• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Paşa Talıblı: "Cəzamdı bir uzun gecənin altı... "

Art

28-01-2026, 07:44
Paşa Talıblı: "Cəzamdı bir uzun gecənin altı... "

Onews.az şair Paşa Talıblının yeni şeirlərini təqdim edir:


Bu payız hicrətdə qaldım...

... hansı suyu xatırlayım,
yadıma bərə düşməsin.
Necə tutum bu dünyanı,
əlimdən yerə düşməsin...

... gülü görüm güllələnsin,
gülü gillə qarışdırdım.
Yanmaq məni kül elədi,
odu küllə qarışdırdım.

Əlnən tutulmur qəriblik,
dilnən deyilmir heç dərd də!..
... dağdöşü, dağdibi uzaq,
qaldım bu payız hicrətdə.

Necə tutum, dağılmasın...
Ucu bir qulac... altı nə?
Hara qoyum bu dünyanı?
Sığarmı ağac altına?..


Peyğəmbərçiçəyi...

Bu da peyğəmbərçiçəyi...
... qəmər, günün gerçəyini -
dərib sənə göndərirəm
güllərin ən göyçəyini.

Yoldumu - ağarır, qəmər?
O nədi qızır... dandımı?
Səni saxlayan göylərin
dirəyi qızıldandımı?..

Suyu da qızıldandımı?
Sən çəkən arxa su gəlir...
... əzabdı arxa dönənim,
min ildi arxası gəlir.

Bu da qızıl mədənləri...
Mədəni tədarükmü var?
... bilməmişəm, bəxtəvərəm,
sevgidən ağır yükmü var?

Lap "Gülüstani-İrəm" olsun,
gül varmı, gündə dərilən?
Bir peyğəmbərçiçəyi var,
dərib sənə göndərirəm!


Adsız məbəddəki şam...

Mənim dostum gecə, düşmənim gecə!
Dərdi lağım-lağım atıram, ay dost!
Üfürsən yıxılan filfilə cannan
gecə ayaqüstdə yatıram, ay dost!

Adsız məbəddəki şam da yiyəsiz...
Birdən xatırladım... altdan keç indi!
Üstündə tanrısız Tanrılar gəzir,
gecələrin altı kimin üçündü?

Adlı gecələrdən keçib gedirəm...
Bax, bu gecənin də keçəni atlı!
Gecəqondularda şer yazıram,
cəzamdı bir uzun gecənin altı!

Budu... altı boşdu bu gecənin də -
nə bir ölü vətən, nə bir yol keçən!
Lağım-lağım oldum, atıldım, ay dost,
mənim dostum gecə, düşmənim gecə!..


İnvizaya çatdım...

Bir ixlasa, eşqə vardım,
dəryaları daşan gördüm.
Az yürüdüm, ya gec gəldim?
Halımı pərişan gördüm...

... üçə... beşə - saya çatdım;
vaxtı saya-saya çatdım!..
Gəldim invizaya çatdım,
ac könlümü şan-şan gördüm...

Yolçu yoxsa, yol olamaz...
... sağ olmasa sol olamaz!
... şah doğulan qul olamaz,
sultanıymış Paşam gördüm.


Payız rəngində od...

... qanadsız uçmaq olsaydı,
bir qanadlı quş olmazdı.
... divarları daş olmasa
qəsrlər də boş olmazdı.

... ağaclar yürüyə bilsə
yol olardılar, ağac yox.
... ümid var yara sağalsın,
unudulmağa əlac yox.

Nə yaxşı ömür var hələ...
Payız rəngində od durur.
Bu yağan yağışlar mənə
göy üzünü unutdurur...

Paşa Talıblı

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Art

28-01-2026, 07:42

Paşa Talıblı: "Cəzamdı bir uzun gecənin altı... "

Siyasət

15-10-2024, 11:00

"Uduzdum qara sevdama..." - Paşa Talıblı

Araşdırma

13-10-2024, 17:17

Paşa Talıblı: “Məndən Hadi olmaz, qəbrim var mənim...”

Araşdırma

16-09-2024, 22:00

“Göy üzündən qorxar ovcun...” — Paşa Talıblı

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • 20-07-2026, 17:27
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 20-07-2026, 17:23
    Dövlətçilik və medianın strateji birliyi
  • 20-07-2026, 17:21
    Milli Mətbuat Günü – Həqiqətin işığında keçilən yol
  • 20-07-2026, 17:19
    22 İyul – Milli Mətbuat Günü: Güclü dövlətin inkişafında məsuliyyətli medianın rolu
  • 20-07-2026, 17:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 20-07-2026, 17:15
    Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir
  • 20-07-2026, 17:13
    Milli mətbuatımız: 150 illik bir yolun məsuliyyəti və gələcəyə baxış
  • 20-07-2026, 17:11
    Slovakiya – Azərbaycan əlaqələri: Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələsi
  • 20-07-2026, 17:04
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 19-07-2026, 20:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 19-07-2026, 20:15
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 17-07-2026, 20:45
    Azərbaycan–Slovakiya münasibətləri: etibarlı tərəfdaşlıq iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır
  • 17-07-2026, 20:39
    Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ: Qarabağda qurulan körpülər və gələcəyə baxış
  • 17-07-2026, 20:37
    Şuşadan dünyaya verilən əsas mesaj da məhz budur:
  • 17-07-2026, 20:29
    REZİDENT İLHAM ƏLİYEVİN 14 İYUL ŞUŞA BƏYANATINDA SLOVAKİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN YENİ MƏRHƏLƏSİ
  • 16-07-2026, 16:35
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 16-07-2026, 16:30
    Qarabağdan Qərbə uzanan dostluq körpüsü: Azərbaycan Slovakiya əlaqələri yeni mərhələyə qədəm qoyur
  • 16-07-2026, 10:48
    Şuşadan dünyaya verilən strateji mesajlar: cənab Prezident İlham Əliyevin IV Qlobal Media Forumundakı çıxışı yeni geosiyasi reallıqların siyasi manifesti kimi
  • 16-07-2026, 10:45
    IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın dünyaya təqdim etdiyi yeni reallıqlar
  • 15-07-2026, 14:03
    Azərbaycan-Slovakiya tərəfdaşlığı: dostluqdan strateji əməkdaşlığa
  • 15-07-2026, 13:47
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 15-07-2026, 13:44
    Slovakiya–Azərbaycan münasibətlərinin inkişafı və Qarabağın bərpasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti
  • 15-07-2026, 00:22
    Şuşa Qlobal Media Forumu: Etimadın Bərpası Missiyası
  • 14-07-2026, 23:43
    IV Şuşa Qlobal Media Forumu: İqtisadi sabitliyin görünən və görünməyən tərəfləri
  • 14-07-2026, 23:31
    IV Şuşa Qlobal Media Forumu – Azərbaycanın qlobal informasiya məkanında artan nüfuzu və Prezident İlham Əliyevin mühüm mesajları
  • 14-07-2026, 23:27
    IV Şuşa Qlobal Media Forumu Azərbaycanın yaxın onilliklər üçün xarici siyasət fəlsəfəsinin konseptual xəritəsidir
  • 14-07-2026, 23:24
    Şuşadan yüksələn diplomatiya
  • 14-07-2026, 23:19
    IV Şuşa Qlobal Media Forumu – Həqiqətin səsi, sülhün və etimadın gücləndirilməsi naminə mühüm platforma
  • 14-07-2026, 23:11
    IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin mesajlarında sülh, enerji təhlükəsizliyi və informasiya mühiti ön planda
  • 14-07-2026, 23:02
    Şuşa Qlobal Media Forumu: Həqiqətin səsi, gəncliyin baxışı və medianın yeni missiyası
  • 14-07-2026, 22:58
    Azərbaycanın beynəlxalq nüfuz davamlı şəkildə güclənir
  • 14-07-2026, 22:54
    V Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qlobal baxışı
  • 14-07-2026, 22:50
    14 iyul: Yüksəlişin başlanğıcı, arxalardan ön sıralara sürətli sıçrayış
  • 14-07-2026, 22:47
    IV Şuşa Qlobal Media Forumu: Sülhə və Həqiqətə aparan yol
  • 7-07-2026, 23:17
    Cənubi Qafqazın yeni geosiyasi reallığı: Bakı-Brüssel tərəfdaşlığında strateji dönüş nöqtəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə