Bu ölkə hər il dünyada xoşbəxtlik indeksinə görə birincidir. İlin çox hissəsi qarlarla örtülüdür. Qış turizminin göbəyi hesab olunur. Yerli əhali buranı “soyuq cənnət” də adlandırır.Onews.az-ın obyektivinə inansaq, söhbət əfsanəvi göllər və gözəlliklər ölkəsi olan Finlandiyadan gedir. Burada insanlar sakit, xaosdan uzaq bir həyat yaşamaqdadırlar. Dünyada milyonlarla insanın yaşamağı xəyal etdiyi ölkədir.
Ölkədə minlərlə göl mövcuddur. Finlandiya 55 min gölə ev sahibliyi edir. Əhalisini cəmi 5,5 milyondur.
Finlər dünyada ən sayılıb-seçilən üçüncü paspost indeksinə malikdirlər. Amma Şengen qrupuna daxil olduğu üçün buraya gedib-gəlmək o qədər də asan deyil.
Finlər saunanı dünya mədəni irsinə qazandırmaqla da öyünürlər. Bir zamanların simsiz telefon markası “Nokia” da bu ölkənin dünyaca məşhur brendidir. Bura təhsil sisteminə görə, dünyanın ən öndə gələn ölkəsidir.
Finlandiyada orta məktəblərdə nəzəri yox, praktiki dərslərə üstünlük verilir. Ölkədə ödənişli təhsil və repititor anlayışı yoxdur. Şagirdlər də siniflərə ayaqqabılarını çıxararaq daxil olurlar.
Finlandiya həm də küknar meşələri ilə zəngindir. Paytaxt Helsinkidən kənarda divarları qardan olan restoranlar da mövcuddur. “Buzlar ölkəsi”nə yolunuz düşərsə, buzqıran gəmilərlə səyahətə çıxmağı unutmayın. Finlandiyada 1 milyon insanı təhlükədən qoruya biləcək sığınacaqlar da mövcuddur.
Turan