• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Xalid Kazımlının baxışının, Ramiz Rövşən poeziyasının “uzaq doqquzluğ”una...

Siyasət

2-02-2026, 16:01
Xalid Kazımlının baxışının, Ramiz Rövşən poeziyasının “uzaq doqquzluğ”una...


Bismilləhir-Rəhmanir-Rəhim!
İlk yaradılan qələmin adı ilə oxu!


Adətən həftə sonları internetdən kənarda olmağı üstün tuturam. Aradabir ölkənin aparıcı media resurslarında burada və dünyada baş verən hadisələrdən yoğrulan xəbərlərə göz gəzdirirəm. Sonra yenə sosial-məişət qayğılarımın arxasınca düşürəm. Doğrusu, Xalid bəy Kazımlının “Baş şair postuna hücumlar – Ramiz Rövşəndən nə istəyirlər?” başlıqlı yazısını da buna görə oxuya bilməmişəm. Üstəlik, “Yeni Müsavat”ın sıx intervalla izlədiyim media resursları arasında olmaması da bu yazıdan indicə xəbər tutmağıma səbəb olub.

Xalid bəyin yazısını oxudum. Qələmini sarı simdə kökləyərək nostalji bir giriş verib. Əziyyət çəkib, gülləndirə-gülləndirə, möhürləndirə-möhürləndirə bir yazı yazıb. Əziyyəti üçün təşəkkürü özümə borc bilirəm.

Yazının girişindən anladım ki, R.Rövşənin X.Kazımlı üçün xüsusi yeri var. Görünür, Ramiz əfəndi Xalid bəyin gənclik illərinin şairidir və onun yaradıcılığı haqqında hansısa fərqli fikir bildirməyi, mövqe sərgiləməyi ürəyi götürmür. Təbii ki, başadüşüləndir. Amma Xalid bəyin yazısı peşəkar filoloq yox, peşəkar jurnalist yazısıdır.

Mən də həmkarıma elə qarışıq üslubda, bir az filoloji, bir az pulblisistik, “jurjob” səpkili bir cavab vermək istəyirəm.

İstəkli Xalid bəy!

Öncəliklə bildirmək istəyirəm ki, mənim heç kimin xəttini gödəltmək niyyətim və məramım yoxdur. Məşhurluq sevdasında da deyiləm. 2006-cı ildən aktiv sosial şəbəkə istifadəçisiyəm. İstəsəydim, indiyə qədər milyonlarla oxucu yığardım. Amma mən Ramiz Rövşən kimi kütlənin şairi deyiləm və olmaq da istəmirəm. Bəndəniz şeirlərini gələcəyə tutub yazan imzadır. O ki, qaldı Ramiz Rövşəndən yaxşı yazmaq məsələsinə, düşünürəm ki, ondan və elə hər kəsdən yaxşı yazıram. Əgər belə düşünməsəm, əlimə qələm ala bilmərəm. İnsan birinclik dura-dura özünə niyə ikincilik arzulasın ki?! Çox güman ki, bütün yaradıcı adamlar belə olurlar.

Ədəbiyyatda cəsarət önəmlidir, ədalət, ətalət, kəramət, fəlakət və sair “...ət” kimi prizmalar sənət, sənətkarlıq konteksindən kənarda durur...
Səməd Vurğunu da, Mikayıl Müşfiqi də təhlil və tənqid etmək mümkündür. Ədəbi müstəvidə heç kim və heç nə toxunulmaz deyil. Nədən və necə yazmaq məsələsi istisnadır. Nəsimi, Füzulini bir kənara ataraq Ramiz Rövşəni Azərbaycan poeziyasının simvolu kimi təqdim etməyiniz isə doğrudan da təəccüb və təəssüf doğurdu.

Balaəlini Ramiz Rövşənlə müqayisə etmək qəbahətdirmi? Dahi siyasətçi Heydər Əliyevi Atatürklə, İlham Əliyevi Şah İsmayılla müqayisə edənlərin sayı da kifayət qədərdir. Yanlış müqayisələrdirmi?

...Məmməd Araz, Nüsrət Kəsəmənli və başqaları istedadlarının boyu qədər böyükdürlər.

Deyirsiniz ki, “gənc yazar Tural Turanın “Meyxanada Balaəli kimdirsə, poeziyada Ramiz Rövşən odur” deməsi ədalətsizliyin zirvəsidir”.Birincisi, məlum statusda nə Balaəlini, nə də R.Rövşəni aşağılamışam. Bu vaxta qədər heç kimin şəxsiyyətinə barmaq uzatmamışam. Ədəbi prizmadan tənqid etmişəm. Statusu doğru anlaya bilməyibsinizsə, onun günahkarı mən deyiləm.

İkincisi, Balaəli subkulturanı, Ramiz bəy isə poetik kulturanı təmsil edir. Yəni, iki fərqli istiqaməti təmsil edən, amma bərabər ölçülü şəxslərdir.
Üçüncüsü, Ramiz Rövşən mütaliənin gücünə yazan imzalardandır və ona görə də nə böyüyə, nə də dünya ədəbiyyatına düşə biləcək. Çünki ən yaxşı misralarının bir çoxunu ondan əvvəlki müəlliflər daha samballı formalarda işləyiblər.

Məsələn, Baltazar deyirdi ki, “hikkələnəndə göy üzü yağışı da, atdığımız daşı da başımıza çırpır. Düşünürəm ki, milli poeziyamızda “daş konspirasiyası”nın ən gözəl örnəyini Xalq şairi Musa Yaqub yazıb: “Bu dünyanın qara daşı göyərdi...”.

Haşa, mən Ramiz Rövşənin xarici müəlliflərdən fikir oğurladığını iddia etmirəm, təsirlənə biləcəyinə eyham vururam.

“Nə var Allahdan yuxarı, nə var qəbirdən aşağı” fəlsəfəsinin ən gözəl nümunələri Füzulidə, daha sonra ustad Şəhriyarda boy göstərir, bəy... Yəni, yeni deyil, “yenə”lərdəndir.

“Dünya mənə tanış gəlir” fikrini hələ Ramiz Rövşən dünyaya gəlməmişdən 8 il öncə dəli şair Danil Xarms «Почему мир кажется мне знакомым» şəklində işlətməmişdimi? [u][/u]

Bu kimi fikirlər təbii ki, dünya oxucusu üçün yeni ola bilməz (bizim oxuculardan fərqli olaraq)... Ona görə də biz gürcülərdən və ermənilərdən fərqli olaraq dünya ədəbiyyatına “böyük” bildiklərimizi çıxara bilmirik. Pol Valerinin “Sükutumdan ay işığı keçir” ifadəsini eşidən və oxuyan dünya oxucusu onun yanında zəif qalan Ramiz müəllimin

“Ay işığı düşdü göydən,
Canımdan - qanımdan keçdi.
Gözümün içindən keçdi,
Özümün içindən keçdi.
Keçdi,dabanımdan keçdi...

misralarına niyə heyrətlənməlidir. İndi Ramiz müəllimdən soruşsanız, bəlkə də deyəcək ki, həmin müəlliflərdən əşhədü xəbəri yoxdur. Amma əsas nəticədir, daha əvvəl yazılıb və ya deyilib...

Yazı-pozunu bilən adam kimi sizdən bir məsələni də soruşmaq istəyirəm: “Başı kəsik gözəl kötük” ifadəsi sizcə, doğru ifadədirmi? Ağac kəsilincə kötük olmurmu? Bir sözlə, Ramiz müəllimin şeirlərinin də ciddi redaktəyə ehtiyacı var.
Dördüncüsü, Emil Rasimoğlunun fikirlərinə qatılıram. Ramiz müəllim Rövşən novator deyil. Folklor ənənələrinə (Balaəli kimi subkulturaya) söykənərək şeirlərini öz səsinin sehri ilə tamaşaçıya təqdim edir.

Uğurlu bir misra tapır, sonra onun başına “ip salaraq” şeirinin sonuna qədər mətnin mərkəzi meydanında saxlayır.
Bir sözlə, Xalid bəy, bu sizin publisistik yanaşmanızdır və Ramiz Rövşən sevginizdən, təəssübkeşliyinizdən qaynaqlanan bir yazıdır.
Xalid bəy, son 30 ildə gürcülər Aka Morçiladzeni, Georgi Kekelidzeni, ermənilər isə hələ 60-70 il əvvəl Vilyam Saroyanı, Markar Melkonyanı dünya ədəbiyyatına çıxara bildilər.

Bizdən kimin adını çəkək? Çingiz Abdullayevi deyəcəksiniz, dedektivin peşəkar ədəbiyyat spektoruna aid olub-olmaması hələ də müəyyənləşməyib.
Bunları ona görə yazıram ki, əgər Ramiz Rövşən poeziyasının boyu və boyutu yüksək olsaydı, biz yox, elə dünya oxucusu onun yazdıqlarını öz dilinə çevirərdi.

Bu gedişlə biz idmanda olduğu kimi poeziya və nəsrdə də xaricdən "lipa" gətirib dünya ədəbiyyatına göndərəcəyik... Mənim davam Ramiz bəylə deyil, Xalid əfəndi... Sadaladıqlarıma ağrıyıb müqayisələr aparıram...

Gördüyüm və dediyim odur ki, Ramiz Rövşən poeziyasının "uzaq doqquzluğu" 30-40 il keçmişdə yerləşir, bəy! Siz də onu elə 30-40 il əvvəlin nostalgiyasına görə sevirsiniz...

Sevgi və istəklə Tural Turan

Təhiyyəkən lə kum və rəhmətullahi bərəkətuh!

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Köşə

7-01-2025, 16:44

Ramiz Rövşənin səsi... və ya gizli MƏĞLUBİYYƏT

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Siyasət

8-10-2024, 10:15

Türk ədəbiyyatının yeni cığırı: Murat Menteş kimdir? - DETALLAR

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • 7-07-2026, 23:17
    Cənubi Qafqazın yeni geosiyasi reallığı: Bakı-Brüssel tərəfdaşlığında strateji dönüş nöqtəsi
  • 7-07-2026, 21:45
    Bakı-Brüssel tərəfdaşlığında yeni mərhələ: Bərpaolunan enerji potensialı və qlobal yaşıl keçid strategiyası
  • 7-07-2026, 17:59
    Sülh Artıq Reallıqdır
  • 7-07-2026, 17:43
    Enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır
  • 7-07-2026, 17:38
    Azərbaycan və Avropa İttifaqı: Strateji Tərəfdaşlıqdan İnnovativ Gələcəyə Doğru
  • 7-07-2026, 17:36
    Azərbaycan–Aİ tərəfdaşlığı yeni mərhələdə: enerji, nəqliyyat və regional sülh gündəmdə
  • 7-07-2026, 17:33
    Günəşli Azərbaycandan Qərbə uzanan işıqlı əl: Bakı Qərbin enerji təhlükəsizliyinin təminatçısıdır
  • 7-07-2026, 17:31
    Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik.
  • 7-07-2026, 01:46
    Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsində
  • 7-07-2026, 01:44
    Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi: Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakı səfərinin əhəmiyyəti
  • 7-07-2026, 01:39
    Azərbaycan–Avropa İttifaqı əməkdaşlığında yeni mərhələ: Strateji tərəfdaşlığın güclənən üfüqləri
  • 7-07-2026, 01:39
    Qələbəyə Aparan Güc: Azərbaycan Ordusunun Şanlı Yolunun Tarixi və Qarabağ Zəfəri
  • 29-06-2026, 12:12
    Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələ
  • 29-06-2026, 11:14
    Bakı ilə Aşqabad arasında yeni səhifə: Keçmişdən gələcəyə uzanan uğurlu yol
  • 27-06-2026, 14:01
    Qələbəyə Aparan Güc: Azərbaycan Ordusunun Şanlı Yolunun Tarixi və Qarabağ Zəfəri
  • 27-06-2026, 13:59
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətimizin gücünün və qüdrətinin təcəssümüdür.
  • 25-06-2026, 16:48
    26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü
  • 25-06-2026, 15:48
    Bakı–Aşqabad: Strateji Tərəfdaşlığın Yeni Səhifəsi
  • 25-06-2026, 14:36
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə
  • 24-06-2026, 16:17
    Qardaşlıqdan strateji tərəfdaşlığa: Azərbaycan və Türkmənistan
  • 24-06-2026, 14:49
    Müzəffər Azərbaycan Ordusunun Şanlı Tarixi və Qüdrətinin Təcəssümü
  • 24-06-2026, 14:40
    Azərbaycan əsgərinin vətənpərvərlik ruhu: torpağa yazılan sədaqət andı
  • 24-06-2026, 12:38
    Azərbaycan Respublikası və Türkmənistan arasında münasibətlər barədə.
  • 24-06-2026, 12:34
    Türk dünyasının birliyini gücləndirən strateji tərəfdaşlıq
  • 24-06-2026, 12:29
    26 İyun – Silahlı Qüvvələr Günü
  • 24-06-2026, 12:25
    Azərbaycan-Türkmənistan Münasibətləri Yeni Mərhələdə
  • 24-06-2026, 12:20
    Güclü Dövlətin Qalib Ordusu
  • 24-06-2026, 12:17
    Yeni Dövrün Çağırışları: Strateji Tərəfdaşlıq və Azərbaycanın İqtisadi Potensialı
  • 24-06-2026, 12:04
    Azərbaycan Respublikası və Türkmənistan arasında ikitərəfli münasibətlər barədə
  • 24-06-2026, 12:01
    YAP Nərimanov Rayon Təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib
  • 24-06-2026, 11:38
    Azərbaycan və Türkmənistan: Qardaşlıqdan Strateji Tərəfdaşlığa Doğru Yüksələn Yol
  • 23-06-2026, 15:54
    Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik
  • 23-06-2026, 15:40
    “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq.
  • 22-06-2026, 16:57
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü: Güclü Ordudan Böyük Zəfərə
  • 22-06-2026, 14:48
    Azərbaycan Ordusu – Gücümüzün, Qürurumuzun və Zəfərimizin Rəmzi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə