• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Türk kinosuna 3 ilk yaşadan, qızı Londonda itkin düşən, kino şirkəti bir gecədə kül olan aktrisa: O, kimdir?

Siyasət / Təhsil

25-10-2024, 12:15


O, Türkiyə kinosunun ilk qadın aktrisası kimi adını tarixə yazdırmağı bacarır.

Türk kinosunun ilk qadın kinorejossoru da həmz bu xanımdır.

Qardaş ölkənin film tarixində ilk qadın film prodüsseri də məhz odur.
Bütün Türkiyənin dilləri əzbəri olan bu xanımın ailə həyatı uğursuz olur.

Daha sonra min bir əziyyətlə qurduğu film şirkəti bir gecədə yanaraq külə dönür.
Ard-arda keçirdiyi sarsıntılardan sonra psixi durumu sözünə baxmır.
Ömrünü İstanbul küçələrində “bomj” kimi başa vurur.

Onews.az-ın araşdırmasına görə, söhbət Türkiyə mədəniyyət tarixinə adını qızıl hərflərlə yazdırmış Cahidə Sonkudan gedir.

Əsl adı Cahidə Sərab olan bu aktrisa 27 dekabr 1919-cu ildə Yəməndə anadan olur.
Həmin vaxt Yəmən Osmanlı dövlətinin bir əyaləti idi.
Atası Osmanlı dövlətində baş leytenant, babası isə Osmanlının əyalət paşası sayılırdı.
Cahidə xanım Hələ uşaq vaxtlarından sənətə həvəsli olur.

Əvvəl xalq evlərində, sonra isə İstanbul şəhər teatrında fəaliyyət göstərir.
Epizodik rollarda çıxış edir.

Uilyam Şekspir, Lev Tolstoy, Anton Çexov kimi məşhur yazıçıların əsərlərinin səhnə quruluşunda rol alır.
1933-cü ildə rejissor Muhsin Ərtoğrulun "Yeddi kəndin Zeynəbi" tamaşasındakı rolu ilə özünün nəyə qadir olduğunu göstərə bilir.
Ərtoğrul gənc qızın potensial imkanlarını qiymətləndirərək, onu filmdə çəkilməyə dəvət edir.

Elə həmin il ekranlara çıxan "Söz bir, Allah bir" filmində rol alan bu sarışın aktrisa kinoda ilk addımını atır.
Onun ilk rolundan razı qalan rejissor Muhsin Ərtoğrul tezliklə Cahidəni daha bir filmə dəvət edir.
1934-cü ildə türk kino tarixində kənd mövzusunda çəkilmiş ilk kino lenti kimi tanınan "Bataqlı damın qızı Aysel" filmində rol alır.

Bu filmdəki istredadı ilə aktrisa tamaşaçıların sonsuz sevgisini qazanır.

Özünü kinorejissorluqda da sınayan Cahidə "Fədakar ana" filmi ilə adını türk kino tarixinə ölkənin ilk qadın kinorejissoru kimi yazdırır.

Qazandığı uğurlardan ruhlanan Cahidə 1950-ci ildə "Sonkufilm" şirkətini yaradır.
Keçmiş həyat yoldaşı Tələt Artemel və Sami Ayanoğlu ilə birlikdə "Vətən və Namik Kamal" filmini ekranlaşdırır.
1951-ci ildə "Ulduz" jurnalının keçirdiyi müsabiqədə həmin əsər "Ən yaxşı film", Cahidə isə "Ən yaxşı aktrisa" seçilir.

1953-cü ildə çəkilən "Gözlənilən mahnı" filminin rejissoru da Cahidə özü olur.

Filmdə Cahidə Sonku müğənni Zəki Mürənlə çəkilir.
Həmin vaxtlar sənətdə ilk addımlarını atan, hələ tanınmayan gənc tələbə Zəkini baş rola Cahidə özü dəvət etmişdi.
Hər iki sənətkarın oyunu uğurlu alınır.

Onlar öz oyunlarıyla bir-birlərini tamamlaya bilirlər.
Bu film Zəki Mürənin yaradıcılığında şöhrətə aparan yolun davamı, Cahidə Sonkunun həyatında isə sonun başlanğıcı idi.

Qızı Ender uzun illər Londonda yaşamışdı.
Lakin imkansızlıq üzündən təhsilini bitirə bilməmişdi.

Aktrisanın qızı bir müddət ucuz restoranlarda işləyir, daha sonra isə itkin düşür.
Ailə həyatındakı uğursuzluqları və "Sonkufilm" şirkətinin külə dönməsi Cahidənin həyatını dəyişdirir.

Depressiyaya düşən Cahidənin içkiyə aludəçiliyi onu yavaş-yavaş sevdiyi işindən ayırırdı.
Ömrünü İstanbul küçələrində səfil bir qadın olaraq başa vurur.
O, 18 mart 1981-ci ildə, 64 yaşında ikən vəfat edir.

Tural Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

11-10-2024, 11:05

Şərabı şərab edən 4 əsas amil - FAKTLAR

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

15-10-2024, 13:08

Atatürkü heyran qoyan azərbaycanlı xanım kimdir?

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Təhsil

15-09-2024, 17:00

Fransa prezidentini heyran edən azərbaycanlı: O, kimdir?

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 5-11-2026, 15:55
    “Qarabağda yüksələn Zəfər səsi Azərbaycanın gələcəyə inamıdır!”
  • 5-11-2026, 15:51
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • 5-11-2026, 15:48
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • 5-11-2026, 15:41
    Zəfər qürur mənbəyimiz və nə yeni tariximizdir
  • 5-11-2026, 15:22
    Zəfərə gedən yol Ali baş komandan prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin nəticəsidir.
  • 5-11-2026, 15:13
    Zəfərin səsi - Qürur günümüz
  • 5-11-2026, 14:56
    8 Noyabr – Şuşa Şəhəri Günü
  • 4-11-2026, 14:17
    8 Noyabr – Zəfər Günü: Qürurumuz, fəxrimiz və tariximizin şanlı səhifəsi
  • 4-11-2026, 14:06
    Şuşa Zəfərini doğuran amillər sırasında güclü dövlət quruculuğu xüsusi yer tutur.
  • 4-11-2026, 14:02
    ZƏFƏR GÜNÜ – QÜRURUMUZ, MİLLİ İRADƏMİZ VƏ ƏBƏDİ TARİXİMİZ
  • 4-11-2026, 13:56
    Şuşa milli qürurumuzun və tarixi zəfərimizin rəmzidir
  • 4-11-2026, 13:54
    Şanlı Zəfərimizdən 6 il ötür: 8 Noyabr Zəfər Gününə gedən 30 illik və 44 günlük yol…
  • 3-11-2026, 16:44
    28 illik qaranlıq həsrətin sonu: 8 Noyabr Şuşa şəhəri Günüdür…
  • 3-11-2026, 16:42
    8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
  • 3-11-2026, 16:40
    8 Noyabr – Şuşa şəhəri günü: Tarixi qələbənin, milli qürurun və mədəniyyətimizin təntənəsi
  • 3-11-2026, 14:37
    Şuşa – Azərbaycanın milli qürurunun və tarixi Zəfərinin rəmzi
  • 3-11-2026, 14:35
    8 Noyabr – Azərbaycan xalqının tarixi Zəfərinin və milli qürurunun təntənəsi
  • 3-11-2026, 14:28
    8 Noyabr – Xalqımızın dəmir yumruq kimi birləşərək tarix yazdığı gün
  • 3-11-2026, 14:24
    Şuşa – Azərbaycan mədəniyyətinin beşiyi və gələcəyə açılan inkişaf yolu
  • 3-11-2026, 14:22
    8 Noyabr Zəfər Günü – Azərbaycanın şanlı tarixinin yeni səhifəsi
  • 3-11-2026, 14:17
    8 Noyabr – Zəfər Günü: Bir Millətin Qürur Səhifəsi
  • 3-11-2026, 14:12
    8 Noyabr – Şuşa şəhəri günü: Qürurumuzun, tariximizin və gələcəyimizin ünvanı
  • 3-11-2026, 14:09
    Zəfər Günü – milli birliyimizin, qəhrəmanlığımızın və dövlətçilik iradəmizin rəmzi
  • 3-11-2026, 14:04
    Şuşanın azadlığı – Azərbaycan dövlətinin qətiyyətinin və xalqımızın birliyinin təntənəsi
  • 3-11-2026, 14:01
    Prezidentdən dünyaya qəti və birmənalı mesaj
  • 3-11-2026, 13:56
    Şuşa – milli yaddaşımızın və dövlətçilik tariximizin zirvəsidir
  • 2-11-2026, 15:23
    Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.
  • 2-11-2026, 15:21
    Azərbaycan Sivilizasiyalararası dialoq körpüsü
  • 30-10-2026, 15:33
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:23
    2026-cı il oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 29-10-2026, 14:15
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:13
    Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir
  • 29-10-2026, 14:06
    Multikultural dəyərlər Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əsasını təşkil edir
  • 29-10-2026, 14:03
    Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin və qarşılıqlı anlaşmanın əsası
  • 29-10-2026, 14:01
    Ortaq gələcək naminə dialoq Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı:
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə