• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Modern özbək poeziyasının yeni Cahangiri - Tural Turan YAZIR

Art

8-01-2025, 13:15
Modern özbək poeziyasının yeni Cahangiri -

Modern özbək ədəbiyyatı hazırda özünün qızıl dövrünü yaşayır.

Özbəkistan 1991-ci ildə özgürlüyünə qovuşduqdan sonra qardaş ölkədə ədəbiyyat və mədəniyyət sürətlə inkişaf etməyə başladı.

Qərb və Şərq ədəbi ənənələri burada özünəməxsus şəkildə çuğlaşdı, qucaqlaşdı.

Hazırda Özbəkistan Orta Asiyanın ədəbiyyat və mədəniyyət mərkəzinə çevrilməkdədir. Qardaş ölkə son otuz ildə bu sahədə iri addımlarla irəliləməkdədir.

Şübhəsiz ki, müasir Özbəkistan poeziyası və nəsri bu sürətli irəliləyişə görə, müstəqillik dövrü gənclərinə, yazarlarına borcludur. Çünki müstəqillik illərində yetişən gənc nəsil çoxəsirlik özbək poeziya və ədəbi ənənələrinə söykənərək yeni yüz ildə özünəxas uğurlu cığır aça bildi.
Son otuz ildə modern özbək ədəbiyyatında bir sıra uğurlu imzaların ulduzları parlamağa başladı. Onlardan biri də heç şübhəsiz ki, Cahangir Namazovdur. Namanqanda doğulan 26 yaşlı bu gənc kifayət qədər fəaldır. Artıq öz fəallığı və açılımı ilə dünya ədəbiyyatının qapısını döyməyə başlayıb.

O, uğurlu yol tutaraq öz yaradıcılıq potensialını bütün dünya ilə tanış etmək istəyir. Bir çox ölkələrin ədəbi təşkilatlarında təmsil olunur. Şeirləri, düzgüləri bir çox xalqların dilinə çevrilib. Dərgilərdə, toplularda nəşr edilib.

Cahangir Namazovun şeirləri ilə hələ bir neçə il öncədən tanışam. Onun haqqında çalışdığım “Türküstan” qəzetində də tanıtım məqaləsi dərc etmişdim. Azərbaycan ədəbiyyatına dərindən maraq göstərən bu gənc özbək qardaşım buradakı türk oxuculara da tanışdır.

Onun poeziyasında da Şərqlə Qərb elementləri iç-içədir. Cahangirin poeziyasında qədim Şərq və özbək poeziyasının izləri qalın xətlə keçir. Lirik poetik düşüncələr o qədər həssaslıqla işlənib ki, kövrək notları elə ilk misralardan duyursan.

Cahangirin şeirlərində həm də işıqlı sabahlara böyük ümidlər var. Sevginin dili olmadığı kimi, onun kövrək hislərinin də dili yoxdur. O, dünyanın rənglərini öz rəngləri hesab edir, ona görə də milli olduğu qədər də bəşəri şairdir.

Cahangirin sevgi şeirlərinin özünəxaslığının əsas göstəricilərindən biri də xaotikliyidir. Bu dağınıq fikirlər, düşüncələr burulğanında çırpınan poetika heç bir yaradıcılıq izinə bənzəmir.

Əlinizdə tutduğunuz bu kitab şair Cahangir Namazovun Azərbaycan dilində oxucuları ilə görüşdüyü ilk bitikdir. Ümid edirəm ki, bu kitab Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında mühüm töhfə olacaq.

Ona dünya ədəbiyyatını fəth etməyi arzulayıram. O, çoxəsirlik özbək poeziya ənənələrinə sadiq qalaraq və yenilikçi düşüncələrinə çağdaş poetik elementləri əlavə edərək bu istəyini gerçəkləşdirə biləcək. Ən əsası, modern özbək poeziyanın fatehi tituluna yiyələnərək dünya ədəbiyyatının min illik Cahangirinə çevriləcək...

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Təhsil

23-10-2024, 10:08

“Huawei” bu tarixdə yeni inqilab edəcək

Siyasət

24-10-2024, 21:00

Ən qaranlıq anlarda ümid manifesti - Həmid Şehanegi YAZIR

Siyasət

24-05-2024, 13:39

Əliyev-Rəhmon görüşünün PƏRDƏARXASI: Azərbaycan bu ölkə üçün nələr edə bilər?

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 18-08-2026, 13:01
    Ruhun dövrdəki mənəvi çöküşü - Tural İbrahimov YAZIR
  • 13-08-2026, 16:02
    Naxçıvanın yeni inkişaf səhifəsi: Gənclərin gözü ilə parlaq sabahımız
  • 13-08-2026, 15:18
    Naxçıvan: uzaqgörən siyasətin və davamlı inkişafın diyarı
  • 13-08-2026, 14:39
    Naxçıvanın davamlı inkişafı və güclənən strateji əhəmiyyəti
  • 13-08-2026, 14:29
    Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mövqeyi möhkəmlənir
  • 13-08-2026, 14:24
    Prezident İlham Əliyevin Naxçıvana səfəri və Naxçıvanın inkişaf perspektivləri
  • 10-08-2026, 16:48
    COO platformasına “Startap” şəhadətnaməsi verilib
  • 6-08-2026, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 5-08-2026, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
  • 29-07-2026, 16:18
    1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli - Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının
  • 29-07-2026, 15:49
    Azərbaycan dilinin və əlifbasının dünəni, bugünü və gələcəyi.
  • 29-07-2026, 15:30
    Azərbaycan dili milli birliyimizin və mənəvi irsimizin təməlidir
  • 29-07-2026, 15:13
    Ana dilimiz milli varlığımızın ifadəsidir
  • 29-07-2026, 15:08
    Ana dilimizə hörmət - gələcəyimizə qoyulan ən dəyərli töhfə
  • 28-07-2026, 23:22
    Əlifba – Millətin Yaddaşı Dilin Gücü və Müstəqilliyin Rəmzi
  • 28-07-2026, 20:32
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili: Milli kimliyimizin ən dəyərli xəzinəsi
  • 28-07-2026, 14:41
    Görünməz Dünyanın Qəzəbi: Bakteriyalar və İnsan Enerjisi...
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə