumançaq gəlmiş Cavıldaq Mürşüd elə bizim Carçı Temirin Buyrac bəyin nökəri olub. Çal Buyracı sovet hökumətinə satan da elə Cavıldaq imiş... Elə o vaxtdan Buyrac bəylə nökər Mürşüdün nəvələri arasındakı ixtilaf bitib-tükənmir.
O gündən Çal Buyracın törəmələrinin dönəlgəsi, nökər Mürşüdün belindən gələnlərin də künəlgəsi dönür...

Sürgündən heç bir ay keçməmiş sovet hökuməti Buyrac bəyin qışlağını kolxozun fermasına çevirir, evini də nökər Mürşüdə mükafat verirlər. Sovetlər dağılana qədər baba ocağı Mürşüdgildə qalır. Sonra Çal Daşqın ora-bura yaza-yaza Buyrac bəyin qışlağını Mürşüdün oğlu Söyündən geri alır. Bu hadisədən sonra Qançır Söyün Buyraclıların hamısına qənim kəsilir...

...Bu gün səhəri Carçı Temirin telefon zənginə açmışam.
-Hardasan, a qıvlasız? Diləhli gündə adam bu qədərmi yatar? Dur gəl, çay komasının ağzında səni gözləyirəm... Dur gəl, nərdləşək...
Şalvar-köynəyi əynimə keçirib, ağzıma bir kömbə atıb aşağı düşdüm.

Temir yenə də ilaxır çərşənbədə atasıgillə bayramlaşmağa gəlib. On bir il bir sinifdə oxumuşuq. Mənə nərd oynamağı da o öyrədib. Hər dəfə gələndə qoltuğuma iki tas verib evə göndərir.

Çayçı Qorxmazın çay komasının qapısını açıb boğanaq otağa girəndə ikimizin də gözümüz alacalandı.
Elə həmin an Temir qağamın beynindən keçən cingiltili küyləri, gözünün önündən keçən anlıq kadrları eşidə, görə bilirdim:
Birinci kadr:
-Eşitdim, oğlunun Bakıya getməyə yolpulusu yoxdur, ağyanal madyanına əlli manat verirəm, çölə-düzə düşmə, ay Daşqın...
İkinci kadr:
-Ulduzun gözəlliyi kasıb komasında sönməsin, Alpı kişi, qızını oğluma verməsən, illah özüm qaçıracam haa...

Üçüncü kadr:

-Sənin anan hələ yatır, bizim arvad daha tez öldü, ona görə də çəpərlədiyin yerdə bizim arvadı basdırdıq, a Daşqın...
Temirin gözünün önündən keçən anlıq dumanlar çəkildi... Sanki yarıqaranlıq otağın da havasızlıqdan başı hərlənməyə başladı...
Qançır Söyün də başının yaltaq-yalaxa dəstəsi ilə orada idi. Bizi görən kimi üzünü turşutdu.

Carçı Temir bir az hündür səslə işığın qaranlıqla qaçma-tutma oynadığı otaqdakılarla bayramlaşdı, hörmətini saxladığı ağsaqqallarla hal-əhval tutdu. Amma sağ əlini Qançır Temirin stoluna tərəf uzatmadı.

Nərd rəfindən bir nərd-taxta götürüb pəncərə tərəfdə əyləşdik. Yarım saat keçmədi ki, iki mars, üç oyunla iki tası qoltuğuma verdi. İki dəmlik çayın pulunu cibindən çıxaranda əlindən tutdum ki, bu dəfə mənlikdi, yenə də icazə vermədi:

-Mənə baxma, sən evli adamsan, balacaya əmisinin adından bir kökədən-kömbədən alarsan...

Birdən Qançır Söyünün cingiltili səsi otağın pəncərələrini döyəcələdi:
-Ayə, a Temir, gəl bir tas da mənimlə nərd ataq, udsan sənə də, dədənə də bir dəst kostyum alacam.

Carçı sağ gözünü qıyıb Qançıra zillədi, sonra dodaqlarına təbəssüm qondu:
- Qançır Söyün, nəinki özümə, hətta bütün külfətinə kostyum alacaq qədər imkanım var. Sənin aldığın kostyum bədənimə dar gələr. Haram pulla alınan ölçüsü gödək olar, unutma...

Qançır Söyünün qırmızı üzü yenə də qançıra döndü. Həmişə əsəbiləşəndə, özündən çıxanda belə olur:
- A gədə, deməli, icra başçısı Paşa müəllim səni də satın aldı hə? Sənə demişdim axı, onun pulunun qarşısında nə yerdəkilər, nə də göydəkilər duruş gətirər...

Carçı Temir bu dəfə şaqqanaq çəkdi:

- Ayə, gədə sənin Mürşüd babandı. Nəinki icra başçısı, heç sənin prezidentin də on beş ildir mənim iradəmi sındıra bilməyib. Ona görə məni sındırmaq sevdandan əl çək, genində bəylik olanın, gönünə nökər palçığı bulaşmaz.
Qançır Söyün Temirdən bu cavabı gözləmirdi. Hiddətindən ağzı köpüklənirdi. Ağzının suyunu kostyumunun qoluna çəkə-çəkə yenə dilini dinc qoymadı:

- Deyəsən, çox pullanmısan, məni də satın ala bilərsən? – Qançır dilləndi.
Qançırın bu atmacasına yanındakı yalaxalarının hamısı irişməyə başladı.

Carçı Temir bığaltı gülümsünüb – almağa gücüm çatar deyib, cibindəki əllilikləri, yüzlükləri çıxardı.
- Elə bu? – Qançır Söyün dilləndi.

Temir gülümsəyə-gülümsəyə üzünü Qəssab İrqaşa çevirdi:

-İrqaş əmi, Söyünün çəkisi nə qədər olar?
Qəssab İrqaş bir anlıq duruxdu, sonra Qançırı gözucu süzüb – hardasa 80-85 kilo – dedi.

Temir bu dəfə Qəssaba ikinci sualı ünvanladı:

-Bəs qoyun ətinin kilosu?
-Burada 10-11 manatdı, qardaşoğlu...
Temir ağır addımlarla oturduğumuz stoldan qalxdı. Qançırgilin masasına yaxınlaşdı:

-Bir aylıq maaşımdan qalan budur, burada 850 manat var. Səksən beş kilololuq qoyunun puludur, get yiyəni çağır gəlsin, əl sıxışaq...

Ortalığa dərin səssizlik çökdü. Carçı Temirin sonuncu gedişi o boyda Qarabaldırın “şah”ını mat eləmişdi.
Qançır Söyün bu gün şər basana qədər həmin çay komasından çıxmadı.

İyul 2020, Şəmkir

Tural Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Siyasət

2-08-2024, 01:37

Onları yeni parlamentdə görə bilməyəcəyik - SİYAHI

Siyasət / Təhsil

25-10-2024, 12:15

Türk kinosuna 3 ilk yaşadan, qızı Londonda itkin düşən, kino şirkəti bir gecədə kül olan aktrisa: O, kimdir?

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • Dünən, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • Dünən, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
  • 29-07-2026, 16:18
    1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli - Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının
  • 29-07-2026, 15:49
    Azərbaycan dilinin və əlifbasının dünəni, bugünü və gələcəyi.
  • 29-07-2026, 15:30
    Azərbaycan dili milli birliyimizin və mənəvi irsimizin təməlidir
  • 29-07-2026, 15:13
    Ana dilimiz milli varlığımızın ifadəsidir
  • 29-07-2026, 15:08
    Ana dilimizə hörmət - gələcəyimizə qoyulan ən dəyərli töhfə
  • 28-07-2026, 23:22
    Əlifba – Millətin Yaddaşı Dilin Gücü və Müstəqilliyin Rəmzi
  • 28-07-2026, 20:32
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili: Milli kimliyimizin ən dəyərli xəzinəsi
  • 28-07-2026, 14:41
    Görünməz Dünyanın Qəzəbi: Bakteriyalar və İnsan Enerjisi...
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
  • 23-07-2026, 22:45
    Azərbaycan Qərbə işıq saçır: Bakı-Berlin əməkdaşlığı daha da dərinləşir
  • 23-07-2026, 22:44
    Azərbaycan–Almaniya münasibətlərində etibarlı tərəfdaşlığın yeni mərhələsi
  • 23-07-2026, 22:42
    Azərbaycan və Almaniya Münasibətlərində Yeni Səhifə: Strateji Tərəfdaşlıq və Gələcəyə Baxış
  • 22-07-2026, 11:43
    Şəhərin iki üzü: Ziddiyyətlər içində yaşayan tənhalıq
  • 20-07-2026, 17:27
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 20-07-2026, 17:23
    Dövlətçilik və medianın strateji birliyi
  • 20-07-2026, 17:21
    Milli Mətbuat Günü – Həqiqətin işığında keçilən yol
  • 20-07-2026, 17:19
    22 İyul – Milli Mətbuat Günü: Güclü dövlətin inkişafında məsuliyyətli medianın rolu
  • 20-07-2026, 17:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 20-07-2026, 17:15
    Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir
  • 20-07-2026, 17:13
    Milli mətbuatımız: 150 illik bir yolun məsuliyyəti və gələcəyə baxış
  • 20-07-2026, 17:11
    Slovakiya – Azərbaycan əlaqələri: Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələsi
  • 20-07-2026, 17:04
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə