"Fərat çayının hər iki sahili terrordan arındırılmalıdır".
Onews.az xəbər verir ki, bunu türkiyəli siyasətçi, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
Dövlət Baxçalının sözlərinə görə, İraq və Suriya tamamilə terrordan və onun ünsürlərindən tamamilə təmizlənməlidir:
"PKK və PYD yaraqlıları silahları yerə qoymalıdır. Əks halda başlarına gələcəklərlə barışmalıdırlar. Çünki dövlət terror təşkilatları danışıqlar aparmır, sadəcə xəbərdarlıq edir".
Fuad Süleyman