Onlar Afrikanın ən qədim yerli qəbiləsi sayılır.
Onews.az xəbər verir ki, söhbət cəngəlliklərdə, sıx meşəliklərdə yaşayan pigmelərdən gedir.
Pigme qəbiləsinin haradan gəldiyi barədə dəqiq məlumat yoxdur. Günümüzdə təxminən 120 min pigme olduğu ehtimal edilir. Bunların çoxu Kamerunun Atlantik okeana yaxın meşəliklərində yaşayır. Pigmelər dünyanın ən qısa boylu insanları olaraq bilinir.
Hələ də ibtidai çağa aid yaşam tərzləri ilə diqqət mərkəzindədilər. Təxminən 5 min ildir Afrikada yaşayan bu qəbilənin sakinlərinin boyu ortalama 120 sm-dir. Pigme adını bu qəbilə üzvlərinə avropalılar verir. Mənası isə “cırtdan” deməkdir.
Qəbilə kişiləri qadınlarından təxminən 10 sm hündürdürlər. Pigmelər digər yerlilərdən görünüşcə seçilirlər. Qıvırcıq saçlı, enli çənəli, düz burunlu və iri gözlüdürlər. Baka və Bageli olaraq iki qola ayrılırlar.
Pigmelər həyat tərzlərinə görə də bir-birlərindən fərqlənirlər.
Baka pigmeləri həyatlarını sıx meşələrin balta girməmiş yerlərində davam etdirirlər. Bagelilər isə Kamerunun ən böyük qəbiləsi olan bantular ilə bir arada yaşayırlar.
Bageli pigmelər kiçik qrup halında ömür sürürlər. Bambu ağacının enli yarpaqlarından müvəqqəti daxmalar tikirlər. Onlar şəkillərinin çəkilməsini istəmirlər. İtdən başqa ev heyvanı saxlamırlar.Tez-tez yer dəyişdirdikləri üçün isə əkinçiliklə də məşğul olmurlar. Pigmelər vaxtlarının çoxunu meşənin dərinliklərində ov edərək, meyvə və ot toplayaraq kçirirlər. Puldan istifadə etmədikləri üçün tədarük etdiklərini bir-biri ilə dəyişərək ehtiyaclarını qarşılayırlar.
Uşaqlarına da öz yaşam tərzlərini öyrətməyə çalışırlar. Qəbilə üzvləri azyaşlılar üçün müntəzəm olaraq ovçuluq, bitkitoplama müsabiqələri keçirirlər.
İş bölgüsündə qadınlara balıq ovu və daxma tikmək düşür. Kişilər isə meşədə ov etməklə mükəlləfdirlər. Afrikalılar ov heyvanı tapmaq üçün tez-tez yer dəyişdirirlər. Pigmelər ov silahlarını taxta və daşdan düzəldirlər.
Onlar ağaca çıxmaq üzrə də usta sayılırlar. Qəbilə özlərinə aid maeba dilində danışır. Bu qəbilənin üzvləri Kamerunun vətəndaşıdırlar. Amma sağlıq və bir çox sosial xidmətdən yararlana bilmirlər.
Rauf