Tacikistan prezidenti hicaba görə, İran mediasının hədəfinə çevrilib.
Onews.az[b][/b]-ın xəbərinə görə, SEPAH-a bağlı “Orta Asiya Araşdırmaları Mərkəzi” “Telegram” kanalında ötən illərdə Tacikistan prezidenti İmoməli Rəhmanın hicabla bağlı fikirlərini ictimailəşdirərək, onu anti-islamizmin təbliğatçısı kimi qələmə verib.
Sözügedən mərkəz Tacikistan prezidentinin 2015-ci ildə tələbələrlə görüşündə çıxışından paylaşım edib.
İmoməli Rəhman həmin vaxt deyib:
“Qızlara, hicab bağlayanlara deyin, ilk növbədə bu savadsızlıqdır, nadanlıqdır. Onlar öz həyatlarında nə etdiklərini bilmirlər. Böyüklərimiz deyiblər ki, hicab taxıb qara geyinmək, yad mədəniyyəti kor-koranə təqlid etmək qadınların, qızların təvazökarlığından xəbər vermir. Hicablı qadın və qızların narkotik maddələrdən istifadə, insan alveri və milli adət-ənənəmizdən, mədəniyyətimizdən, qadınlarımızın kimliyindən və xarakterindən uzaq bir çox davranışlarla məşğul olması ilə bağlı çoxlu nümunələr var”.
Fuad
#Tacikistan #prezident #hicab_qadağası #İran_mediası