O, 35 yaşına qədər diviziya komandiri vəzifəsinə qədər yüksəlir. Gənc yaşlarında general-mayor rütbəsinə yiyələnir.Xalq Cümhuriyyəti ildə altı ay Türkiyədə işləyir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət edir.
1920–1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşur. Ermənilərin fitnəsi ilə 48 yaşında repressiyaya uğrayır və güllələnir.
Onews.az xəbər verir ki, söhbət əfsanəvi Azərbaycan generalı Qambay Vəzirovdan gedir. Qambay Vəzirov 1899-cu ildə Ordubadda doğulur.
İlk yeddiillik təhsilini İrəvandakı kişi gimnaziyasında alır. Daha sonra hərbiyyə məktəbini bitir. Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilir.
Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi vəzifəsinə gətirilir. Burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərir.
1927-ci ildə Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının komandanı təyin olunur. Bir il sonra isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilir.
Azərbaycan atıcı diviziyası onun rəhbərliyinə verilir. 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak edir.
1930–1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandiri olur. Jizdra şəhər qarnizonunun rəisi vəzifəsində çalışır.
1932-ci ildə o, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilir. "Qırmızı Ulduz" ordeni ilə təltif olunur. 1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilir.
Həmin ilin 13 oktyabrında güllələnir. 1956-cı il 28 iyul tarixli qərarı ilə Vəzirova ölümündən sonra bəraət verilir.
Turan