• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Birinci Milli Təhsil Zirvəsi BAŞ TUTDU

Siyasət

25-05-2024, 11:40


Mayın 25-də Xəzər Universitetində Birinci Milli Təhsil Zirvəsi çərçivəsində "Təhsildə dəyişikliklərin idarə olunması" mövzusunda konfrans öz işinə başlayıb.

Onews.az[/b] Media Mərkəzinin informasiya dəstəyi gerçəkləşən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə start götürüb.

Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açıb.

Professor Hamlet İsaxanlı bildirib ki, təhsil hamı üçün əlçatan olmalıdır:

"İstəyirik ki, hər kəs uşaq yaşlarından təhsil ala bilsin. Bu, heç də asan məsələ deyil. Afrikanın bir çox nöqtələrində bu kimi problem hələ də qalmaqdadır. Təhsilin əlçatan olması deyəndə təkcə orta təhsil yox, ali təhsil də nəzərdə tutulur. Biz həm də keyfiyyətli təhsil istəyirik. Təhsilin maliyyələşdirilməsi və idarə olunması isə olduqca çətin məsələdir. Bütün dövlətlər bildirir ki, bir nömrəli məsələ təhsildir, amma həmin dövlətlər bir nömrəli hesab etdiyi məsələyə maliyyə ayırmaq istəmirlər. Ona görə də, müəllim maaşının azlığı kimi məsələlər hələ də aktualdır. Biz hər gün mükəmməliyə doğru dəyişməliyik".

Sonda Və çağırış Milli Məclisin deputatı, Əməkdar müəllim, "Təhsili gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədri Sona Əliyeva professor Hamlet İsaxanlıya xatirə plaketi təqdim edib.

Daha sonra tədbirdə çıxış üçün söz millət vəkili Ceyhun Məmmədova verilib.

Deputat Ceyhun Məmmədov təhsildə dəqiq nizam və intizamın tətbiqi mövzusunda çıxış edib. O, bildirib ki, təhsil sistemində hamıya eyni qayda tətbiq olunmalıdır.

Ceyhun Məmmədov müasir texnologiya və innovasiyanın tətbiqi məsələlərinə də toxunub. Deputat bildirib ki, bu istiqamətdə proseslərin sürətləndirilməsinə ehtiyac var.

Millət vəkilinin fikrincə, təhsildə əsas faktorlardan biri də sağlam maliyyə sistemidir: "Xərclərin düzgün idarə olunması çox önəmlidir. Rəhbər heyətin düzgün seçilməsi, sağlam komandanın yaradılması əsas faktordur. Müəllim danışığı, geyimi ilə nümunə ola bilmirsə, biz sağlam tələbə yetişdirə bilməyəcəyik".

Çıxışından sonra millət vəkilinə xatirə plaketi təqdim olunub.

Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov çıxışına tədbirdə iştirak edən şəhid ailələrini və qazilərimizi salamlamaqla başlayıb.

SDU-nun rektoru bildirib ki, dünya və tələblər dəyişdiyi üçün təhsildə də dəyişikliklərə ehtiyac var.

Millət vəkili, Əməkdar müəllim Pərvin Kərimzadə çıxışında bildirib ki, Xəzər Universiteti keçmişlə gələcəyi birləşdirən təhsil müəssisəsidir. Deputatın sözlərinə görə, yeni biliklərin əldə olunması üçün elm inkişaf etməlidir. Onun sözlərinə görə, elə bir çağda yaşayırıq ki, ali məktəblərdə verilən biliklərlə, oxuduğumuz vəsaitlərlə kifayətlənmək olmaz:

"Biz dünyada gedən sürətli inkişafa inteqrasiya etməliyik. Bizim müəllimlərimiz dünyanın ən yaxşı müəllimləri sırasındadır. Biz dünya təcrübəsində olan ən yaxşı elementləri tətbiq etməliyik".

Əməkdar artist Fərqanə Qasımova isə məlahətli səsi ilə tədbir iştirakçılarının ruhunu oxşayıb və Təhsil Zirvəsinin iştirakçılarını öz musiqi töhvəsi ilə salamlayıb.

Və çağırış Milli Məclisin deputatı, Əməkdar müəllim, "Təhsili gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədri Sona Əliyeva çıxışına tədbirə qatılan şəhid ailələri və qazilərimizi salamlamaqla başlayıb.

Keçmiş millət vəkili bildirib ki, texnologiyanın və süni intellektin modern təhsil metodikasına tətbiqi məlumatların əlçatanlığı baxımdan çox önəmlidir.

Sona Əliyeva vurğulayıb ki, məktəb idarəetməsinin avtomatlaşdırılması, süni intellektin inkişafı yeni çağ təhsil sisteminin əsas çağırışlarındandır:

"Süni intellektin müəllimlərin rolunu heç də azaltmır. Dəyişim artıq bir ehtiyacdır. Bunun başqa formulu yoxdur. Müəllim istiqamətverən və motivator olmalıdır. Süni intellektin tətbiqi və inkişafı nəticəsində müəllimin rolu dəyişəcək. Kim ki, keçmişdədir, onlar gələcəyə keçə bilməyəcəklər. Biz anlamalıyıq ki, bizim tələbəmiz, şagirdimiz düşünəcə ola haradadır. Biz yeni nəsil kimi düşünməliyik. O zaman təhsildə inkişafın yeni mərhələlərinə qədəm qoya biləcəyik. Ona görə də biz dəyişməliyik və innovativ yeniliklərdən geri qalmamalıyıq".

Sona Əliyeva bir müddət öncə təsis etdiyi eduroom.az platforması haqqında məlumat verib. O, bu platformadan istifadə edən şəxslərin böyük hissəsinin tələbə və şagirdlər olduğunu, müəllim istifadəçilərin azlıq təşkil etdiyini təəssüflə dilə gətirib.

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov tədbirin təşkilatçısı kimi Birinci Təhsil Zirvəsi ilə bağlı yekun nitq söyləyib.

Fuad Süleyman

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Araşdırma

1-05-2024, 09:00

Professorun 85 illik yubileyi qeyd olundu

Gündəm

15-07-2026, 00:22

Şuşa Qlobal Media Forumu: Etimadın Bərpası Missiyası

Gündəm

23-09-2026, 18:10

27 Sentyabr – Anım Günü

Siyasət

7-09-2024, 22:08

Deputat seçicilərinə səsləndi: "Bundan qürur duyuram..."

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 19:39
    4 Oktyabr – Cəbrayıl şəhəri günü
  • Dünən, 15:04
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • Dünən, 14:29
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • Dünən, 14:26
    4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür
  • Dünən, 14:25
    27 Sentyabr – Anım Günü
  • 1-10-2026, 15:57
    Cəbrayılın azadlığı: Zəfərdən Böyük Qayıdışa uzanan yol
  • 1-10-2026, 15:47
    4 Oktyabr – Cəbrayıl Şəhəri Günü
  • 1-10-2026, 15:09
    Cəbrayılın yeni həyatı – Zəfərdən quruculuğa uzanan yol
  • 1-10-2026, 14:47
    Cəbrayıl – tarixi yaddaşdan Böyük Qayıdışa
  • 1-10-2026, 14:37
    Cəbrayılın azadlığı – Zəfər tariximizin parlaq səhifəsi
  • 1-10-2026, 14:13
    Cəbrayılın Zəfər günü
  • 30-09-2026, 16:47
    3 OKTYABR 1993: AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİNYENİ İNKİŞAF MƏRHƏLƏSİ
  • 30-09-2026, 16:37
    Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu
  • 30-09-2026, 16:33
    3 oktyabr 1993-cü il – Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
  • 30-09-2026, 16:30
    3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi
  • 30-09-2026, 16:23
    Heydər Əliyevin siyasi qayıdışı və Azərbaycanın sabitlik mərhələsi
  • 30-09-2026, 16:12
    Dövlətçilik tariximizin dönüş nöqtəsi: 3 oktyabr 1993-cü il
  • 30-09-2026, 15:57
    3 oktyabr 1993-cü il – Azərbaycanın taleyində mühüm gün
  • 30-09-2026, 15:52
    3 Oktyabr: Milli Dövlətçiliyinin yeni mərhələsinin başlandığı gün...
  • 30-09-2026, 15:47
    Yeni Qlobal İqtisadi Memarlıq və Azərbaycanın Davamlı İnvestisiya Strategiyası.
  • 29-09-2026, 16:07
    Dayanıqlı iqtisadi inkişafın əsas istiqamətləri: enerji, logistika və yeni investisiyalar
  • 29-09-2026, 16:03
    Azərbaycanın gələcəyinə investisiya: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda əsas mesajlar
  • 29-09-2026, 16:00
    İNVESTİSİYA MƏSƏLƏSİNƏ YENİ BAXIŞ: BAKIDAN VERİLƏN MESAJLARIN İQTİSADİ MƏNASI
  • 29-09-2026, 15:52
    Bakıdan dünyaya açılan yeni iqtisadi əməkdaşlıq imkanları
  • 29-09-2026, 15:49
    Azərbaycanın investisiya siyasətində yeni inkişaf mərhələsi
  • 29-09-2026, 14:41
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Yeni iqtisadi gözləntilər nələrdir?
  • 29-09-2026, 14:37
    Azərbaycan investisiya üçün yeni imkanlar və etibarlı tərəfdaşlıq məkanıdır
  • 29-09-2026, 14:26
    Azərbaycanın tranzit imkanları regional iqtisadi əməkdaşlığa yeni dinamika gətirir
  • 28-09-2026, 10:25
    27 Sentyabr – Anım Günü
  • 28-09-2026, 10:24
    27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi
  • 28-09-2026, 10:02
    27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi
  • 24-09-2026, 12:21
    Şəhidlərimizi Anma Günü - 27 sentyabr...
  • 24-09-2026, 11:56
    Dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsi: 2027–2030-cu illər üçün prioritetlər
  • 24-09-2026, 11:51
    Şəhidlərin əbədi izi, Zəfərin müqəddəs yaddaşı
  • 24-09-2026, 11:48
    Metallurgiya sənayesinin inkişafında yeni "Yol xəritəsi" - Nələr olacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə