O, cümhuriyyət dövründə Qarabağın general-qubernatoru idi. Hətta Zəngəzurun general-qubernatorluğu da ona tapşırılmışdı. Daha sonra cümhuriyyətin hərbi nazirliyi ona həvalə olunur.
Onews.az xəbər verir ki, söhbət əfsanəvi Azərbaycan generalı
Xosrov bəy Sultanovdan gedir.
General Sultanov 1920-ci ilin aprelin sonlarında “Qızıl ordu”nun Azərbaycana daxil olduğu xəbərini eşidir. Xosrov bəy Sultanov özünü dərhal Qarabağ İnqilabi Komitəsinin sədri elan edir. Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova çatdırır.
Nəriman Nərimanov isə onun bəynatalarına etimad göstərmir. May ayının 14-də onun yerinə Qarabağa hakim olaraq yerinə Dadaş Bünyadzadə təyin olunur.
Həmçinin Qarabağdakı “Revkom”un rəhbəri təyin edilən Dadaş Bünyadzadəyə Sultanovun idarəçiliyini ləğv etmək əmr edilir. 1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlayır. O, Türkiyədə, İranda, daha sonra Fransa və Almaniyada yaşayır. Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışır.
Xosrov bəy 1936-cı ildə Türkiyəyə qayıdan Trabzonda məskunlaşır.
İkinci Dünya müharibəsi zamanı o, aktiv fəaliyyətə keçir.
Azərbaycanlı müharibə əsirlərinin vəziyyətlərinin yaxşılaşdırılması üçün xeyli fəaliyyət göstərir.
Xosrov bəyin ölüm tarixi əvvəllər 1947-ci il, vəfat yeri isə Trabzon göstərilirdi. 2016-cı ildə bir araşdırma sırasında bütün faktlar üzə çıxır. İlk olaraq onun məzarının yeri dəqiqləşir. Sonra məlum olur ki, general Sultanov 7 yanvar 1943-cü ildə vəfat edibmiş.
Məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu elə həmin vaxt üzə çıxır. Generalın qəbrini xanımı öz hesabına inşa etdirir. Xanımı Odessa Universitetinin rektorunun qızı idi.
Rauf